Səba Şirkətlər Qrupu 1500 manat əmək haqqı ilə Maliyyə Analitiki axtarır.
Əmək haqqı 1000 – 1500 manat
Namizədə tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
- Ümumi IFRS-i biliyi;
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
- Problemləri həll etmə bacarığı;
- MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Maliyyə hesabatlarının təhlili, Şirkətin maliyyə hesabatlarının qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları;
- Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqqında ekspert bilikləri;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqqında dərin və ətraflı anlayış;
- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin (“due diligence”) aparılması bacarığı;
- Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
- 1C Proqramında işləyə bilmək bacarığı.
İş barədə məlumat:
- Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
- Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
- Maliyyə əməliyyatlarının monitorinqində iştirak etmək;
- Bizneslərin və şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi.
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək.
- Maliyyə vəsaitlərinin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili.
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına əsasən digər işlərin icrası .
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
- Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
- Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
- İnvestisiya əməliyyatlarının monitorinqində iştirak etmək.
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq, zəhmət olmazsa, i.hakimov@saba.az elektron ünvanına göndəriz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az