Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən işçilərin orta siyahı sayının hesablanması barədə

posted in: Xəbər | 0

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən işçilərin orta siyahı sayının hesablanması barədə

orta siyahı sayı, orta siyahı sayının hesablanması, sosial sığorta haqqı, vakansiya, mühasib,“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarlarına əsasən, işçilərin orta siyahı sayı vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

Həmçinin növbəti hesabat ilində sahibkarlıq subyektilərinin bölgüsü meyyarlarının müəyyən edilməsi üçün cari ildəki meyar əsas götürülür və nöbvəti hesabat ilinin sonunda həmin il üçün həmin ilin nəticələri əsasında meyar yenidən müəyyən edilir.

Əsaslandırma: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü”.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı sahibkarlar cari vergi arayışı təqdim etməlidirlər?

posted in: Xəbər | 0

güzəştlər cari vergi arayışıHazırda rüblük hesabatların təqdim edilməsi davam edir. Eyni zamanda “Cari vergilərin hesablanması haqqında Arayış” da aktualdır. Vergi mütəxəssisi Dilqəm Göyüşov bununla bağlı bəzi diqqət çəkən məqamlara aydınlıq gətirib:

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər meine rezension hier.

Burada diqqət olunası məqam maddənin əvvəlində qeyd olunan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən arayışın təqdim olunmasıdır. Bəs hüquqi şəxslər və fərdi sahibkarlar kimlərdir?

Fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

O zaman, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd olunan fəaliyyətlərlə məşğul olan) və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər “Cari vergilərin hesablanması haqqında Arayış”ı verməlidirlərmi?

Vergi Məcəlləsinin 151.1-ci maddəsində deyildiyi kimi, cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdırlar. Göründüyü kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin “Cari vergilərin hesablanması haqqında Arayış”ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni, “Cari vergilərin hesablanması haqqında Arayış”ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçinin məlumatlandırılması ilə bağlı işəgötürənin öhdəlikləri hansılardır?

posted in: Xəbər | 0

işsizlikdən sığortaİşçi hüquqları mövzusunda daha bir faydalı yazımızı bu dəfə işəgötürənin öhdəliklərindən biri ilə davam etdiririk. Bu yazımızda işəgötürənin işçini tanış etdirmək öhdəliyindən irəli gələrək hansı hallarda bu vəzifələrinin olmasını qeyd edəcəyik.

İşəgötürən…

– İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

– İş vaxtının rejimi işçinin əməl etməli olduğu mühüm şərtlərdəndir. Buna əsasən, iş vaxtının rejimi və onu müəyyən edən qaydalar müvafiq hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

– İşçi məzuniyyətə çıxarkən neçə gün, nə vaxt bitəcəyi, işə çıxma vaxtı əks etdirilmiş əmri görmək hüququna malikdir. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

– İşçiyə aldığı əməkhaqqının necə formalaşdığı həmişə maraqlı olur. Buna əsasən, müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əməkhaqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

– “Sənə intizam tənbehi verirəm” – deməklə işçi barəsində tədbir görülə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti işçiyə təqdim olunmalıdır.

– İşəgötürən ona ziyan vurulduğunu bildirən araşdırma apardıqda belə işçi hüququnu gözləməlidir. Belə ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

– Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, qanunvericiliklə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədilə səlahiyyətli orqan təhlükəli iş və iş yerlərinin, müvafiq tədbirlərin icrası üzrə qaydaları müəyyən edir. Qayda və siyahılar kütləvi tirajlarla nəşr etdirilməli və iqtisadiyyatın bütün sahələri üzrə işəgötürənlərin, həmkarlar ittifaqları təşkilatlarının istifadəsinə verilməlidir. İşəgötürənlər bütün imkanları və məqbul üsulları ilə işçilərin həmin siyahılarla istənilən vaxt tanış olması və istifadəsi üçün zəruri tədbirlər görməyə borcludurlar.


Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi əməkhaqqı əməkhaqqının hesablanmasıƏmək Məcəlləsinin 179-cu maddəsində qeyd olunur ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Belə hallardan biri də hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaq, hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunmaqdır.

Müharibədə iştirak etmiş və Əmək Məcəlləsinin 179-cu maddəsinin tətbiqi ilə bağlı problemlərlə üzləşən, hüquqları pozulmuş işçilər üçün BSC şirkətinin hüquqşünası Nəsrin Cəbrayılova və maliyyə və mühasibatlıq üzrə layihə rəhbəri Zəhra Əliyeva “vergiler.az” saytına açıqlama veriblər:

Əmək Məcəlləsinin 179-cu maddəsində göstərildiyi kimi, 44 günlük Vətən müharibəsində iştirak etmiş işçilərin iş yeri saxlanılmalı və onlara orta əməkhaqqı ödənilməlidir. Nəzərə alsaq ki, bəzi işəgötürənlər qanunvericiliklə bağlı kifayət qədər məlumatlı olmadığı üçün və ya işçinin orta əməkhaqqının məbləği aylıq əməkhaqqının məbləğindən kəskin fərqləndiyi üçün bu maddəni tətbiq etməkdə maraqlı olmurlar. Ona görə də işçilər bu məsələlərdə diqqətli olmalıdır.

Misal: Məhəmmədov Məhəmməd Məhəmməd oğlu adlı işçi 01.10.2020 – 31.12.2020 müddəti ərzində Vətən müharibəsində iştirak etmiş və bu müddət ərzində ona aylıq əməkhaqqı ödənilmişdir. İşçi müraciət edərək ona aylıq əməkhaqqı deyil, orta əməkhaqqının ödənilməli olduğunu qeyd edərək, məbləğlər arasındakı fərqi işəgötürəndən tələb etmişdir. İşçi bu tələbində haqlıdırmı?

Bildirək ki, Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Lakin hazırki halda işçiyə ödənilməli olan əməkhaqqı yox, orta əməkhaqqıdır. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilir ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

Orta əməkhaqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

• hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

• hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda.
Yuxarıda qeyd olunanlara əsasən, Məhəmmədov Məhəmməd Məhəmməd oğlu adlı işçiyə müharibədə olduğu müddət ərzində orta əməkhaqqı ödənilməlidir.

Qeyd: Qanunvericiliyə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 655 656 657 658 659 660 661 2. 391