» » » Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal İdentifikasiya SistemiPrezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 4 bank qoşulub.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, bunlar “Bank Avrasiya”, “Muğan Bank”, “PAŞA Bank” və “Premium Bank” ASC-lərdir. Həmin banklar müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edib. Beləliklə, onların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.

Hazırda 20 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun