» » » Mühasib tələb olunur

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşəgötürən: Xurcun

MÜHASİB

Cinsi : Kişi və qadın

Vəzifə öhdəlikləri:

• Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qaimələri, aktları tərtib etmək;
• İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq;
• Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına daxil edilməsini təmin etmək;
• Təşkilatlara vergi hesab-fakturalarını yazmaq və təqdim etmək;
• Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlamaq, müvafiq hesablar planına işləmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı;
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Magistr təhsili arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Satış sahəsində təcrübəsi arzuolunandır);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
• Microsoft Office və 1C 8.3  proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Mövzu yerinə “ Mühasib” qeyd edilib şəkilli cvlərinizi hr@azmtrading.az email ünvanına göndəriniz.
Əlaqələndirici şəxs: Seyidova İlahə

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az