Ehtiyatların uçotunun aparılmasının iki əsas üsulu mövcuddur: dövri metod və daimi metod.
Dövri metod
Bu metoda uyğun olaraq, ehtiyatlar müəssisə tərəfindən yalnız bunu etmək tələb olunduqda, yəni hesabat dövrünün sonunda müəyyən edilirlər. Bu metoda uyğun olaraq, ehtiyatlar fiziki şəkildə hesablanırlar, yəni onların dəyərləri toplanır. Beləliklə, sonradan dövriyyə aktivi kimi tanınan ehtiyatların dəyəri müəyyən edilir. Növbəti hesablama aparılana qədər, “material ehtiyatları” hesabının qalığı dəyişməz olaraq qalır. Növbəti dəvrdə ehtiyatların alışları və qaytarmaları birbaşa olaraq xərclərə yazılır və hesabat dövrünün sonunda satışın maya dəyəri aşağıda qeyd edildiyi kimi müəyyən edilir:
Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar
+alışlar
+nəqliyyat xərcləri
-alışların geri qaytarılması
-alınmış güzəştlər
-hesabat dövrünün sonuna olan ehtiyatlar
= Satışın maya dəyəri
Daimi metod
Bu metoda uyğun olaraq, ehtiyatlar ilə bağlı hər hansı əməliyyat baş verdikdə, dərhal ehtiyatların mühasibat uçotu aparılmalıdır. Bunun üçün ehtiyatların hər bir maddəsinin ayrıca uçotunu təmin edəcək Köməkçi Kitabın tutulmasına ehtiyac yaranır. Bu Köməkçi Kitabda olan yazılar sonradan Baş Kitabın ehtiyatlar hesabına köçürülür və mühasibat uçotunun dürüst aparılması üçün belə uyğunlaşdırmanın mütəmadi şəkildə aparılması vacibdir.
Məsələn, ”Dizayn” şirkəti ev mebelinin satışı ilə məşğuldur. 01.01.2007-ci il tarixində müəssisənin Baş Kitabının ehtiyatlar hesabında aşağıdakılar yazılmışdır:
Ehtiyatlar (10 ədəd, hərəsi 510 manatdan) Dt 5100 manat
2007-ci il ərzində aşağıdakı əməliyyatlar həyata keçirilmişdir:
- hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir. 31.12.2007-ci il tarixində, 15 ədəd istisna olmaqla, bütün bu ehtiyatlar ödənilmişdir.
- 252 ədəd 950 manatdan kreditə satılmışdır. Hesabat dövrünün sonunda 22 ədəd müştərilər tərəfindən hələ də ödənilməmiş qalmışdır.
- 4 ədəd malgöndərənlərə qaytarılmışdır
- 9 ədəd müştərilər tərəfindən qaytarılmışdır
Hər iki metoda uyğun olaraq aparılan müxabirləşmələr aşağıda göstərilmişdir.
Daimi metod Dövri metod
- hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir.
Kt Kreditor borc 127500 Kt Kreditor borc 127500
Dt Ehtiyatlar 127500 Dt Alışlar 127500
- 4 ədəd 510 manatdan malgöndərənlərə qaytarılmışdır
Dt Kreditor borc 2040 Dt Kreditor borc 2040
Kt Ehtiyatlar 2040 Kt Alınmış malların geri qaytarılması 2040
- Kreditor borclarının hesablanması (250 -15 – 4 = 231 ədəd)
Dt Kreditor borc 117810 Dt Kreditor borc 117810
Kt Kassa 117810 Kt Kassa 117810
- 252 ədəd ehtiyatların 950 manatdan satışı
Dt Debitor borc 239400 Dt Debitor borc 239400
Kt Satışdan gəlir 239400 Kt Satışdan gəlir 239400
Dt Satışın maya dəyəri 128520
Kt Ehtiyatlar 128520
- Müştərilər tərəfindən alınmış malların geri qaytarılması
(9 ədəd 950 manatdan)
Dt Satılmış malların Dt Satılmış malların
geri qaytarılması 8550 geri qaytarılması 8550
Kt Debitor borc 8550 Kt Debitor borc 8550
Dt Ehtiyatlar 4590
Kt Satışın maya dəyəri 4590
- Debitor borclarının hesablanması (252 – 22 – 9 = 221 ədəd)
Dt Kassa 209950 Dt Kassa 209950
Kt Debitor borc 209950 Kt Debitor borc 209950
Daimi metod Dövri metod
- hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir.
Dt Ehtiyatlar 127500 Dt Alışlar 127500
Kt Kreditor borc 127500 Kt Kreditor borc 127500
- 4 ədəd 510 manatdan malgöndərənlərə qaytarılmışdır
Dt Kreditor borc 2040 Dt Kreditor borc 2040
Kt Ehtiyatlar 2040 Kt Alınmış malların
geri qaytarılması 2040
- Kreditor borclarının hesablanması (250 -15 – 4 = 231 ədəd)
Dt Kreditor borc 117810 Dt Kreditor borc 117810
Kt Kassa 117810 Kt Kassa 117810
- 252 ədəd ehtiyatların 950 manatdan satışı
Dt Debitor borc 239400 Dt Debitor borc 239400
Kt Satışdan gəlir 239400 Kt Satışdan gəlir 239400
Dt Satışın maya dəyəri 128520
Kt Ehtiyatlar 128520
- Müştərilər tərəfindən alınmış malların geri qaytarılması
(9 ədəd 950 manatdan)
Dt Satılmış malların Dt Satılmış malların
geri qaytarılması 8550 geri qaytarılması 8550
Kt Debitor borc 8550 Kt Debitor borc 8550
Dt Ehtiyatlar 4590
Kt Satışın maya dəyəri 4590
- Debitor borclarının hesablanması (252 – 22 – 9 = 221 ədəd)
Dt Kassa 209950 Dt Kassa 209950
Kt Debitor borc 209950 Kt Debitor borc 209950
Bu müxabirləşmələrdən sonra, Baş Kitabda “Ehtiyatlar” hesabı aşağıdakı kimi olacaqdır:
Daimi metod
Ehtiyatlar
Hesabat dövrünün
əvvəlinə olan qalıq 5100 Satışın maya dəyəri 128520
Kred. Borc 127500 Kred. Borc 2040.
Satışın maya dəyəri 4590 Hesabat dövrünün
sonuna olan qalıq 6630
137190 137190
Dövri metod
Ehtiyatlar
Hesabat dövrünün Hesabat dövrünün
əvvəlinə olan qalıq 5100 sonuna olan qalıq 6630
Fərz edək ki, hesabat dövrünün sonunda ehtiyatlar hesablandığı zaman anbarda hərəsinin dəyəri 510 manat olan 13 ədəd ehtiyat mövcud idi. Belə olduğu halda, hər iki metoddan istifadə etməklə, Mənfəət və ya Zərər haqqında hesabat aşağıdakı kimi olacaqdır:
Daimi metod Dövri metod
Satışdan gəlir 239400 Satışdan gəlir 239400
Satılmış malların Satılmış malların
geri qaytarılması (8550) geri qaytarılması (8550)
230850 230850
Satışın maya dəyəri Satışın maya dəyəri:
(128520-4590) 123930
Hesabat dövrünün
əvvəlinə olan ehtiyatlar 5100
Alışlar 127500
Qaytarılmış mallar (2040)
130560
Hesabat dövrünün
sonuna olan ehtiyatlar (6630)
(123930)
Ümumi mənfəət 6920 Ümumi mənfəət 6920