Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə tənifatı ilə bağlı qərarda dəyişiklik edilib

dövlət satınalmaları

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli 1401 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr
1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 iyul tarixli 209 nömrəli, 17 iyul tarixli 212 nömrəli, 24 avqust tarixli 240 nömrəli, 28 avqust tarixli 247 nömrəli və 13 sentyabr tarixli 264 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

1.1.1. 1.4.2.2.1.0-cı yarımmaddədə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə” sözləri “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə” sözləri ilə əvəz edilsin;

1.1.2. 1.4.2.2.1.1-ci, 1.4.2.2.1.3-cü və 1.4.2.2.1.4-cü yarımmaddələr aşağıdakı redaksiyada verilsin:

1 4 2 2 1 1 Qiymətləndirilən iddia ərizə- sinin verilməsinə görə
1 4 2 2 1 1 Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin və müvəqqəti təminat tədbiri barədə

ərizənin verilməsinə görə

1 4 2 2 1 4 Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin

verilməsinə görə

1.1.3. 1.4.2.2.1.2-ci yarımmaddədə “şəxslərin işə qoşulması barədə ərizələrə görə” sözləri “şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə” sözləri ilə əvəz edilsin;

1.1.4. aşağıdakı məzmunda 1.4.2.2.1.8-ci və 1.4.2.2.1.9-cu yarımmaddələr əlavə edilsin:

1 4 2 2 1 8 İş üzrə icraata xitam verilməsi, iddianın baxılma- mış saxlanılması və məhkə- mə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət

verilməsinə görə

1 4 2 2 1 9 Məhkəmə aktının surətinin təkrar verilməsinə görə

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222990. “Sair xərclər” maddəsində “məhkəmələrə verilmiş iddia ərizələri” sözləri “məhkə- məyə iddia   ərizəsinin,  digər   ərizənin  və  ya  şikayətin   verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi” sözləri ilə əvəz

2. Bu Qərar 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 15 oktyabr 2021-ci il

№ 312


Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyətinin günləri müxtəlif aylarda olarsa, məzuniyyət haqqının hər aya düşən hissəsi ayrılıqda hesablanmalıdırmı?

posted in: Uncategorized | 0

Əmək məzuniyyətinin günləri müxtəlif aylarda olarsa, məzuniyyət haqqının hər aya düşən hissəsi ayrılıqda hesablanmalıdırmı?

sığorta ödəmələri məzuniyyət haqqıSual: Əgər hər hansı bir işçi məzuniyyətə çıxırsa və onun məzuniyyəti yarı bir hissəsi çıxdığı aya, digər yarısı isə növbəti aya keçirsə, bu halda gəlir vergisi hesablanmış məzuniyyət məbləğinən tam çıxdığı aydamı, yoxsa iki aya bölunərkən ayrı-ayrılıqda hesablanmalıdır?

Burada nəzarə almalıyıq ki, Əmək Məcəlləsinə görə məzuniyyət pulu əvvəlcədən verilmədir.

Cavab: Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank-ın aktivləri 1 oktyabr 2021-ci il tarixinə 5,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2021-ci il tarixinə 4,6 milyard manat olub.

Bankın 1 oktyabr 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 662 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirlərin və xərclərin uçotu aparılmadıqda tətbiq olunan maliyyə sanksiyası

posted in: Xəbər | 0

Gəlirlərin və xərclərin uçotu aparılmadıqda tətbiq olunan maliyyə sanksiyası

maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, həmin maddənin əsas məqsədi vergi ödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

Misal 1: Vergi orqanının keçirdiyi yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi 2019-cu ildə 30 000 manat mal təqdim edib. Amma 2019-cu ilin əvvəlində malların qalıq dəyəri 8.000 manat, dövr ərzində 4.000 manat və dövrün sonuna qalıq 1.200 manat olub. Uçot məlumatlarından göründüyü kimi, satışı həyata keçirilən 19200 manatlıq malın sənədi yoxdur.

8.000 manat + 4.000 manat – 1.200 manat = 10.800 manat
30.000 – 10.800 =19.200 manat.

Vergi orqanı 19.200 manatlıq mala görə vergi ödəyicisinə 1920 manat maliyyə sanksiyası tətbiq edir:

19200 x 10% = 1920 manat.

Misal 2: Vergi ödəyicisi mebel istehsalı ilə məşğul olur. Məlum olur ki, vergi ödəyicisi dövr ərzində 40.000 manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda topdansatış qiymətinə uyğun hesablama həyata keçirir və 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edir.

Misal 3: Vergi ödəyicisi meyvə şirəsinin istehsalı ilə məşğul olur. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, 2020-ci il tarixdə fəaliyyətə başlayan vergi ödəyicisi 1.000 ədəd 1 litrlik butulka və etiket alıb, 1.000 litr meyvə şirəsi istehsal edib, ancaq cəmi 200 ədəd 1 litrlik butulkada meyvə şirəsi təqdim etdiyini rəsmiləşdirib.

Yoxlama dövründə vergi ödəyicisində 350 ədəd butulka və etiket qalmasını nəzərə alan vergi orqanı gəlirin uçotunun aparılmamasına görə vergi ödəyicisinə uçotu aparılmayan gəlirin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 656 657 658 659 660 661 662 2. 391