2026-cı ildə əməkhaqqı cədvəli: əməkhaqqıdan tutulmaların auditində nələrə diqqət etməli

posted in: Xəbər | 0

Əməkhaqqıdan tutulmalrın auditi zamanı qanunvericilik aktlarının düzgün tətbiqi, tutulmaların düzgün hesablanması və sənədli sübutların, o cümlədən gəlir vergisi, aliment, həmkarlar ittifaqı üzvlük haqları, habelə cərimələr üzrə uyğun sənədlərin mövcudluğu, tutulmaların əməkhaqqı cədvəlində düzgün əks etdirilməsi yoxlanılır.

Bəs 2026-cı ilədə əməkhaqqı cədvəli necə dəyişəcək?

Əməkhaqqından tutulmaların auditi zamanı nələrə diqqət etmək lazımdır?

Aliment, həmkarlar üzvülük haqqları, cərimələr və digər məcburi tutulmalar, habelə əməkhaqqıdan tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması qaydaları, əvəllki illərdə olduğu kimi, qanunvericilk aktlarında müəyyən edilmiş qaydada həyata keçiriləcək.

2026-cı ildə əməkhaqqıdan tutulmalarda ediləcək dəyişikliklər, əsasən, muzdlu işlə bağlı gəlirlərdən verginin, MDSS və İTS-in hesablanmasını əhatə edir.

2026-cı ildə əməkhaqqı cədvəlində gəlir vergisi üzrə dəyişikliklər olacaqmı?

Auditor ilk növbədə, 2026-cı ildə əməkhaqqı tutulmalarına tətbiq ediləcək dəyişiklikləri nəzərə almaqla, vergitutma bazasını, tutulmaların düzgünlüyünü müəyyən etməlidir.

2026-cı il üçün əməkhaqqı cədvəlində işçinin muzdlu işlə bağlı gəlirindən vergi tutulması ilə bağlı bunlar nəzərə alınmalıdır:

  1. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən vergi dərəcəsi dəyişmir, əməkhaqqıdan vergi tutulmaları 2025-ci ildə olduğu kimi qalır;
  2. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulmasına 2019-cu ildən tətbiq edilən güzəştlər (AR Vergi Məcəlləsinin  1-1. bəndi) qüvvədən düşür.

Güzəştlərin ləğvi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib.

2026-cı il üzrə dəyişiklikləri nəzərə alan audit yoxlaması üçün bizimlə əlaqə saxlayın!

Əməkhaqqıdan vergi tutulmalarına 2026-cı ildə dəyişikliklər necə olacaq?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisələrdə çalışan işçilərin muzdlu işdən aylıq gəlirlərinə vergi dərəcələri aşağıdakı kimi tətbiq ediləcək:

Aylıq gəlir Gəlir vergisi -2026
0 – 2500 AZN 3%
2500 – 8000 AZN 75 AZN + 2500-dən yuxarı hissənin 10%-i
8000 AZN-dən yuxarı 625 AZN + 8000-dən yuxarı hissənin 14%-i

 

Aylıq gəlirlərin minimum intervalı üçün (0-2500 manat) vergi dərəcəsinin  2027-2028-ci illərdə uyğun olaraq 5 və 7 % olması nəzərdə tutulur.

Auditor bu dəyişiklərin 2026-cı ildə əməkhaqqı cədvəlində (istər kağız daşıyıcıda, istərsə də avtomatlaşdırılmış elektron sistemlərdə) nəzərə alınmsına diqqət etməlidir.

Dövlət Sosial Müdafi Fonduna ayırmalar necə dəyişəcək? 

Özəl sektorda 2026-cı ildə əməkhaqqı hesablnması zamanı məcburi dövlət sosial sığorta (MDSS) haqlarının hesablanması zamanı işçi və işəgötürənə münasibətdə aşağıdakı sxemlər nəzərdə tutulub:

  • 200 manatadək əməkhaqqı üçün MDSS – işçi 3 %, işəgötürən 22 %;
  • 200-8000 manat üçün MDSS – işçi 10 %, işəgötürən 15 %;
  • 8000 manatdan çox oldurqa – işçi 10 %, işəgötürən 11 %.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən tutulan MDSS əvvəlki kimidir (işçi 3 %, işəgötürən 22 %).

İTS, İS üzrə əməkhaqqıdan tutulmalar dəyişəcəkmi?

İcbari tibbi sığorta üzrə işçi və işəgötürəndən hesablanmış əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bu hər iki sektorda çalışan işçilərə aiddir. Məsələn, dövlət yaxud qeyri-dövlət müəssisəsində çalımasından asılı olmayaraq, 3000 manat əməkhaqqı alan şəxsi üçün İTS tutulması 52,50 manat (50+(3000-2500)*0,5%) olacaq. İşəgötürən də eyni məbləği işçiyə görə icbari tibbi sığorta fonduna ödəməlidir.

