Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?
Sual:
Qeyri-neft sahəsində, İşçinin əməkhaqqı gross 6000 azn-dir, İşçi cari ayı tam işləyib , gələn ayın 1-dən 25 günlük növbəti əmək məzuniyyətinə çıxır. Bilirik ki, qeyri neft sahəsində 8000 azn-nə qədər əməkhaqqı gəlir vergisinə cəlb olunmur. Cari ayın əməkhaqqı və gələn ayda istifadə ediləcək növbətı məzuniyyət haqqı eyni ayda hesablanır və toplananda 8000 azn-dən xeyli çox çıxır. Bu zaman ə/h-dan gəlir vergisi tuturmu?
Cavab:
Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.
Eyni zamanda 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.