» » » Mühasibin top-9 bacarığı (4-cü hissə)

Mühasibin top-9 bacarığı (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibin top-9 bacarığı (4-cü hissə)

Bu bacarıqlara malik mühasiblər dərhal işə qəbul ediləcək

Rəqabətə davamlı və tələbat duyulan biri olaraq qalmaq üçün vergilər, sənəd dövriyyəsi və provodkalardan başqa maliyyə mütəxəssisi daha nələri bilməlidir və nələri bacarmalıdır? Bu yazıda biz istənilən müəssisə rəhbəri tərəfindən dərhal işə qəbul olunmağı haqq edən mühasibin top-9 bacarığını qeyd etmişik.

7. Məhsuldarlığı artırmaq üçün İT texnologiyalarından istifadə

21-ci əsrdə hər bir mütəxəssisin kompüter bilgisi olmalıdır, amma baş mühasiblər və mühasiblər üçün bu sadəcə bir şərtdir, çünki peşə fəaliyyətlərinin təbiəti ilə çoxlu sayda məlumatla işləməyə məcbur olurlar. Bu məlumatları təhlil, emal etmək və qərar qəbul edərkən, onlardan səmərəli istifadə etmək lazımdır.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Mütəxəssislərin fikrincə, rəqəmsal texnologiyalar sahəsində biliklər maliyyə mütəxəssislərinin uğurlu inkişafı üçün vacib şərtdir. Əksər direktorlar gələcəkdə bir çox standart mühasibat əməliyyatları və tapşırıqlarının avtomatlaşdırılacağına əmindirlər. Texniki savad olmadan avtomatik məlumatların toplanması və emalı prosesləri çox mürəkkəb və dolaşıq olacaq, nəticədə resursların israfına təkan verəcək və işin məhsuldarlığına mənfi təsir göstərəcəkdir.

8. Xarici dəyişikliklərə sürətli adaptasiya

Dəyişikliklərin və risklərin idarə edilməsi – bu, keyfiyyətdir, hansı ki, hələ bu yaxınlaradək tələb olunmurdu və işəgötürənlər tərəfindən qiymətləndirilmirdi. Lakin, dinamik dəyişən iqtisadiyyat və qanunvericiliyin daimi yenilikləri şəraitində direktorların “dəyişikliklərin mühərrikinə” çevrilən və şirkətin uçot siyasətində istənilən dəyişiklikləri və ya islahatları asanlıqla tətbiq edə biləcək mütəxəssislərə ehtiyacı getdikcə daha çox olur. Bu gün mühasiblər üçün xarici mühitdəki köklü dəyişikliklərə daim hazır olmaq o qədər də vacib deyil, həm də davamlı bir keçid vəziyyətində yaşamaq, davamlı inkişafa uyğunlaşmaq və qeyri-sabitliyə sakit reaksiya vermək, daha mühümdür. Bəli, həqiqətən, bazar dəyişiklikləri mühasiblərə yenə meydan oxuyur, lakin bu zaman həm də onlara inkişaf üçün yeni imkanlar yaradır.

9. Beynəlxalq standartlar (MHBS) sahəsində bilik

Maliyyə uçotunun beynəlxalq standartları – bu, istənilən mütəxəssis üçün ali liqaya biletdir. MHBS sahəsində biliyi olan mühasibdə direktor şirkətə hərtərəfli etimad səviyyəsini yüksəldə bilən bir insanı görür. O, həmin mütəxəssisin beynəlxalq formata uyğun maliyyə hesabatlarının gəlirli maliyyələşdirmə və xarici sərmayələrin cəlb edilməsi üçün bir maqnit rolunu oynaya biləcəyini yaxşı bilir. Nəticədə həmin şirkət dünya bazarına uğurla çıxa bilər, rəqabətə girər və hətta liderliyə belə yüksələ bilər.

MHBS praktikasına yiyələnmək bütün dünyada maliyyəçilərin universal dilini öyrənmək kimi bir şeydir. Ekspertlərin proqnozlarına görə, yaxın 2-3 ildə beynəlxalq standartları öyrənməyən mühasiblər işəgötürənlərin gözündə dəyərləndirilməyəcək. Bu biliklər olmadan onlar nə xarici, nə də yerli şirkətlər üçün səmərəli işləyə bilməzlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun