Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcəklər
ELAN
Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilməsi nəzərdə tutulur.
Konfrans keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələri dəvət olunmuşdur.
Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35;
Əlaqələndirici şəxs: Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev.
Telefon: (+99412) 498-28-55;
Mobil: 055-727-74-77;
E-mail: audit-azerbaijan@audit.gov.az
Mənbə: audit.gov.az