Vakansiya: Mühasib – Xəzinədar / İşəgötürən: AGA Group Of Companies
Əmək Haqqı: 500 – 800 AZN
Ümumi məlumat
- Kateqoriya: Maliyyə və Mühasibat
- Alt kateqoriya: Mühasibat
- Şəhər: Bakı
- Yaş: 25 – 35 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Əlaqədar şəxs: HR
- Telefon: (012) 488 88 88
- Email: vakansiya@agagroup.az / info@finstaff.az
Vakansiya barədə məlumat
AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.
Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Mühasib-xəzinədar vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Sizdən nə istəyirik :
Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar
Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar
Müştəri hesablaşmaları üzrə əməliyyatlar
Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması
Mühasib – Xəzinədar üçün tələblər
Əgər Siz :
- Yaş həddi : 25 +;
- Ali iqtisadi təhsil;
- Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəyə malik olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- MS Office proqramları, xüsusən Exceli mükəmməl bilmək kimi;
Keyfiyyətlərinə sahibsinizsə…
Biz sizin müraciətinizi gözləyirik !
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Mühasib-xəzinədar” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.