Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “Prime Audit and Consulting” MMC-dir.
Qalib şirkətə 5 900 manat ödəniləcək.
Mənbə: report.az