İşsizlikdən sığorta haqqının hesablanması hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparlcaq.

Bütün bu dəyişikliklər 2026-cı ilin əməkhaqqı cədvəlində nəzərə alınmalıdır.

Audit yoxlaması necə aparılır?

  • Seçmə üsulu ilə yoxlama: auditor işçiləri seçir, hesablamadan ödənişə və əməkhaqqı tutulmalarının mühasibat uçotunda əks olunmasına qədər bütün zənciri nəzərdən keçirir;
  • Məlumatların üzləşdirilməsi: audit zamanı tabel, əmək müqaviləsi, əmrlər, bank çıxarışları, əməkhaqqı cədvəlindəki məlumatlar yoxlanılaraq üzləşdirilir.
  • Müxabirləşmələrin təhlili: 533 saylı hesab və onunla müxabirləşən hesablarda uçot qeydlərin düzgünlüyü yoxlanılır.

Auditin məqsədi 2026-cı ildə əməkhaqqıdan tutulmaların qanuna uyğun, dəqiq və şirkətin mühasibat uçotu siyasətinə uyğun olaraq həyata keçirilməsini, onların əməkhaqqı cədvəlində və digər hesabatlarda düzgün əks olunmasını təmin etməkdir.

Aşağıdakı keçidlərdən 2026-cı ildə əməkhaqqı cədvəli hazırlamaq üçün Excel faylları yükləmək olar.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli (1144 downloads )

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli (912 downloads )

Təcrübəli auditorlarla işləmək üçün indi bizimlə əlaqə saxlayın!

Azərbaycanda 6 ayda vergi daxilolmaları artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox, proqnozdan isə 1,6 % çoxdur.

6 aylıq vergi daxilolmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 10,1 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Mənbə: report.az

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri artıb

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 163,7 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 82 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 6 milyard 459,2 milyon manat olub.

Mənbə: report.az

Naxçıvanda fərdi sahibkarlar üçün vergi güzəştləri

Naxçıvanda fərdi sahibkarlar üçün vergi güzəştləri

posted in: Xəbər | 0

Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkarın Şərur rayonunda mağazası var və qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. 2026-cı ildən Naxçıvanda fəaliyyət göstərən vergi ödəyicisilərinə vergi güzəştlərinin verilməsi barədə qanunda dəyişiklik edilib. Bu halda vergi güzəştləri həmin fərdi sahibkara hansı formada tətbiq ediləcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi üzrə güzəştlər (idxalda ƏDV-dən azadolma fərqli şərtlərlə) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Vergi Məcəlləsinin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Eyni zamanda Vergi Məcəlləsinin 227.4.3-cü maddəsinin müddəalarına əsasən, pərakəndə ticarət üzrə vergi azadolması Naxçıvan Muxtar Respublikasının ərazisində vergi uçotuna alınan və həmin ərazidə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.

Qeyd olunanlara əsasən, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış və bilavasitə həmin ərazidə fəaliyyət göstərən fərdi sahibkarın həmin ərazidə pərakəndə ticarət fəaliyyəti üzrə əldə olunan gəlirləri 2026-cı ilin yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 226.4-cü, 227.1-ci, 227.3-cü və227.4.3-cü maddələri.

Mənbə: vergiler.az

Doğum müavinəti alanların sayı azalıb

Doğum müavinəti alanların sayı azalıb

posted in: Xəbər | 0

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 41 153 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödəniş edilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Müavinət ödənişləri 19 148 qız, 22 005 oğlan uşağına görə həyata keçirilib.

Məlumatların müqayisəsi göstərir ki, doğuma görə birdəfəlik müavinət alanların sayı son üç ildə azalma nümayiş etdirir. Belə ki, 2026-cı ilin ilk yarısında müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 284 nəfər və ya 11.4%, 2024-cü illə müqayisədə isə 10 344 nəfər və ya 20.1% azalıb.

2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 46 437 nəfər, 2024-cü ilin eyni dövründə isə 51 497 nəfər təşkil etmişdi.

Doğuma görə birdəfəlik müavinət alanların sayı, nəfərlə (Mənbə: DSMF)

Dövr Cəmi Qız👧🏻 Oğlan👦🏻
2024 yanvar-iyun 51 497 23 965 27 532
2025 yanvar-iyun 46 437 21 765 24 672
2026 yanvar-iyun 41 153 19 148 22 005

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 28 631 doğulan körpə qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum əmsalının 9.4-dən 8.5-ə enməsi ilə müşayiət olunub. Həmin dövrdə doğulan körpələrin 53.6%-i oğlan, 46.4%-i isə qız olub.

Mənbə: banker.az

Minatəmizləmə Agentliyi auditor seçib

1 2 3 4 2. 406