AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 7
Bakı şəhəri, 9 yanvar 2018-ci il
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30
dekabr tarixli 534 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
“10-1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti.”.
2. 11-ci hissədən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti,” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Mənbə: cabmin.gov.az