İcbari sığorta növləri üzrə bunları bilmək faydalıdır

posted in: Xəbər | 0

icbari sığorta növləriSon zamanlarda baş verən yanğın və digər təbii fəlakətlər zərərlərin kompensasiya edilməsi üçün sığorta müqaviləsinə marağın artmasına təkan verir. Son statistik göstəricilər isə bu artımın nəinki  həyat sığortası sahəsində, eyni zamanda qeyri-həyat sığortası növləri üzrə də davam etməsini bir daha sübut edir. Bu yazımızda icbari sığorta növləri üzrə xüsusi diqqət yetirilməli hallar barədə məlumat verəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, icbari qaydada tətbiq edilən sığorta növləri üzrə sığorta şirkəti (sığortaçı) nəzarət orqanından icazə alıbsa, həmin növ üzrə sığorta etdirmək istəyən şəxslə sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Bəzən sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlar icbari qaydada mülki məsuliyyəti üzrə sığortalamaqdan imtina edilməsi halları barədə məlumat versələr də, nəzərə almalıdırlar ki, sığortaçının həmin sığorta növü üzrə icazəsi varsa, sığortalamaqdan imtina etməsi qanun pozuntusudur.

– Həmçinin hansısa sığortaçı tərəfindən mütləq icbari növ üzrə onunla sığorta müqaviləsi bağlamağa təkid edilməsi qanun pozuntusudur. Belə ki, şəxs icbari və könüllü növü üzrə istədiyi sığortaçı ilə sığorta müqaviləsi bağlamaqda sərbəstdir.

– İcbari növlər üzrə sığorta müqaviləsi müqavilədə xüsusilə göstərilməsi halları istisna olmaqla, 1 il müddətinə bağlanılır. Onu da qeyd edək ki, bu növ müqavilələr üzrə müddət bitdikdən sonra yeni icbari müqavilə bağlanması mütləqdir.

– Qəzalı vəziyyətdə və ya istismara yararsız olan əmlakın icbari sığortaya cəlb edilməsi yolverilməzdir.

– Şəxsin gəlir itkisi, qanunazidd mənafeyi, cərimələnməsi, mərc, oyun və lotereyalarda iştirakı ilə bağlı mənafeyi sığortalana bilməz.

– Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqluyyat vasitəsini idarə edən şəxsin özü və ailə üzvlərindən başqa digər şəxslərin əmlak və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlaka qanunla göstərilən hallar nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Daşınar əşyaya dəyən zərərlər bu növ üzrə ödənmir.

– Şəxs əmlakını könüllü qaydada tam və ya qismən də olsa sığortalamış olsa da, yenə də icbari növlər üzrə müqavilə bağlamaq öhdəliyi daşıyır. Daha çox ipoteka götürən şəxslərin qarşılaşdığı növlərdən olan əmlak sığortası üzrə aşağıdakıları qeyd etmək zəruridir:

— yaşayış evi və mənzillərin icbari qaydada sığortalanması ilə bağlı hazırda mexanizm mövcud olmadığı üçün ipoteka götürən şəxslər ipoteka üzrə səlahiyyətli qurumun tələbi üzrə könüllü qaydada sığorta müqaviləsi bağlayır. Qeyd etmək lazımdır ki, icbari növ üzrə Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər üçün 25 min manat nəzərdə tutulduğunu bilərək, gələcəkdə mexanizmin mövcudluğundan sonra icbari təminatı çıxmaqla könüllü əmlak sığortası üzrə müqavilə bağlamaq məqsədəuyğun sayılır.

– Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə müddəti bitməsinə az qalmış “bizimlə müqavilə bağlasanız endirim qazanacaqsınız” – deyərək zəng vuran şəxslərlə bağlı bilmək zəruridir ki, bu növ də daxil bütün icbari növlər üzrə hər hansı endirim tətbiq edilməsi qanunsuzdur. Müştəriyə bildirilib, daha sonra endirimli qiymət olaraq təqdim edilən sığorta haqqı məbləği bu növ üzrə elektronlaşmış sistem üzərindən təqdim edilən məbləğdir. Daha dəqiq desək endirimi sistem verə bilər, şirkətlər deyil.

Yekunda isə qeyd edək ki, icbari növlər üzrə mənəvi zərərlə bağlı tələblər, hərbi əməliyyatlar zamanı dəyən zərərlər, qiymətli kağız, rəsm əsəri, ixtira və qiymətli daşlara dəyən zərərlər də ödənilmir.


Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?

posted in: sual-cavab, Xəbər | 0

vöenSual: Müəssisəsimiz, sexdən stol masası alıb, ödəniş etmək istəyir. Lakin qarşı tərəfin bank hesabı və VÖEN-i yoxdursa, ona nağd ödəniş edib xərcə salmaq olarmı? Olarsa əlavə hansı vergilər ödənilməlidir? (Məsələn satıcıya çatmalı olan məbləğ 100 AZN-dirsə, nə qədər vergi ödənilməlidir?)

Cavab: Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sənaye parklarının rezidentləri daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək

posted in: Xəbər | 0

Prezident İlham Əliyev Vergi Məsəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

Dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri daha 5 il – 1 may 2026-cı ilə qədər vergi və gömrük rüsumu ödəməkdən azad edilib.

Xatırladaq ki, sözügedən möhlət 1 may 2016-cı ildə 5 il müddətinə müəyyən edilmişdi və bu il başa çatırdı.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əməkhaqqıBu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və yaxud 0,8% artaraq 1 684,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunun 900,6 min nəfəri dövlət, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə-sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 2,2% artaraq 725,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 657 658 659 660 661 662 663 2. 391