» » » Mühasib tələb olunur

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşəgötürən: Standard İnsurance

ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanğıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

Mühasib

Vəzifə öhdəlikləri:
• Mühasibat , Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
• B1-B3, Microsoft Office proqramlarını bilmək;
• 1C proqramında sərbəst işləmək təcrübəsi;
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
• Kollektiv ilə işləmə bacarığı;
• Şöbəyə daxil olan sorğuları dərhal cavablandırmaq;
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini HR@standardinsurance.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: banker.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az