Kapital Bank-da qeyri-rezident sahibkar və şirkətlər üçün onlayn hesab açmaq mümkün oldu
Kapital Bank-ın mütəmadi olaraq şirkətlər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün müxtəlif yeniliklər və məhsullar təqdim edir. Bu dəfə olan yeni xidmət qeyri-rezident sahibkarlar və şirkətlər üçün nəzərdə tutulub. Belə ki, onlar Müştəri Bank vasitəsilə banka gəlmədən, vaxta qənaət etməklə hesablarını onlayn aça biləcəklər.
Yeni xidmət vasitəsilə artıq istənilən şirkət və sahibkarlar Kapital Bank xidmətlərindən günün istənilən saatında, dünyanın istənilən yerindən tam olaraq onlayn istifadə edə bilər. Bu kimi xidmətlər rəqəmsallaşmaya öz töhfəsini verir və müştəri xidməti keyfiyyətinin artırılmasına müsbət təsir edir.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və çatdırılması, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


“Azərbaycan Hava Yolları” QSC (AZAL) tabeli qurumlarının maliyyə hesabatlarının mühasibat uçotunda düzgün əks olunması, əsas vəsaitlərinin qiymətləndirilməsi, silinməsi və digər tematik audit xidmətləri üçün kotirovka sorğusu elan edib.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2021-ci il üzrə maliyyə hesabatlarının kənar auditi üçün açıq tender elan edib.
Vergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verir. Lakin bəzi xərclər bu qaydaya əsasən gəlirdən çıxıla bilməz. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.