Əmək məzuniyyəti barədə daha az bildiklərimiz
Məzuniyyət ərizəsi nə vaxt yazılmalıdır?
Əmək Məcəlləsinə görə məzuniyyət əmri işçi məzuniyyətə çıxmazdan 5 gün əvvəl verilməli və işçi bu əmrlə tanış edilməli olduğu üçün məqsədəuyğundur ki, məzuniyyətə çıxma barədə ərizə məzuniyyətə çıxmazdan azı 6 gün əvvəl verilsin. Onu da nəzərə almaq olar ki, bu günlər təqvim günləri qismində hesablanır.
Məzuniyyət haqqı nə vaxt ödənilməlidir?
Qanunvericiliyə görə işçiyə məzuniyyətə çıxmazdan 3 gün əvvəl artıq məzuniyyət haqqı ödənilmiş olmalıdır. Əgər bu müddət ərzində işçiyə məzuniyyət haqqı ödənilməz və məzuniyyət başlananda ödənilmiş olarsa, bu halda işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı məzuniyyət haqqının ödənilmə vaxtı olaraq hesablana bilər.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas