Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?

posted in: Xəbər | 0

unemployment insuranceSual: Müəsissə tərəfindən həyata keçirilən aşağıda qeyd olunan ödənişlərdən işəgötürən və işçi tərəfindən işsizlik sığortası tutulurmu:

1) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən nahar xərcləri;

2) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən təlim-tədris xərcləri;

3) Üçüncü tərəfə ödənilən işçilərin könüllü tibbi sığorta haqları;

4) Müvafiq qanunvericiliyə əsasən ezamiyyə normalarından artıq ödənilən vəsaitə görə;

5) Üçüncü tərəfə ödənilən işçilərin korporativ ziyafətinə (“teambuilding”) görə;

6) 14 günə qədər olan və müəsissə tərəfindən ödənilən işçinin xəstəlik vərəqəsinə görə.

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.


Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması


Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçilərin üçüncü şəxsin hesabına və ya birbaşa işçiyə köçürülməsindən asılı olmayaraq həmin gəlirdən işsizlikdən sığorta haqqı hesablanmır.

Qeyd olunanlara əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli xərclər (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Eyni zamanda ezamiyyə xərci fiziki şəxsin işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və işsizlikdən sığorta haqları hesablanmır.

İşçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ekosistemlərin nüvəsi (2-ci hissə)

posted in: Xəbər | 0

Ekosistemlərin nüvəsi (2-ci hissə)

süni zəkaRəqəmsallaşdırma bank sektorunu necə dəyişdi

Hazırda bir çox adamlar taksini küçədən tutmur, mobil əlavədən sifariş verirlər, marşrutu kağız xəritədən deyil, naviqatorun köməyi ilə öyrənirlər. Mənzil-kommunal xidmətlərin ödənişini banklarda etməyi də demək olar ki, yaddan çıxarmağa başlamışıq, çünki həmin ödənişləri küçələrdə qurulan terminallar və ya smartfonların mobil əlavələri vasitəsilə həyata keçirmək mümkündür.

Xülasəni toplayanların fikrincə, yalnız müştərilərin ilk addımlarına aid olan şeylər yaxşılaşdırmaya ehtiyac duyur.

Mərkəzi bankın məlumatına görə, 2020-ci ilin ikinci rübünün sonuna ölkədə 190,3 milyon aktiv kart olub ki, onlar da e–kommerce-nin işini şübhəsiz ki, yüngülləşdirir.


Ekosistemlərin nüvəsi (1-ci hissə)


Epidemiyanın başlanğıcında, keçən ilin yazında, demək olar ki, bütün banklar onlayn maliyyə xidmətləri göstərmişlər. Amma özünütəcrid rejiminin tətbiqi ilə təcili olaraq ərzaq xətlərini rəqəmsallaşdırmaq və xidməti onlayn formata çevirmək lazım gəldi. Bundan əlavə, rəqiblərə doğru getməsinlər deyə, yeni müştərilər üçün də hesabların onlayn açılışını təxirə salmaq olmazdı.

Buna görə də, bankların böyük əksəriyyəti mobil əlavələrin funksionallığının genişləndirilməsi üzərində fəal işləməyə başladılar və bu, bank xidmətlərinin rəqəmsal transformasiyasının əsas elementi oldu. Eyni zamanda, təkcə yeni texnologiyalara deyil, həm də daim yenilənməyə və modernləşdirilməyə önəm verilir – indi bu, birbaşa bankın rəqabət qabiliyyətinə təsir göstərir.

Bu gün mobil proqramlar vasitəsilə yalnız bank məhsulunu uzaqdan rəsmiləşdirmək deyil, həm də arayışlar, bəyanatlar, əməliyyatların tarixini də əldə etmək mümkündür. Buna görə də, əlavələrin rahatlığı müştərilərin ümumiyyətlə, xidmət keyfiyyətinin qiymətləndirilməsinə ciddi təsir göstərməyə başlayıb.

Öz araşdırmasında Mobile Banking Bank 2020 Markswebb şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, fiziki şəxslər üçün mobil bankların inkişafının növbəti mərhələsi yeni funksiyanın tətbiqi, gündəlik istifadənin rahatlığı və geniş tərəfdaş şəbəkəsi və sorunsuz avtorizasiya ilə ekosistemin özəyi kimi mobil bankın inkişafı olacaqdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlki illərdə təqdim edilən elektron qaimə-fakturaların ləğv edilməsi əməliyyatları necə tənzimlənir?

posted in: Xəbər | 0

E-Qaimə, elektron qaimə-faktura ləğvVergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də əvvəlki illərdə təqdim edilmiş mallara, işlərə və xidmətlərə görə verilmiş elektron qaimə-fakturaların ləğv edilməsi və ya tam və ya qismən geri qaytarıması əməliyyatlarında ƏDV-nin, mənfəət vergisinin tənzimlənməsi məsələləridir. Mövzuya sərbəst auditor Altay Cəfərov misallar üzərindən aydınlıq gətirib.

Sual: “AA” MMC 2020-ci ildə 10.000 manat əsas məbləğ, 18%-lik ƏDV məbləği (1800 manat) əlavə edilməklə cəmi 11800 manat olan malları satıb. Cəmiyyət mənfəət vergisi bəyannaməsini kassa metodu ilə təqdim edir. 2021-ci il olmasına baxmayaraq qarşı tərəf debitor borcunu hələ də ödəməyib. Tərəflər 2021-ci ilin sentyabrında 2020-ci ildə göndərilən 11.800,00 manatlıq elektron qaimə-fakturanın ləğv edilməsini razılaşdırıblar.
Bəs əməliyyatın ləğv edilməsi prosesini necə rəsmiləşdirmək daha doğru olardı?

Cavab: Bildiyiniz kimi, ƏDV məqsədləri üçün bu tipli əməliyyatlar Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Bundan əlavə, ləğv edilmiş əməliyyatların vergitutma baxımından rəsmiləşdirilməsini iki formada sənədləşdirmək olar.Ya ilkin göndərilmiş elektron qaimə-faktura qarşılıqlı olaraq ləğv edilməlidir, ya da qarşı tərəf malların tam geri qaytarılması qaiməsini “AA” MMC-yə göndərməlidir, şirkət bunu təsdiqləməlidir. Nəticə etibarilə hər iki əməliyyatın sonu kimi mallar “AA” MMC-nin anbarına qaytarılmış kimi olacaq.

Belə ki, 2020-ci ildə verilmiş e-qaimə ləğv edildiyindən malların təqdim edilmədiyi kimi formalaşdığına görə mallar anbarda qalacaqdır. Bu halda MMC ləğv edilmiş e-qaimə əsasında da yenidən malları anbara mədaxil edə bilər, amma vergi orqanlarının sistemində bu görünmür. Həmçinin, bu ləğvetmə vergi ödəyicisi üçün müxtəlif kameral yoxlamalara və müəyyən problemlərin yaşanmasına gətirib çıxaran addım olacaqdır. Yəni, kamerallar üzrə uyğunsuzluqların aradan qaldırılmasında çətinliklərlə üzləşə bilər. Odur ki, malların tam geri qaytarılması qaiməsi ilə əməliyyatın rasmiləşdirilməsi daha doğrudur.

Sual: Bu əməliyyat ƏDV bəyannaməsində necə əks olunacaq?

Cavab: Bu əməliyyat artıq 2020-ci ilin ƏDV bəyannaməsində təqdim edilən dövriyyə kimi əks olunub və debitor borclarında qalıq kimi yazılıb. Çünki hələ vəsait daxil olmamışdır.

Artıq 2021-ci ilin sentyabrında əməliyyat ləğv edildiyinə və ya mallar geri qaytarıldığına görə 163-cü maddəyə görə dəqiqləşdirilən əməliyyatlar sayılır və sentyabr 2021-ci ilin ƏDV bəyannaməsinin 319.1.-ci sətrində təqdim edilmiş dövriyyənin azalması hisssəsində 10 000 manat yazılmalıdır. Həmin sətrin ödənilmiş məbləğ hissəsində bu məbləği yazmaq lazım deyil. Çünki bu məbləğ əvvəllər ödənilməyıb. Burada ancaq debitor borclarını korrektə etmək üçün yazılır.

Sual: Bəs bu əməliyyatlar mənfəət vergisi bəyannaməsində necə əks olunmalıdır?

Cavab: Misalımızda“AA” MMC kassa metodu ilə mənfəət vergisi bəyannaməsini təqdim etdiyindən 2020-ci ilin bəyannaməsində 10 000 manat gəlir kimi yazılmayacaq. Bu ancaq əlavə 1-də debitor borcu kimi yazıldığından, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ancaq debitor borcunun azalması kimi yazılacaq. Dövriyyəyə heç bir təsiri olmayacaq.

Sual: Əgər “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini hesablama metodu ilə təqdim etsə onda nəticələr necə olacaqdır?

Cavab: Belə olan halda 2020-ci ilin mənfəət vergisi bəyannaməsində bir dəfə 10000 manat gəlir kimi yazılıb. Sentyabr 2021-ci ildə əməliyyat ləğv edildiyinə görə ƏDV bəyannaməsində belə dəqiqləşmələr aparıla bilir, amma mənfəət vergisi bəyannaməsində belə bir dəqiqləşmələr yoxdur.Əgər əməliyyat elektron qaimə-fakturanın ləğv edilməsi ilə rəsmiləşdirilərsə, sistem EQF təqdim edilmə tarixində ümumiyyətlə əməliyyat baş tutmaması kimi qiymətləndirir və belə olan halda MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini 10 000manat və buna müvafiq olaraq malların maya dəyərini azaldaraq təqdim etməlidir.

Həmçinin, belə olan halda da illik ƏDV bəyannaməsi dövriyyələri ilə mənfəət vergisi bəyannaməsində olan dövriyyələrdə fərqlər olacaq və kameral uyğunsuzluqlar daxil olacaq. Normal açıqlamalar və ƏDV bəyannamələrini yenidən dəqiqləşdirilmiş təqdim edilməklə bunu aradan qaldırmaq olar.

Yaxşı olardı ki, belə hallarda əvvəldən qeyd etdiyimiz kimi,malların tam geri qaytarılması qaiməsi ilə rəsmiləşdirilsin ki, bu qaimə ilə mallar yenidən anbara 10 000 manat ilə mədaxil edilsin və nə 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin, nə də 2020-ci ilə aid olan ƏDV bəyannamələrinin dəqiqləşdirilmiş təqdim edilməsinə ehtiyac qalmasın.

Sual: Bəs işlər və xidmətlər üzrə əməliyyatlar ləğv edildikdə necə olmalıdır?

Cavab: Bildiyimiz kimi,malların geri qaytarılması qaiməsində işlər, xidmətlərin geri qaytarılmasının mümkünlüyünə baxmayaraq, normalda işlər və xidmətlərdə geri qaytarma kimi qaimələrin rəsmiləşdirilməsi demək olar ki, həyata keçirilmir. Həmçinin, belə bir rəsmiləşdirmə nə praktiki, nə məntiqi və nə də faktiki deyil. Odur ki, işlərə və xidmətlərə görə əməliyyatların ləğv edilməsi olarsa, bu zaman təqdim edilən elektron qaimə-fakturalar ləğv edilsə, daha düzgün olardı. Belə olan halda da ƏDV məqsədləri üçün yuxarıdakı kimi dəqiqləşmələr aparılmalıdır. Amma hesablama metodunda mənfəət vergisi məqsədləri üçün ancaq 2020-ci ilin mənfəət vergisi yenidən dəqiqləşdirilmiş təqdim edilməlidir.

Odur ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Həm sahibkarlıq fəaliyyəti, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

posted in: sual-cavab, Xəbər | 0

əmək stajı məzuniyyət hüququSual: Həm sahibkarlıq fəaliyyəti, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Cavab: Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 221.7-ci maddəsi.


Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 665 666 667 668 669 670 671 2. 382