Böyük çin çöküşü: O yeni dünya böhranının başlanğıcı ola bilərmi (2-ci hissə)

posted in: Xəbər | 0

Böyük çin çöküşü: O yeni dünya böhranının başlanğıcı ola bilərmi (2-ci hissə)Çin çöküşü

Çin Kommunist partiyası yerli oliqarxlardan öz pullarını xalqla bölüşməyi xahiş edib və bu birjalarda panikaya səbəb olub.

Nəhayət, daha bir versiya da vardır – konspiroloji versiya. Məsələn, Çində bir neçə sənaye sahəsində bazarın yenidən bölüşdürülməsi baş verir. Hazırkı qadağalar isə  – rəqiblərin lobbiçiliyinin nəticəsidir. Məsələn, Didi çox aktiv şəkildə öz müştəri bazasını itirməkdədir. Onun müştərilərini bu sahədə işləyən digər şirkətlər ələ keçirirlər. Alibaba şirkəti isə bazarda olan payını digər onlayn-riteylerə – JD.com-a güzəştə gedir.

Bunlar bir- biri ilə birbaşa rəqibdirlər. Lakin, sonuncu şirkət Si Tszinpinin əyalətindədir. Çox güman ki, Çin respublikasının rəhbəri ona himayəçilik edir.

Bundan sonra nə olacaq?

Çin səhmlərinə xarici investorlar sərmayə yatırıblar. Çinin şirkətləri olduqca perspektivli hesab olunurlar. Onlar demək olar ki, bütün sənaye sahələrində, hətta yüksək texnologiyalı sahələrində də Amerika şirkətləri ilə ilə rəqabət aparırlar. Və indi onların perspektivləri olduqca qeyri -müəyyəndir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Tənzimləyicilər, ən mənfi proqnozların belə uyğun gələ bilməyəcəyi xəyal gücünü göstəriblər. Repressiya kampaniyası başa çatana qədər, böyük Çin şirkətlərinin səhmlərinin maliyyə nəticələrindən asılı olmayaraq, dəyərinin artması çətin olacaq. Ən böyük Çin korporasiyalarının iş modeli antiinhisar qanunlarının sərtləşdirilməsi səbəbindən korrektə oluna bilər, – investbankir Yevgeniy Koqan öz teleqram-kanalında belə yazıb.

Onun fikrincə, şirkətlərin xərcləri arta bilər. Məsələn, əməkhaqqı və ya işçilərin sosial təminatı (o cümlədən, doğum sayının stimullaşdırılması üzrə yeni tədbirlər çərçivəsində) və ya sahə layihələri investisiya üçün. Bütün bunlar rentabelliyə təsir göstərə bilər.

Amma, Çindəki vəziyyət çətin ki, dünya böhranı üçün katalizator rolunu oynasın. Bütün hallarda yerli səhmlərin qiymətdən düşməsinin səbəbləri lokaldır. 1997-ci ildə Asiyada genişmiqyaslı maliyyə böhranının başladığı və daha sonra Rusiyaya yayıldığı vəziyyətin təkrarlanacağını gözləməyə hələ ki, ehtiyac yoxdur.

Bundan əlavə, ABŞ birjalarında da vəziyyət pisləşməkdədir. Amma, orada Çin hakimiyyət orqanlarının etdiyi kimi, hələ ki, pandemiya ilə mübarizə üçün dərəcələri artırmırlar və maliyyələşdirmə miqdarını azaltmırlar. Lakin, gec və ya tez ABŞ da bunu etməlidir. Bunun ardınca isə qanunauyğun olaraq Qərb fond bazarlarında da iflas yaşanacaq, bu isə öz növbəsndə dünya böhranının spiralını fırladacaq.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Minimum aylıq əməkhaqqının illər üzrə göstəriciləri

posted in: Xəbər | 0

minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarMinimum aylıq əməkhaqqının illər üzrə göstəriciləri 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN), 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN), 2007-ci il fevralın 1-dən 50 manat, 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat, 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat, 2013-cü il sentyabrın 1-dən 105 manat, 2017-ci il yanvarın 1-dən 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat, 2019-cu ilin martın 1-dən 180 manat, 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir, 250 manat müəyyən edilsin.

Qeyd: “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli 937 nömrəli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1265 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir.

Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (2-ci hissə)

posted in: Xəbər | 0

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (2-ci hissə)

süni intellektTəhlil və yaradıcılıq qabiliyyəti      

IBM tərəfindən işlənib hazırlanmış superkompüterin 1997-ci ildə şahmat üzrə dünya çempionu Harri Kasparovun üzərində qələbəsi bu sahədə möhtəşəm nəticə idi. 2016 – cı ildə isə Google DeepMind şirkətinin AlphaGo proqramı ilk dəfə olaraq məntiq və strateji düşünmək bacarığı üzrə qo – oyunda peşəkar Li Sedola qalib gəlmişdi. Bir neçə yüz milyonluq kombinasiyalardan ibarət şahmatdan fərqli olaraq, qo oyununda nəticəni hesablamaq mümkün deyil, burada yaradıcı yanaşma zəruridir. Bu qələbə süni intellektin insana məxsus idrak funksiyalarına yiyələnməsinə nail olduğunu göstərirdi.

Müasir neyroşəbəkələr daha çox üç başlıca sahədə tətbiq olunur:

  • maşın görmə (kontentin emalı, üz cizgilərini tanıması, təsvirin axtarışı və işarələnməsi, videotəhlil);
  • səsin tanınması (dillərin emalı, səsin sintezi, maşın tərcüməsi);
  • mətnin tanınması (universal OCR, OCR sertifkatlaşdırma, qeydləri tanıma, sənaye OCR-ləri, xüsus şablonlar).

Düzdür, hələ ki, insan səviyyəsində olduğu kimi yüksək olmasa da, onlar artıq şəkil çəkməyi və şeirlər yazmağı da öyrəniblər.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Əlbəttə ki, kompüterlərin hesablama gücünün səmərəliliyinin paralel artması olmadan, çoxtəbəqəli neyroşəbəkələrin dərin maşın tədrisində hər hansı bir sıçrayışlı inkişafı da ola bilməzdi.

Mağazada, yolda, qoruqda

XXI əsrdə süni intellektin imkanlarından ən müxtəlif sahələrdə istifadə olunur: telekommunikasiya, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, ticarət. Onlardan yalnız bir neçə nümunə gətirək.

Süni intellekt, Birləşmiş Ərəb Əmirliklərindəki IKEA mağazalarında maliyyə itkilərini azaltmağa və oğurluqların qarşısını almağa imkan verir: bütün texniki təhlükəsizlik vasitələri və kassa sistemi ilə inteqrasiya olunmuş 420 kameradan ibarət intellektual videomüşahidə sistemi, mağazaların girişindən tutmuş kassa və texniki otaqlara qədər bütün zonalara tam nəzarəti təmin edir.

814 kameradan istifadə edən süni intellekt-təhlil yalnız təhlükəsizliyin qayğısına qalmır, həm də ziyarətçilərin sayı haqqında məlumatı kassa sisteminin məlumatları ilə birləşdirərək, BƏƏ-nin ən böyük ticarət mərkəzində konversiya üzrə qiymətləndirməyə və marketinq tədqiqatları aparmağa imkan verir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV öhdəliyi və onun əvəzləşdirilməsi qaydası

posted in: Xəbər | 0

ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Bəs ƏDV kimdən və necə alınır? Onun uçotu necə aparılır? Bu və digər suallara iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirib:

ƏDV müəssisənin maliyyə hesabatlarında ya öhdəlik (kreditor), ya da alacaq (debitor) kimi əks etdirilə bilər. ƏDV ödəyicisi üçün mal və xidmətlərin alışı və idxalı zamanı ödənilən ƏDV məbləği müəssisənin alacağı (ƏDV aktivi) kimi uçota alınır. ƏDV aktivinə həmçinin, əvəzləşdirilən ƏDV də deyilir. Mal və xidmətlərin satışı zamanı istehlakçıdan alınan ƏDV məbləği isə müəssisənin kreditoru (ƏDV öhdəliyi) kimi uçota alınır.

ƏDV ödəyicisi üçün ƏDV müəssisənin birbaşa xərclərinə aid edilə bilməz. Lakin bəzi hallarda əgər ƏDV ödəyicisi ödəniş zamanı vergi qanunvericiliyinin tələblərini yerinə yetirməsə (məsələn, ƏDV-ni nağd şəkildə ödəsə), əvəzləşdirmə hüququnu itirsə də ödənilmiş məbləği alışın üzərinə gələ bilər.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


ƏDV ödəyicisi olmayan fiziki və hüquqi şəxslər isə alışlar və idxal zamanı ödədikləri ƏDV-ni məhsulun və ya xidmətin maya dəyərinə daxil etməyə məcburdurlar.

Mal və xidmətlərin satışı zamanı həmişə ƏDV öhdəliyi yaranır. Yəni, istər nağd qaydada kassa aparatı vasitəsilə satış olsun, istərsə də nağdsız qaydada bank vasitəsilə satış, ƏDV öhdəliyi yenə də yaranır. Mal və xidmətlərin alışı zamanı isə ƏDV aktivi yarana bilər. Lakin bu zaman alışlar mütləq şəkildə nağdsız qaydada olmalı və ƏDV hissəsi də nağdsız qaydada depozit hesabına köçürülməlidir. Malların və xidmətlərin idxalı zamanı ödənilən ƏDV isə istənilən qaydada ödənilsə, yenə də ƏDV aktivi yaranır. Yəni idxal zamanı xidmətin ƏDV hissəsi həm bankla köçürmə yolu, həm də nağd qaydada qəbzlə ödənilərsə, yenə də əvəzləşdirilən ƏDV yaranır.

İşarələnmiş hərflərə (S, A və İ hərflərinə) görə ƏDV-ni aşağıdakı düstur şəklində də ifadə etmək olar:

ƏDV = S – (A+İ)

Burada, S- satışlar zamanı alınan ƏDV, yəni, satışlardan daxil olan ƏDV hissəsidir;

A – mal və xidmətlərin alışı ilə bağlı nağdsız qaydada ödənilən ƏDV-dir;

İ – malların idxalı zamanı gömrüyə ödənilmiş ƏDV və qeyri-rezidentlərdən (xaricdən) xidmətlərin alışı (idxalı) zamanı dövlət büdcəsinə ödənilən ƏDV-dir.

Misal 1: “ABC”müəssisəsi xidmət göstərən hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə mal vəxidmətlərin alışı zamanı satıcılara 1500 dollar və onlara görə 270 dollar ƏDV ödəyib.Dövr üzrə müəssisə başqa şirkətlərə 5000 dollarlıq xidmət göstərməklə onlardan 900 dollar ƏDV qəbul edib. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablamaq tələb olunur.

900-270 = 630 dollar.

Deməli, bu zaman müəssisənin 630 dollar məbləğində ƏDV öhdəliyi yaranır.

Misal 2: “NBH” müəssisəsi istehsalatla məşğul olan hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə istehsalatla bağlı alışlarına görə satıcılara 15000 manat və onlara görə 2700 manat ƏDV ödəyıb. Müəssisə istehsalata yeni başladığı üçün dövr ərzində cəmi 2000 manatlıq satış edə bilib. Buna görə də alınan ƏDV cəmi 360 manat təşkil edir. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablayaq:

Satışlar – 2000 manat

ƏDV öhdəliyi – 360 manat

Alışlar – 15 000 manat

Əvəzləşdirilən ƏDV – 2 700 manat

2700-360 = 2340 manat.

Büdcədən qaytarılmalı olan ƏDV məbləği 2340 manatdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 652 653 654 655 656 657 658 2. 391