Mündəricat
- Mühasibat auditi nədir və nə üçün aparılır?
- Audit haqqında anlayış və onun iqtisadi rolu
- Mühasibat auditinin hüquqi bazası
- Mühasibat auditinin növləri
- Könüllü və məcburi audit
5.1.Könüllü audit
5.2.Məcburi audit
- Audit rəyi və onun formaları
- Beynəlxalq audit standartları və Azərbaycan təcrübəsi
- Audit qiymətləri və iqtisadi amillər
- Mühasibat auditi və şəffaflıq prinsipi
Mühasibat auditi nədir və nə üçün aparılır?
Mühasibat auditi – müəssisənin mühasibat uçotu və maliyyə hesabatlarının müstəqil auditor və ya auditor şirkəti tərəfindən yoxlanılması prosesidir. Audit zamanı auditor maliyyə sənədlərini, uçot siyasətini, gəlir və xərclərin uçotunu, aktivlərin və öhdəliklərin qiymətləndirilməsini araşdırır. Məqsəd – müəssisənin maliyyə hesabatlarının etibarlı, dürüst və qanunvericiliyə uyğun olub-olmadığını müəyyən etməkdir. Prosesin sonunda auditor tərəfindən audit rəyi hazırlanır.
| “Audit rəyi – auditorun müəssisənin maliyyə vəziyyəti barədə rəsmi, hüquqi qüvvəyə malik peşəkar fikirlərindən ibarət sənədddir.” |
Rəy müəssisənin etimad səviyyəsini artırır, investorların qərar verməsində və dövlət orqanlarının nəzarət fəaliyyətində mühüm rol oynayır.
Audit haqqında anlayış və onun iqtisadi rolu
Audit təkcə mühasibat sənədlərinin yoxlanması deyil. O, həm də müəssisənin maliyyə şəffaflığını təmin edən nəzarət və etimad mexanizmidir. Audit nəticəsində formalaşan məlumatlar idarəetmə qərarlarının daha düzgün qəbuluna kömək edir.
Auditin rolu aşağıdakılardır:
- maliyyə şəffaflığının təminatı: bütün hesabatlar real vəziyyəti əks etdirir;
- idarəetmədə effektivlik: qərarlar etibarlı rəqəmlərə əsaslanır;
- investor inamı: xarici və yerli investorlar üçün etimad mühiti yaranır;
- risklərin azaldılması: səhvlər və sui-istifadələr vaxtında aşkar edilir;
- vergi nəzarətinin asanlaşdırılması: dövlət qurumları üçün etibarlı audit rəyi hüquqi əsas yaradır.
Mühasibat auditinin hüquqi bazası
Azərbaycanda mühasibat auditi bir sıra qanun və normativ aktlarla müıyyən edilən çərçivədə tənzimlənir.
Auditor fəaliyyəti, auditorların hüquqları, auditin təşkili və audit rəylərinin forması haqqında əsas müddəalar “Audit xidməti haqqında” AR Qanun ilə müəyyən edilir.
- Qanunun 2-ci maddəsinə əsasən, audit fəaliyyəti – maliyyə hesabatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması üzrə müstəqil xidmətdir;
- 8-ci maddəyə görə, audit nəticəsində tərtib edilən audit rəyi mühasibat hesabatlarının ayrılmaz hissəsidir.
- auditorlar öz fəaliyyətlərini Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasında həyata keşirir (maddə 4).
Audit fəaliyyətinin metodik qaydaları, etik kodeksi və minimal qiymətlər da Auditorlar Palatasının normativ sənədləri əsasında müəyyənləşdirir.
“Mühasibat uçotu haqqında” Qanun maliyyə uçotunun və hesabatların hazırlanması qaydalarını müəyyən edir və müəssisələrin uçot siyasəti və hesabat formalarının beynəlxalq standartlarla uyğunlaşdırılmasını tələb olunur. Bu qanun auditin hüquqi bazasını möhkəmləndirir və müəssisələrin şəffaf fəaliyyətini təmin edir.
Mühasibat auditinin növləri
Mühasibat auditi məqsədinə və həyata keçirilmə formalarına görə bir neçə növə bölünür:
- maliyyə auditi – maliyyə hesabatlarının düzgünlüyünü və qanunvericiliyə uyğunluğu yoxlanılır, nəticədə auditor tərəfindən mühasibat auditi rəyi formalaşdırılır.
- daxili audit – müəssisə daxilində aparılır və əsas məqsədi daxili nəzarəti gücləndirmək, xərcləri optimallaşdırmaq və riskləri vaxtında aşkar etməkdir.
- uyğunluq auditi – müəssisənin fəaliyyətinin qanunvericiliyə, normativ aktlara və daxili qaydalara uyğunluğunu qiymətləndirir.
- vergi auditi -vergi hesablamalarının düzgünlüyünü, bəyannamələrin real məlumatlara əsaslanıb-əsaslanmadığını müəyyən edir.
- kadr və əməyin auditi – işçilərlə bağlı sənədlərin, əmək haqqı uçotunun və sosial ödənişlərin düzgünlüyünü araşdırır.
Bu audit növlərinin hər biri nəticəsində auditor rəy verir və həmin audit rəyi müəssisənin maliyyə vəziyyətini təsdiq edən əsas sənəd hesab olunur.
Könüllü və məcburi audit
Könüllü audit
Könüllü mühasibat auditi müəssisənin öz təşəbbüsü ilə aparılır. O, qanuni öhdəlik deyil, menecment qərarı əsasında həyata keçirilir.
Könüllü auditin məqsədi:
- investor və tərəfdaşlar üçün etibar yaratmaq;
- müəssisədaxili nəzarəti gücləndirmək;
- maliyyə risklərini vaxtında aşkarlamaqdır.
Məcburi audit
“Məcburi audit” anlayışı “Auditor xidməti haqqında” AR qanununun 2-ci maddəsində göstərilib, habelə maliyyə hesabatlarının illik məcburi auditinin müstəqil (kənar auditor) tərəfindənəb aprılması AR Mülki Məcəlləsinin 91.4 bəndində təsbit edilib.
Qanunvericiliyə əsasəın aşağıdakı qurumlar illik məcburi mühasibat auditi keçirməlidir:
- banklar və sığorta şirkətləri;
- açıq səhmdar cəmiyyətləri;
- dövlət iştiraklı kommersiya təşkilatları;
- xarici investisiyalı müəssisələr;
- qeyri-kommersiya təşkilatları (əgər illik dövriyyə müəyyən həddi aşırsa).
Məcburi auditin keçirilməməsi hallarında müəssisə inzibati məsuliyyət daşıyır. Bu audit nəticəsində tərtib edilən audit rəyi müəssisənin illik maliyyə hesabatına əlavə olunur.
Audit rəyi və onun formaları
Audit rəyi – auditorun maliyyə hesabatlarının düzgünlüyü və qanunvericiliyə uyğunluğu barədə verdiyi yazılı rəy sənədidir. Bu sənədin repblikamızda tətbiq edilən formaları AR Auditorlar Palatası tərəfindən təsdiq edilmiş “Auditorun yekun sənədləri” qanubvericilik aktında təsbit olnub. Rəylər Beynəlxalq Audit və Təminat Standartları Şürasının (IAASB: ISA 700, ISA 705, ISA 706) tələbləri nəzərə alınmaqla uyğun tərtib edilir.
Audit rəyinin aşağıdakı növləri vardır:
- Şərtsiz müsbət rəy – hesabatlar tam etibarlıdır, uyğunsuzluq yoxdur.
- Şərti rəy – kiçik uyğunsuzluqlar var, lakin ümumi nəticə qənaətbəxşdir.
- Mənfi rəy – maliyyə hesabatları ciddi uyğunsuzluqlara malikdir.
- Rəydən imtina – auditor yetərli sübut toplaya bilmədiyi üçün rəy vermir.
Audit rəyi müəssisənin nüfuzuna, kredit almasına və dövlət orqanları ilə münasibətlərinə birbaşa təsir göstərir.
Beynəlxalq audit standartları və Azərbaycan təcrübəsi
Ümumiyyətlə, audit fəaliyyəti milli və beynəlxalq audit standartlarının tələbləri çərçivəsində tənzimlənir. Beynəlxalq Mühasiblər Federasiyasi (İFAC) tərəfindən hazırlanan tələblər bütün audit prosesinin keyfiyyətini müəyyənləşdirir. Tənzimləmələr zamanı istifadəedilən əsas beynəlxalq sənədlərə aşağıdakıları nümunə göstərmək olar:
- ISA 200: Audit prinsiplərinin əsas məqsədi və ümumi yanaşmalar.
- ISA 315: Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi.
- ISA 700: Maliyyə hesabatları üzrə audit rəylərinin formalaşdırılması.
- IESBA Code: Auditorlar üçün etik davranış qaydaları.
Azərbaycan Respunlikasinin Auditorlar Palatası bu standartları milli qaydalarla uyğunlaşdıraraq tətbiq edir. Nəticədə, ölkəmizdə verilən audit rəyi beynəlxalq səviyyədə peşəkar rəy kimi qəbul edilir.
Audit qiymətləri və iqtisadi amillər
Audit xidmətlərinin qiymətləri müəssisənin dövriyyəsindən (mədaxildən), fəaliyyət sahəsindən və auditin həcminin mürəkkəbliyindən asılı olaraq dəyişir. Auditorlar Palatası auditin minimal qiymətlərinə dair təkliflər və hesablama meyarları müəyyən edir.
Kiçik müəssisələr üçün audit xərcləri daha azdır, lakin iri müəssisələrdə audit prosesinə daha çox vaxt və resurs sərf olunur.
Əlavə olaraq, audit qiymətlərinə təsir edən əsas amillər bunlardır:
- hesabat dövrünün həcmi;
- filialların və bölmələrin sayı;
- sənədlərin elektronlaşdırılma səviyyəsi;
- risk dərəcəsi və əvvəlki illərin audit nəticələri.
Mühasibat auditi və şəffaflıq prinsipi
Mühasibat auditi yalnız yoxlama deyil, həm də şəffaflıq və etimad alətidir. Audit nəticəsində formalaşan audit rəyi müəssisənin ictimai imicini formalaşdırır.
Şəffaf audit sistemi:
- sahibkarlıq mühitini sağlamlaşdırır;
- korrupsiya risklərini azaldır;
- dövlət maliyyə nəzarətini asanlaşdırır;
- xarici investisiyaların cəlbini artırır.
Bu səbəbdən, bir çox şirkətlər məcburi olmasa belə könüllü şəkildə mühasibat auditi keçirirlər.
Sonda qeyd edə bilərik ki, mühasibat auditi və onun nəticəsi olan audit rəyi – müəssisənin maliyyə etibarlılığını və şəffaf idarəetməsini təmin edən əsas vasitələrdəndir. Beynəlxalq standartlara əsaslanan audit fəaliyyəti ölkədə iqtisadi sabitlik, investor inamı və dövlət nəzarəti üçün mühüm alətdir. Auditin düzgün aparılması müəssisənin gələcək dayanıqlığını, reputasiyasını və rəqabət qabiliyyətini birbaşa gücləndirir.

