Yenilik! Artıq ötən illərin DSMF hesabatlarına baxmaq mümkündür.
Bunun üçün, www.e-gov.az saytına Asan İmza ilə daxil olub, “Məcburi Dövlət Sosial Sığortası üzrə hesabatların təqdim edilməsi” xidmətinə qoşulmaq lazımdır.
Hesabatların reyestri bölməsinə daxil olmaqla, 2019-cu ildən əvvəl göndərilmiş hesabatlara baxmaq və “Hesabatların qəbul edilməsi barədə” bildirişi yükləmək mümkündür.