Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

posted in: Xəbər | 0

yaradıcılıq məzuniyyətləriAli və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərin təhsil məzuniyyətləri barədə məlumat vermişdik. Bu dəfə yaradıcılıq məzuniyyətləri və onların müddətləri haqqında danışacağıq.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsasən, aşağıdakı hallarda doktorantlara və fəlsəfə doktorlarına yaradıcılıq məzuniyyətləri verilir:

– İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

– Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


– Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Bundan əlavə, Əmək Məcəlləsinin 122-ci maddəsinin 3-cü hissəsinə əsasən, işləməklə yanaşı doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni nəsil kassa aparatlarının sayı açıqlanıb

posted in: Xəbər | 0

nkaDövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, indiyə qədər ölkə ərazisində 48 169 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənişlərin verilməsi

posted in: Xəbər | 0

ödənişlərin verilməsiMüəssisələrdə baş verən bədbəxt hadisələrlə əlaqədar məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarxili, 27 nömrəli Qərarı ilə təsdiq edilən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası”na uyğun olaraq aparılır. Mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, həmin Qaydaların 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:

– əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

– müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


– müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;

– keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə;

– işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;

– istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

– növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;

– işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;

– işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;

– əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;

– əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarxili, 3 nömrəli Qərarı ilə təsdiq edilən “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtlərivə məbləği”nə dair sənədin 1.3-cü maddəsinə əsasən, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) və işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduğu halda ödəməlidir.

Həmçinin, buQərarın 3.3-cü maddəsində göstərilib ki, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən əməkhaqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır və alınan ümumi məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır. Alınan məbləğ işçinin əmək qabiliyyətini itirdiyi faizə vurulur.

Zərər vurulanadək zərərçəkənin 12 aydan az işləmiş olduğu halda, orta aylıq əməkhaqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır.

Əgər işçi xəstə olduğu dövrdə təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı baş verərsə, bu halda orta əməkhaqqı kütləvi artımdan sonrakı iki aylıq faktiki orta əməkhaqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Bu hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.

Misal: “A” müəssisəsində fauna sahəsində əmək müqaviləsi əsasında əməkhaqqı aylıq 800 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 02.09.2021-ci il tarixində işlədiyi müəssisədə baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 70 faizini itirib. İşçi işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmayıb. Bu halda işçiyə nə qədər ödəniş verilməlidir?

800 x 12=9600 manat
9600 : 12=800 manat (orta aylıq əməkhaqqı)
800 x 70% = 560 manat.

Deməli, həmin işçiyə əmək qabiliyyətini itirməsinə görə 560 manat ödəniş edilir.

Eyni zamanda, Əmək Məcəlləsinin 239-cu maddəsi və Nazirlər Kabinetinin adıçəkilən 3 saylı qərarında nəzərdə tutulmuş ödənişlərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir.

Bununla yanaşı qeyd etmək istərdim ki, işçinin peşə əmək qabiliyyətinin itirilməsivə yaxud peşə xəstəliyi Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə ilə təsdiq edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Startap” şəhadətnaməsini kimlər və necə əldə edə bilər?

posted in: Xəbər | 0

Startap şəhadətnaməsi“Startap” (Start-up) ingilis dilindən tərcümədə “başlamaq”, “işə salmaq” mənalarını verir və əvvəllər hər hansı bir işə yeni başlayana deyilirdi. Müasir dövrdə startap dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür.

Ölkəmizdə innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə bir sıra güzəştlər tətbiq olunur, xüsusi zonalar, inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir, qrant müsabiqələri keçirilir. Bu təşəbbüslər mütərəqqi beynəlxalq təcrübə, müasir qlobal meyillər nəzərə alınmaqla daha da genişləndirilməkdədir.

Startap ekosisteminin inkişafı istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Azərbaycan dünyada startap meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır.

“Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

“Startap” şəhadətnaməsinin üstünlükləri

“Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Şəhadətnamə startaplara vergi güzəşti tətbiq etməklə, onların əldə etdiyi gəliri layihənin inkişafına yönəltməyə imkan yaradır. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

“Startap” şəhadətnaməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Agentlik indiyə qədər 19 sahibkarlıq subyektinə şəhadətnamə verilib. Şəhadətnamə almış layihələr baytarlıq üçün ağıllı cihaz, maliyyə texnologiyaları, sığorta, logistika xidməti, ödəniş aqreqatoru, elektron ticarət və digər yeni və ənənəvi sahələrə innovativ həlləri tətbiq edən layihələri əhatə edir. “Startap” şəhadətnaməsi almış sahibkarların layihələrinin 80 %-i onlayn, 20 %-i elektron cihaz və mexaniki qurğulara əsaslanan məhsul və xidmətlərin təqdim edilməsini nəzərdə tutur.

“Startap” şəhadətnaməsi üçün necə müraciət etməli?

“Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134) və yaxud elektron qaydada (info@smb.gov.az) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə həmin gün qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə, 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və yaxud verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur.

“Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 660 661 662 663 664 665 666 2. 391