Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)kapitalizm

Nyu-York Universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Bu gün kifayət qədər geniş bir mövzu barəsində danışmaq istərdim, lakin, mənə elə gəlir ki,  bu gün üçün kifayət qədər vacib olan budur: kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? İqtisadi sistemin necə yaxşı və ya pis işləyə biləcəyi üçün bir çox variantlar var. O, iqtisadi artıma gətirib çıxarır, yoxsa yox? Bərabərsizlik səviyyəsi artır və ya azalır? Resurslar və nemətlər nə dərəcədə bərabər bölüşdürülür? Ətraf mühitə hansı təsir göstərir? Bütün bunlar vacib suallardır. Bu gün mən iqtisadi artım və resursların bölüşdürülməsi mövzusuna diqqət yetirirəm.

Aparıcı kapitalist iqtisadiyyatlarında son 400 il ərzində kapitalizm artım gətirsə də, o, heç də həmişə inkluziv olmayıb, yəni, mənfəət bərabər bölüşdürülməyib. Mən bu məsələni əmək bazarına vurğu etməklə nəzərdən keçirmək istəyirəm. Çünki insanların əksəriyyəti üçün onların həyat səviyyəsi əmək qazancından asılıdır. Bəzən orta əməkhaqqı işçilərin məhsuldarlığı ilə bərabər artırdı. Bu yaxşı bir nəticədir, yəni bir işçiyə düşən məhsul artımı və müvafiq olaraq gəlirində artım deməkdir. Digər tərəfdən, orta əməkhaqqı iqtisadi artım zamanı qalxmaya da bilərdi.

Bəzən ayrı-ayrı insanlar arasında qeyri-bərabərliyin artması müşahidə olunurdu. Çünki bəziləri gəlir əldə edirdilər, bəziləri isə əmək haqqının azalması ilə rastlaşırdılar, özü də işçilər və kapitalistlər arasında deyil, işçilər arasında da belə dinamika müşahidə olunurdu. Tədqiqatlarımda bunun nə vaxt və nə üçün baş verdiyini anlamağa çalışıram.

İndi bir neçə ideyam var ki, mən bu tarixi müzakirədə istifadə etmək istəyirəm. Onların birincisi bundan ibarətdir ki, əmək bazarı ilə texnoloji dəyişikliklər arasında bir əlaqə vardır. Bəs, əgər biri digərinə təsir edirsə, nə baş verir? Məsələn, yüksək maaşlar yeni texnologiyaların ixtirası üçün stimul yaradır, bu isə bir işçi üçün kapitalın miqdarını artırır ki, bu da əmək haqlarını qorumağa imkan verir.

Maşınların və məsələn, kompüter sistemlərinin quraşdırılması – kapital tutumlu dəyişikliklərdir. Bu faydalıdır, çünki müxtəlif avadanlıqların quraşdırılması hesabına qənaət edilən əmək xərcləri, onun istifadə xərclərindən daha yüksəkdir. Maaşların artması ilə fayda da artır, bu da avtomatlaşdırmanı təşviq edir.

Digər tərəfdən, avtomatlaşdırma da əmək bazarına təsir göstərə bilər: yeni avtomatlaşdırılmış maşınlar peyda olduqca, biz köhnə istehsal texnologiyalarından istifadə edən işçilər arasında böyük iş itkisi ilə üzləşə bilərik. İnsanların iş yerlərini itirməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Onlar nə qədər tez və yeni bir iş yeri tapa bilərlər? Köhnəlmiş bacarıqları olan işçilər üçün əmək haqqlarında azalma, müvafiq ixtisaslara sahib olanlar üçün isə artım ola bilər. Bütün bunlar mühüm işlərdir.

Başqa bir ideyalar qrupu haqqında Yozef Şumpeter, ABŞ-ın Harvard Universitetinin professoru olan avstriyalı iqtisadçı danışıb. O, sağçı bir mütəfəkkir olsa da, Karl Marksın əsərlərini oxumuşdu və kapitalizmə aid olan məsələlər ilə əlaqəli onun təsiri altına düşmüşdü. Şumpeter “Kapitalizm, sosializm və demokratiya” kitabını yazıb.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilin satışı gəlir vergisindən azaddır

posted in: Xəbər | 0

güzəştlərSahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, yararsız vəziyyətdə olan şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergiödəyicilərinin vəzifəsidir.

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilinin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Həmçinin vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədilə vergi orqanı kameral qaydada vergi yoxlaması apara, vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti

posted in: Xəbər | 0

məsuliyyətə cəlb hüquq pozuntusuDövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Əsaslandırma: Vergi Məcəlləsinin 56.1-ci maddəsi


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?

posted in: sual-cavab, Xəbər | 0

Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?

işsizlikdən sığorta ödənişi

Sığorta ödənişi almış şəxsə onu yenidən almaq üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq və Dövlət qulluğunda çalışanlar isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq işdən azad edildikdə) uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) uyğun olaraq isə 36 ay sığorta stajı tələb olunur.


Mənbə: sosial.gov.az


Bax



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 664 665 666 667 668 669 670 2. 391