Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?

posted in: sual-cavab, Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?

Müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

– 6 ay sosial sığorta stajı olmayan şəxslərə;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

– işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


– törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

– məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.


Mənbə: sosial.gov.az


Bax

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?

Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İxtisar olunan işçilərə müavinət necə hesablanır?

posted in: Xəbər | 0

İxtisar olunan işçilərə müavinət necə hesablanır?

müavinət İxtisar olunan işçilərə müavinətİşəgötürənlərlə işçilər arasında mübahisə yaradan məsələlərdən biri də ixtisar edilən işçiyə müavinətin hesablanmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi 70-ci maddənin “b” bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

Bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 8 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 400 manat olduqda işçiyə ödəniləcək müavinət də 400 manat olacaq.

9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 4 il 3 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 600 manat olarsa, ona 840 manat (600 manat x 1,4 misli) müavinət ödənilməlidir.

Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 7 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 800 manat təşkil etdikdə işçiyə 1.360 manat (800 manat x 1,7 misli) müavinət ödənilməlidir.

On ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 12 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki ay əsasında hesablanan) 1.200 manat olubsa, işçiyə də 2.400 manat (1.200 manat x 2 misli) müavinət ödənilməlidir.


Mənbə: vergiler.az


Bax

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?

Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı aktivlərin dəyəri vergidən azaddır?

posted in: Xəbər | 0

malların emala verilməsiVergi Məcəlləsinin 106.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri vergidən azaddır. Məcəllənin 106.1.10-cu maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri vergidən azaddır.

Vergi mütəxəssisi Dilqəm Göyüşov qanunvericiliyin bu tələbini belə izah edib:

Bu iki maddəni oxuduqdan sonra çoxları düşünür ki, bütün hüquqi şəxslər tərəfindən onun özünün və tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri və ya bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri birmənalı şəkildə mənfəət vergisindən azaddır.

9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Düzgün cavaba keçməzdən öncə hər iki maddəni incələyək və maddədən doğan suallara baxaq;

1. Hər iki maddədə müvafiq icra hakimiyyəti dedikdə hansı qurum nəzərdə tutulur?

2. Həmin qurumlar tərəfindən bu maddənin tələbini tənzimləmək məqsədilə hansı Qərar qəbul edilib?

3. Həmin Qərarda hansı hüquqi şəxslər nəzərdə tutulub?

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.12.2012-ci il tarixli 762 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları” təsdiqlənib.

Həmin Qaydaların 2.2-ci və 3.2-ci bəndinə əsasən, qeyd olunan hallarla bağlı qərar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və payları 100% dövlətə məxsus hüquqi şəxs (bundan sonra-hüquqi şəxs) tərəfindən qəbul edilə bilər.

Göründüyü kimi, Vergi Məcəlləsinin 106.1.9-cu və 106.1.10-cu maddələrin müddəaları bütün hüquqi şəxslərə deyil, yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və 100% dövlətə məxsus hüquqi şəxslərə şamil edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin iqtisadi siyasəti (2-ci hissə)

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasəti (2-ci hissə)

Bütün inkişaf etmiş ölkələri əhatə edən 1929-1933-cü illərin Böyük depressiyası göstərdi ki, bazar işsizlik, buraxılış həcminin azalması kimi problemlərin öhdəsindən müstəqil şəkildə gələ bilməz. İsveç, ABŞ və digər ölkələrdəki iqtisadçılar təxminən eyni nəticələrə gəlirlər, lakin, bunların arasında J.M. Keyns öz baxışlarına görə fərqlənirdi.

Keynesə görə, yalnız tam məşğulluq iqtisadiyyatı tarazlıq və səmərəli hesab edilə bilər. Keyns işsizliyin səbəbinin insanların psixologiyasında, qənaət etmə meylində dayanan sözdə “təsirli tələbatın” olmaması olduğuna inanırdı. (Keynes, mahiyyəti aşağıdakılardan ibarət olan psixoloji qanunu hazırlamışdı: istehlak gəlir ilə artır, lakin, gəlir artdıqca eyni dərəcədə deyil).


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Bu çatışmazlığı kompensasiya etmək üçün fəal büdcə-vergi siyasəti və kredit siyasətini həyata keçirmək lazımdır. Həmin dövrdə institusional-sosial məktəbin nümayəndələri dövlətin fəal sosial siyasətinin, antiinhisar, iqtisadi fəaliyyətin hüquqi tənzimlənməsinin zəruriliyini əsaslandırırlar.

İqtisadiyyata dövlət müdaxiləsi XX əsrin 30-cu illərinin ortalarından, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə geniş yayılıb. Dövlət pensiya sistemləri və müəyyən səviyyədən aşağı gəlirli şəxslərə yardımın müxtəlif formaları tətbiq edilir, çünki gəlirlərin yenidən bölüşdürülməsi (varlıların gəlirlərinin azalması və yoxsulların rifahının yüksəldilməsi) dövlətin iqtisadi siyasətinin mühüm vəzifəsi kimi qiymətləndirilməyə başladı. Tsiklik eniş dövründə vətəndaşların gəlirlərinin və məşğulluq səviyyəsinin saxlanılması üçün ictimai işlər və işsizlərə müavinətlərin ödənilməsi proqramları təklif olunurdu. Kəskin şəkildə ifadə olunan artan şkala ilə mütərəqqi vergitutma sistemi işlənib hazırlanır.

İkinci Dünya Müharibəsi dövründə büdcə hesabına müəssisələr tikilirdi, müharibədən sonrakı dövrdə bir sıra ölkələrdə milliləşdirmə həyata keçirilirdi – dövlət sektoru formalaşırdı.

XX əsrin 30-cu illərində dövlətin rolunun artması böyük iqtisadi tsikllərin (Kondratyev tsiklləri) konsepsiyası ilə izah olunur. 30-cu illər dördüncü böyük iqtisadi dövrün başlanğıcı start götürüb. Müasir iqtisadiyyatı müəyyən edən bir çox sahələrin sürətli inkişafı baş verir: kənd təsərrüfatı maşınqayırması, ümumi maşınqayırma, avtomobilqayırma, digər infrastrukturların (yolların, limanların, rabitə sistemlərinin tikintisi) inkişafını tələb etmişdir. P. Samuelson və R. Masqreyv tərəfindən irəli sürülən “ictimai nemətlər” konsepsiyası sübut etdi ki, bütövlükdə ölkə iqtisadiyyatı üçün vacib olan bir sıra malları tədarükünü, məhz, dövlət bacara bilər, bazarın özü bu malları lazımi həcmdə təmin etmək iqtidarında deyil.

Özəl sektorun “ictimai nemətlər” istehsalını həyata keçirmək üçün qətiyyən heç bir stimulu yoxdur, belə ki, onları ödənişlərindən asılı olmayaraq, istisnasız olaraq hər kəs istehlak edir.

Səhiyyə, təhsil, elm, nəqliyyat, kadr hazırlığı və s.sahələrdə ictimai sektorun rolunun genişləndirilməsinin əsasını “eksternaliy” konsepsiyası təşkil etmişdir. Dövlət özəl sektora subsidiyalar (bilavasitə və ya vergi güzəştləri vasitəsi ilə), bəzi malların ictimai sektor vasitəsilə və ya qanun yaradıcılığı vasitəsilə təklif etməklə təsir göstərə bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 662 663 664 665 666 667 668 2. 382