Mühasibin top-9 bacarığı (2-ci hissə)
Mühasibin top-9 bacarığı (2-ci hissə)
Bu bacarıqlara malik mühasiblər dərhal işə qəbul ediləcək
Rəqabətə davamlı və tələbat duyulan biri olaraq qalmaq üçün vergilər, sənəd dövriyyəsi və provodkalardan başqa maliyyə mütəxəssisi daha nələri bilməlidir və nələri bacarmalıdır? Bu yazıda biz istənilən müəssisə rəhbəri tərəfindən dərhal işə qəbul olunmağı haqq edən mühasibin top-9 bacarığını qeyd etmişik.
3. Maliyyə direktoru vəzifəsinin (CFO) əsas öhdəliklərini üzərinə götürmək bacarığı
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və qiymətləndirmək, maliyyə göstəricilərini hesablamaq, biznesin inkişafını proqnozlaşdırmaq, büdcə və qiymətləndirmə ilə məşğul olmaq bacarığı. Faktiki olaraq bu, maliyyə direktorunun vəzifəsidir. Lakin, heç kimə sirr deyil ki, başqa bir mütəxəssisə veriləcək pula qənaət etmək üçün bu gün bu funksiyalar çox rahatlıqla baş mühasiblərin və digər mühasiblərin üzərinə yüklənir.
Beləliklə, rəqabət qabiliyyətli və tələb olunan olmaq üçün mühasibat funksionallığından kənara çıxmaq və daha miqyaslı düşünməyi öyrənmək lazımdır. Yalnız vaxtında hesabat vermək deyil, həm də şirkətin maliyyə siyasətini qurmağı bacarmaq lazımdır. Yalnız qərarları qiymətləndirmək deyil, həm də onların qəbul edilməsində və həyata keçirilməsində iştirak etmək çox vacibdir. Buna görə də, 100% ilə əminliklə deyə bilərik ki, bir mütəxəssisdə “mühasib-maliyyə direktoru” funksiyaları cəmləndikdə – bu, baş direktorun dayağı, sağ əli və etibarlı şəxsi hesab olunur.
Qeyd etmək lazımdır ki, elə mühasiblərin özü üçün də bu çox böyük müsbət haldır. Onlar şirkətin maddi durumu haqqında tam məlumat sahibi olurlar və şübhəsiz mühasiblər və maliyyə menecerləri arasında peşəkar qarşıdurma kimi belə bir problemlə qarşılaşmayacaqlar.
4. İdarəetmə uçotu bacarıqları
İdarəetmə uçotunun qurulması, idarəetmə sənədlərinin aparılması və idarəetmə qərarlarının qəbul edilməsi təcrübəsi yuxarıda təsvir olunan bacarıqla birbaşa bağlıdır. Belə uçot bu suallara çox tez cavab verir: Şirkət ötən ayda nə qədər effektiv işləyib? Hansı fəaliyyət növü və ya şöbələr daha çox gəlir gətirib və ən mühümü nə üçün? Hansı bölmələr “müsbət”, hansıları “mənfi” yöndə işləyib? Müəssisə kreditorlar və investorlar üçün nə qədər cəlbedicidir? Şirkətdəki real vəziyyət haqqında etibarlı məlumat əldə etmək üçün bütün maliyyə sənədlərinə giriş əldə etməlisiniz. Bu isə mühasibat derbisinə (döyüşünə) girişmək lazım olduğunu bidirir. Mühasibdən başqa kim belə bir tapşırığın öhdəsindən layiqincə gələ bilər ki… İşəgötürənlərin bu cür bacarıqlara malik mütəxəssislərə 70% həddində yüksək tələbatı da elə buradan qaynaqlanır.



Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması dedikdə hansı hallar nəzərdə tutulur?
Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmçinin, Məcəllənin 106.9-cu maddəsində göstərilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Əməkhaqqı ilə bağlı Əmək Məcəlləsindəki təsbit olunmuş anlayışlar bəzi xüsusi hallarda müəyyən suallar yaradır. Bu məqamlara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.