Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər

posted in: Xəbər | 0

MühasibQanunda nağdsız ödənişlərlə bağlı konkret limitlər müəyyənləşdirilib. Təcrübədə vergi ödəyicisi gəlirdən çıxılmayan xərclər üzrə və ya qeyri-sahibkarlıq fəaliyyəti üzrə ödənişlər edərkən həmin məbləğlərin qanunda göstərilən limit məbləğinə aid edilib-edilməməsi ilə bağlı suallar yaranır. Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


Təcrübədə vergi ödəyicilərinin tez-tez qarşılaşdıqları məsələləri konkretləşdirmək üçün misallara nəzər salaq:

Misal 1: “A” MMC mənfəət hesabına yeni il tədbiri keçirir və restorana 2.500 manat nağd ödəniş edir.

Misal 2: “A” MMC vergi ödəyicisi olmayan təsisçiyə 3.000 manat divident ödəyir.

Hər iki misalda ödəniş gəlirdən edilir. Lakin buna baxmayaraq, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində belə bir xüsusi hal, istisna nəzərdə tutulmur. Qanunun 3.3-cü maddəsində konkret göstərilir ki, hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bundan əlavə, bir məqamı da qeyd edək ki, vergi ödəyicisinin nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərini pozaraq nağd şəkildə apardığı əməliyyatlar nəticəsində yaranan xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Misal 3: “A” MMC mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir və aylıq nağd limiti 15.000 manat olmasına baxmayaraq, 20.000 manatlıq mal alır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, 5.000 manatlıq (20.000 manat – 15.000 manat) mal qaydalara uyğun alınmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir. Ancaq bu, belə deyil!

Bir daha qeyd edirik ki, qanunvericiliyin tələbləri, təsir dairəsi sırf hesablaşmalara aiddir və bu pozuntuların xərc maddəsi ilə əlaqəsi yoxdur. O səbəbdən də 20.000 manatlıq malın hamısı gəlirdən çıxılan xərclərə aid ediləcək.

Fiziki şəxslər müvafiq vergi öhdəliklərini yerinə yetirdikdən sonra sərbəst vəsaitlərdən istifadə hüququna malikdirlər. Amma bu, fiziki şəxs olan vergi ödəyicisinin tipindən asılı olaraq, sərbəst vəsaitlərdən limitdən artıq nağd qaydada xərcləmək hüququnun olması anlamına gəlmir. Eyni halda, hüquqi şəxsin mənfəəti hesabına aparılan əməliyyatlar da qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi bir neçə fəaliyyət növləri ilə məşğul olduqda uçot və hesabatlılıq necə aparılır?

posted in: Xəbər | 0

xərclərin gəlirdən çıxılmasıSon zamanlar vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də bir neçə fəaliyyət növü ilə məşğul olduqda uçot və hesabatlılıq məsələləridir. Bu barədə “vergiler.az” saytına danışan sərbəst auditor Altay Cəfərov mövzuya misallar üzərindən aydınlıq gətirib.

Misal 1: Fiziki şəxs sahibkarın 2 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri üçün özü istifadə edir, digərini isə başqa bir sahibkara icarəyə vermişdir. Bu zaman uçot və hesabatlılıq necə olacaqdır?

Suala cavab vermək üçün Vergi Məcəlləsinin bir neçə maddəsinə nəzər yetirməliyik. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan əlavə, Məcəllənin 221.7-ci maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci və 218.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Vergi Məcəlləsinin 218.5-ci və 221.7-ci maddələrinə diqqət yetirdikdə maddələrin bir-birini təkzib etdiyi kimi görünür. Amma məsələyə başqa formada baxmaq lazımdır və 221.7-ci maddəni 218.5-ci maddənin davamı kimi qəbul etmək lazımdır. Yəni burada maddələrin bir-birini inkar etməsindən söhbət gedə bilməz. Belə ki, 218.5.4-cü və 221.7-ci maddələrin açılışı aşağıdakı kimi olacaqdır:


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər birbaşa sadələşdirilmiş vergi ödəyici ola bilməzlər. Amma həmin şəxlərin digər fəaliyyətdən gəlirləri olduqda həm icarədən gəlirlər üzrə gəlir vergisi və ya mənfəət vergisi ödəyicisi olurlar, həm də digər gəlirlərindən sadələşdirilmiş vergi ödəyirlər. Yəni belə hallarda onların faktiki iki formada hesabatlılıq və uçot öhdəliyi yaranır. Amma burada da artıq Məcəllənin 218.1-ci maddəsini və 218.2.-ci maddəsini nəzərə almaq lazımdır.

Misalda fiziki şəxs sahibkar icarəyə verdiyi obyektinə görə icarə haqqı alacaqdır. Tutaq ki, icarə haqqı 1000 manatdır və belə olan halda ona ödəniləcək icarə haqqından 14% (140 manat) ödəmə mənbəyində vergi tutulacaqdır. Sahibkara xalis 860 manat ödəniləcəkdir. Odur ki, sahibkarın icarə üzrə başqa bir vergi öhdəliyi qalmır və onun birbaşa heç bir hesabat təqdim etmək öhdəliyi yaranmır, ona görə ki, icarəyə götürən ona ödənilən gəlirlər haqqında məlumatları özünün ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirir. Bundan əlavə, ikinci obyekt üzrə isə əldə etdiyi gəlirlərindən sadələşdirilmiş vergi bəyannaməsini təqdim edir və gəlirlərindən 2% vergini ödəyəcəkdir.

Burada əsas məqəmlardan biri də odur ki, icarədən əldə olunan gəlirlərin xərclərini ayrı və pərakəndə ticarətdən əldə olunan gəlirlərin xərclərini ayrıca aparmaq lazımdır.

Misal 2: Hüquqi şəxsin 2 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri üçün özü istifadə edir və digərini isə başqa bir sahibkara icarəyə vermişdir.

Bu misalda da əməliyyatların vergitutma və vergi ödəyicisi olmaq öhdəliyi yuxarıdakı cavab ilə analojidir. Burada sadəcə fiziki şəxsin yerində hüquqi şəxsdir. İcarəyə verən hüquqi şəxs olduğuna görə artıq icarəyə götürənin ödəmə mənbəyində 14% vergi tutumaq öhdəliyi yaranmır. Belə olan halda icarəyə verən şəxs icarədən əldə etdiyi gəlirlər üzrə mənfəət vergisi ödəyici olur, pərakəndə ticarətdən əldə etdiyi gəlirlər üzrə isə sadələşdirilmiş vergi ödəyəcəkdir.

Tutaq ki, icarədən aylıq 1000 manat və illik 12000 manat gəlir əldə edir. Belə olan halda cəmiyyət ilin sonunda mənfəət vergisi bəyannaməsini təqdim edəcəkdir. Məsələn, illik icarə üzrə xərləri də 1500 manat olmuşdursa, onda (12000-1500) *20% * 25% (mikro sahibkar kimi) = 525,00 manat mənfəət vergisi ödəyəcəkdir. Həmçinin rüblük olaraq da sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edəcəkdir.

Misal 3: Hüquqi şəxsin 3 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri, digərini topdansarış məqsədləri üçün özü istifadə edir və digərini isə başqa bir sahibkara icarəyə vermişdir.

Bu misalda məsələ artıq başqa formadadır. Məcəllənin 218.5.9-cu maddəsinə görə topdansatış ticarət ilə məşğul olan şəxslərin artıq birbaşa sadələşdirilmiş vergi ödəyicisi olmaq öhdəliyi yoxdur. Belə ki, 221.7-ci maddə üzrə ikili hesabatlılıq, ikili uçot ancaq sadələşdirllmiş vergi ödəyicisinə cəlb edilən dövriyyələrə malik olan şəxlər üçün nəzərdə tutulmuşdur.

Əgər vergi ödəyicisi topdansatış əməliyyatlar aparırsa, artıq onun sadələşdirilmiş verginin tədbiq etmək öhdəliyi ləğv edilir və bu zamanı onun həm pərakəndə ticarətdən, həm icarədən və həm də topdansatışdan gəlirləri mənfəət vergisinə, həmçinin dövriyyədən asılı olaraq ƏDV-yə cəlb ediləcəkdir. Amma burada başqaa bir hal da vardır. Məcəllənin 218.6.1. maddəsində qeyd edilir ki, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Yuxarıdakı maddədə olan hallar olduqda artıq cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi olmaq öhdəliyi qalır. Tutaq ki, hüquqi şəxs yeni yaranmışdır və şəxsin yuxarıdakı kimi 2021-ci ilin üçüncü rübü üzrə pərakəndə ticarətdən 10000 manat, topdansatış ticarətdən 3000 manat və icarədən 1000 manat gəliri olmuşdur. Sual yaranır ki, cəmiyyət hansı vergi ödəyici olacaqdır? Bunun üçün ilkin olaraq müəyyənləşdirməliyik ki, topdansatışın həcmi nə qədərdir.

Ümumi ticarətdən gəlir (10000+3000) = 13000 manat və topdansatışın faizi 3000/13000 *100% = 23,07%. Göründüyü kimi topdansatışın faizi 30%-dən aşağıdır. Odur ki, cəmiyyət 3-cü rüb üzrə 10000 *2% = 200 manat sadələşdirilmiş vergi ödəyəcəkdir və sadələşdirilmiş vergi bəyannaməsini təqdim edəcəkdir. Və (3000 manat + 1000 manat ) 4000 manat üzrə də illik mənfəət vergisi bəyannaməsini göndərəcəkdir. Əlbəttə ki, burada illik gəlirlər və xərclər nəzərə alınacaqdır. Bu baxımdan, vergi ödəyiciləri bu məsələlərdə çox diqqətli olmalıdırlar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank ölkədə ilk dəfə sahibkarlara rəqəmsal biznes kartı təqdim edir

posted in: Bank, Kapital Bank | 0

rəqəmsal biznes kartı Kapital BankKapital Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kart məhsulunu təqdim edir. Bununla da hüquqi şəxs və fərdi sahibkarlar Banka gəlmədən saniyələr ərzində kart sahibi ola bilərlər. Sahibkarlar rəqəmsal biznes kartı Müştəri Bank sisteminin həm veb, həm də mobil versiyası vasitəsilə asanlıqla yaradıb və dərhal istifadə edə bilərlər.

Rəqəmsal biznes kartın bir sıra üstünlükləri vardır: 24/7 rejimində ödənişlər etmək; nağd vəsaitlərin əldə edilməsi (QR nağdlaşdırma); Bankın ATM və terminallardan karta mədaxil etmək; Müştəri Bank vasitəsilə kart hesablarının idarə olunması; fərdi limitlərin təyin edilməsi; kart üzrə keçən əməliyyatların izlənməsi; hesabdan çıxarışların əldə edilməsi; vəsaitlərin təhlükəsiz istifadəsi və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.).

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta ödənişinin verilməsi hansı hallarda dayandırılır?

posted in: sual-cavab, Xəbər | 0

işsizlikdən sığortaİşsizlikdən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:

-sığorta ödənişini alan şəxs işlə təmin edildikdə;

-sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

-sığorta ödənişini alan şəxsin sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

-sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

-sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə;

-sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə MAS-a məlumat vermədən işə düzəldikdə;

-sığorta ödənişini alan şəxs MAS vasitəsilə işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


-sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

-sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunduqda;

-sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;

-sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

-sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

-sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

-sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda;

-sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

-sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 661 662 663 664 665 666 667 2. 391