Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı bank hesabına ödəyə bilər?
Sual: Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı tərəfin depozit hesabına deyil, bank hesabına ödəyə bilər?
Bildiririk ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir, əks halda tələbə riayət etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq olunur. Digər vergi ödəyiciləri, o cümlədən də sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV məbləğinin mütləq qaydada ƏDV depozit hesabına ödənilməsi tələbi mövcuq qanunvericilikdə nəzərdə tutulmur. Bununla belə, fəaliyyətin şəffaflığının təmin edilməsi məqsədi ilə elektron vergi hesab-fakturası ilə əldə edilmiş malların dəyərini ödəyərkən ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməsi tövsiyə olunur.
Telegram qrupumuza üzv olun
Bax: Vergi Məcəlləsinin 58.6-ci, 175.1-ci və 175.8-ci maddələri.
Mənbə: taxes.gov.az