Əsas vəsaitlərin təmirinə sərf edilən xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

aktivlərin dəyəri vergidən azadHər bir müəssisənin gəlir (mənfəət) vergisi hesablanarkən, gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərclər ümumi gəlirdən çıxılır. Həmin xərclərdən biri də əsas vəsaitlərin təmirinə sərf edilən xərclərdir. Həmin xərclərin gəlirdən çıxılmasının spesifik xüsusiyyətləri vardır. Təmir xərcləri normalarının və icra edilmiş təmir işlərinin məbləğləri ayrı-ayrı kateqoriyalar üzrə uçota alınır və biri o birinə aid edilmir. Mövzunu BSC konsaltinq şirkətinin layihə rəhbəri Günel Poladova və hüquqşünası Nəsrin Cəbrayılova şərh edir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 115.1-ci bəndində qeyd olunur ki, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, digər əsas vəsaitlər üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Xüsusi olaraq vurğulamaq lazımdır ki, amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

Misal: Müəssisənin balansında olan nəqliyyat vasitələrinin 2016-cı ilin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 40 000 manatdır. 2017-ci il ərzində əlavə 20 000 manat məbləğində nəqliyyat vasitələri alınmış, onların ləğvi, satışı ilə bağlı əməliyyatlar olmamış və onların təmirinə 8 000 manat xərc çəkilmişdir. 2018-ci ildə əlavə olaraq 10 000 manat dəyərində nəqliyyat vasitələri alınmış, yararsız olduqları üçün 30 000 manat dəyərində ləğv olunmuşdur. 2018-ci il üzrə hesablanmış amortizasiya ayırmalarının məbləğini hesablayaq.

İlkin olaraq 2017-ci ildə çəkilmiş təmir xərclərinin normadan artıq olan hissəsini müəyyənləşdiririk. Bunun üçün təmir xərclərinin normasını nəqliyyat vasitələrinin əvvəlki ilin sonuna qalıq dəyərinə tətbiq edərək 2 000 (40 000 x 5%) manat alırıq. 2017-ci ildə faktiki çəkilmiş təmir xərclərinin normadan artıq olan hissəsi 6 000 (8 000 – 2 000) manat təşkil edəcəkdir. Onda 2017-ci ilin sonuna qalıq dəyərini müəyyən etmək üçün ilin əvvəlinə qalıq dəyərini təmir xərclərinin normadan artıq olan hissəsi və 2017-ci ildə alınmış əsas vəsaitlərin dəyəri ilə toplamaq lazımdır. Bu məbləğ 66 000 (40 000 + 6 000 + 20 000) manat təşkil edəcəkdir. Həmin məbləğə amortizasiya ayırmaları normasını tətbiq edərək 2017-ci il üçün amortizasiya ayırmaları məbləğini müəyyən edirik: 66 000 x 25 % = 16 500. 2017-ci ilin sonuna qalıq dəyərindən amortizasiya ayırmaları məbləğini çıxaraq 2018-ci ilin əvvəlinə nəqliyyat vasitələrinin qalıq dəyərini hesablayırıq: 66 000 – 16 500 = 49 500 manat. Həmin məbləğə 2018-ci ildə daxil olan 10 000 manat əlavə olunur və yararsız olduğu üçün 30 000 manat nəqliyyat vasitələrinin dəyərini çıxaraq 2018-ci ilin sonuna amortizasiya hesablamaq üçün qalıq dəyərini müəyyənləşdiririk: 49 500 + 10 000 – 30 000 = 29 500 manat. Aldığımız məbləğə amortizasiya normasını tətbiq etsək, 2018-ci il üçün 7 375 (29 500 x 25 %) manat amortizasiya məbləğini müəyyənləşdiririk.

Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib

posted in: Xəbər | 0

dövlət satınalmalarıNazirlər Kabineti “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” 2 avqust 2002-ci il tarixli, “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 28 fevral 2003-cü il tarixli və “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 mart 2019-cu il tarixli qərarlarında dəyişiklik edib.

Baş Nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.

Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulubda, müqavilə həmin orqanın təsdiqinə qədər qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.

Bundan başqa, tərəflərin qiymətlərə yenidən baxılmasına dair qərarı barədə qarşı tərəfə rəsmi məlumat verməsi üçün müddət 20 gündən 10 günə endirilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhsil məzuniyyətlərinin müddətləri

posted in: Xəbər | 0

təhsil məzuniyyətləriYeni dərs ilinin başlanması işləyən tələbələrin təhsil məzuniyyətlərini aktuallaşdırıb. Dövlət Əmək Müfəttişliyi Xidməti bununla bağlı suallara aydınlıq gətirib. Bildirilib ki, eyni vaxtda həm təhsil alan, həm də işləyən işçilərin təhsil məzuniyyətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Məcəllənin 124-cü maddəsinə əsasən:

– Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

– Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


– Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

– Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

– Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Əmək Məcəlləsinin 124-cü maddəsinin 8-ci bəndinə əsasən, bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?

posted in: sual-cavab, Xəbər | 0

Obyekt kodu icarə müqaviləsiSual: Obyekt kodu almaq üçün bağlanılmış icarə müqaviləsi mütləq şəkildə notarial qaydada təsdiq olunmalıdır? Ya obyekt sahibiylə birgə yaxınlaşsaq vergi idarəsinə notariusa ehtiyac qalmır?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsi və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Bu zaman icarə müqaviləsinin notarial qaydada təsdiq olunması vergi orqanı tərəfindən tələb olunmur

9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.


 

Mənbə: taxes.gov.az


Bax



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

1 667 668 669 670 671 672 673 2. 391