» » » 1500 manat əmək haqqı ilə Maliyyə Analitiki tələb olunur

1500 manat əmək haqqı ilə Maliyyə Analitiki tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
birbank biznes

Səba Şirkətlər Qrupu 1500 manat əmək haqqı ilə Maliyyə Analitiki axtarır.

Əmək haqqı 1000 – 1500 manat

Namizədə tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
  • Ümumi IFRS-i biliyi;
  • Maliyyə və ya mühasibatlıq sahəsində minimum  5 il iş təcrübəsi;
  • Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
  • Problemləri həll etmə bacarığı;
  • MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Maliyyə hesabatlarının təhlili, Şirkətin maliyyə hesabatlarının qiymətləndirilməsi bacarıqları;
  • Analitik və strateji baxış bacarıqları;
  • Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqqında ekspert bilikləri;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqqında dərin və ətraflı anlayış;
  • Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin (“due diligence”) aparılması bacarığı;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
  • 1C Proqramında işləyə bilmək bacarığı.

İş barədə məlumat:

  • Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
  • Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
  • Maliyyə əməliyyatlarının monitorinqində iştirak etmək;
  • Bizneslərin və şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi.
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək.
  • Maliyyə vəsaitlərinin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili.
  • Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına  əsasən digər işlərin icrası .
  • Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
  • Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
  • Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
  • Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
  • İnvestisiya əməliyyatlarının monitorinqində iştirak etmək.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,  zəhmət olmazsa, i.hakimov@saba.az  elektron ünvanına göndəriz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.