» » » Zərərin keçirilməsi barədə

Zərərin keçirilməsi barədə

posted in: Xəbər | 0
birbank biznes

Mühasib olmaq Vakansiya Əmək haqqı üzrə MühasibMənfəət (gəlir) vergisinin sadələşdirilmiş vergidən fərqli cəhətlərindən biri vergi ödəyicisinə daha liberal yanaşmanın tədbiq edilməsidir. Maliyyə mütəxəssisi Vüqar Mirheydərov “vergilər.az” saytına açıqlamasında bildirib ki, bu yanaşmanın ən gözəl nümunələrindən biri Vergi Məcəlləsinin 121-ci maddəsidir.

Bu maddəyə əsasən, vergi ödəyicilərinin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi növbəti dövrə keçirilir və həmin illərin mənfəəti hesabına kompensasiya olunur. Fiziki şəxslər (sahibkarlar) üçün bu dövr 3 il, hüquqi şəxslər üçün isə 5 il təşkil edir.

Fərz edək ki, hüquqi şəxs 2019-cu ilin nəticəsini 10.000 manat zərərlə bağlayıb. Sözsüz ki, o, 2019-cu ildə mənfəət əldə etmədiyinə görə mənfəət vergisi ödəməyəcək. Lakin bu azmış kimi, hətta 2020-ci ildə 7000 manat mənfəət əldə etsə belə, o, yenə də mənfəət vergisi ödəmir, çünkü bu mənfəət 2019-cu ilin zərərinin kompensasiya edilməsinə yönəldilir. 2021-ci ildə 5000 manat mənfəət əldə etdiyi halda isə, həmin hüquqi şəxs bu mənfəətin yalnız 2000 manat hissəsindən mənfəət vergisi ödəyəcək, çünkü 3000 manat 2019-cu ilin zərərinin qalıq hissəsinin kompensiasiya edilməsinə yönəldiləcək.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


121-ci maddə yalnız 114-cü və 115-ci maddələrdə nəzərdə tutulan amortizasiya və təmir xərclərinin normalarından aşağı norma tədbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə yol vermir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun