Xidmətin adı: Fiziki şəxsin vergi uçotundan çıxarılması
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” (fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin qərarı, fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə)
– vergi şəhadətnaməsinin əsli (vergi orqanından təhvil götürüldüyü halda) (vergi şəhadətnaməsi itmişdirsə – bu barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir)
əlavə olaraq təqdim edilə bilər:
– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda) – “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)
– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması)
haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla)
– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)
– yekun bəyannamələr
– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 34 maddəsi
– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”
Xidmətin göstərildiyi yer
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləriüçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
İcra müddəti
vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Fiziki şəxsin uçotdan çıxarılması haqqında bildiriş
Elektronlaşdırma səviyyəsi
Qismənelektronlaşıb (bax 3.3.6-e nömrəli xidmətə)
Mənbə: taxes.gov.az
Teleqram kanalımıza üzv olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.