» » » Dünyanın ən yaxşı və ən pis pensiya sistemləri məlum olub

Dünyanın ən yaxşı və ən pis pensiya sistemləri məlum olub

posted in: Xəbər | 0
birbank biznes

pensiya sistemləri,İslandiyada dünyanın ən yaxşı pensiya sistemi mövcuddur. Ölkə Mercer CFA İnstitutunun qlobal pensiya indeksində birinci yeri tutub.

Niderland və Danimarka müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərar tutublar. Tədqiqatda qeyd olunur ki, əməkhaqqı artımının yavaşlaması, tarixən aşağı faiz dərəcələri və aktivləri, bir çox siniflərin aşağı gəlirliliyi pensiya sistemlərinə əlavə maliyyə təzyiqi yaradır.

Dünyada ən pis pensiya sistemləri olan ölkələrin adı da məlum olub. Belə ki, 43 ölkədə arasında Tailand sonuncu yeri tutub, onun ardınca Argentina və Filippin gəlir ki, onların pensiya sistemlərində “ciddi çatışmazlıqlar mövcuddur və ya aradan qaldırılmalı olan boşluqlar” çoxdur.

Müvafiq olaraq 9-cu və 28-ci yerləri tutan Böyük Britaniya və Çin, pensiya islahatları nəticəsində ötən illə müqayisədə ən yaxşı göstəricilərə nail ola biliblər. Mercer CFA İnstitutundan bildiriblər ki, 19-cu yeri tutan ABŞ minimum pensiya məbləğini artırsaydı, reytinqdə daha yüksək yer ala bilərdi.

Ötən il Niderland bu indeksdə birinci yeri tutmuşdu. O vaxt mütəxəssislər pensiya sistemlərinin autsayderlər kimi Argentina və Tailandın adını çəkmişdilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun