Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu qeydiyyatına alınması
Xidmətin adı: Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”
– müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnamənin surəti
– rəhbərin təyin olunmasını təsdiq edən sənədin surəti
– hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) ünvanını təsdiq edən sənədin surəti
– rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti
– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 33-34-cü maddələri
– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
Telegram qrupumuza üzv olun
Xidmətin göstərildiyi yer
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Susa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
İcra müddəti
Sənədlər daxil olduğu gündən sonra 1 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə
Mənbə: taxes.gov.az