Mühasibin top-9 bacarığı (3-cü hissə)

posted in: Xəbər | 0

Mühasibin top-9 bacarığı (3-cü hissə)Mühasib

Bu bacarıqlara malik mühasiblər dərhal işə qəbul ediləcək

Rəqabətə davamlı və tələbat duyulan biri olaraq qalmaq üçün vergilər, sənəd dövriyyəsi və provodkalardan başqa maliyyə mütəxəssisi daha nələri bilməlidir və nələri bacarmalıdır? Bu yazıda biz istənilən müəssisə rəhbəri tərəfindən dərhal işə qəbul olunmağı haqq edən mühasibin top-9 bacarığını qeyd etmişik.

5. Ünsiyyətcillik və komandada işləmək bacarığı 

Kommunikativ bacarıqlar, liderlik tapşırıqları, novator təfəkkürü və strateji düşünmək bacarığı — bu keyfiyyətlər bu gün sanballı vəzifə və yüksək gəlirlər iddiasında olan mühasiblər üçün çox vacibdir. Ümumiyyətlə, maliyyə mütəxəssisi – daim hər kəslə qarşılıqlı əlaqədə olmaq məcburiyyətində olan bir insandır: şirkətin rəhbərliyi və əməkdaşları, kredit təşkilatlarının nümayəndələri, vergi orqanları, təchizatçılar, investorlar, səhmdarlar və s. ilə. Əgər o, çətinliklə əlaqəyə girirsə və müstəsna olaraq daim öz vəzifələrinə qapılırsa, bu, təşvişə düşməyə əsas verir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Mühasibatlıq – bu, şirkətlərdə ayrıca bir krallıqdır. Buna baxmayaraq, işəgötürənlərin anlayışında dəyərli mühasib yalnız rəqəmlər, kağızlar və hesablardan asılı olan şəxs deyil, o, həm də genişmiqyaslı düşünən, şirkətin bütün biznes proseslərini görən, komandanın digər iştirakçıları ilə yaxşı yola getməyi bacaran şəxsdir. Ondan ötrü ciddi qərarlar qəbul etmək və buna görə məsuliyyət daşımaqdan qorxmamaq, çox vacibdir. Bu gün komanda oyunçusu olmaq, digərləri ilə oynamaq daha mühümdür – və zamanla buna daha böyük diqqət yetiriləcək.

6. Direktordan ötrü anlaşıqlı dildə danışmaq

Mürəkkəb şeyləri sadə sözlərlə izah etməyi bacarmaq – həqiqətən dəyərli qabliyyətdir. O səbəbdən işlə bağlı məsələni direktora peşəkar jarqon olmadan çatdırmağa qabil olan mühasib, istənilən direktordan ötrü nadir bir tapıntıdır. Və təkcə direktor üçün deyil, həm də ümumilikdə bütün kollektivdən ötrü. Əməkdaşlar öz suallarını kimə ünvanlayırlar? Əlbəttə ki, mühasibatlığa.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçinin vəfatı ilə əlaqədar verilən müavinətdən tutulan vergi

posted in: Xəbər | 0

İşçinin vəfatıƏmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

Qanunvericiliyin tələbini şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, “Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Eyni zamanda işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Misal: Büdcə təşkilatında əmək müqaviləsi əsasında çalışan və əməkhaqqı 700 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 01.09.2021-ci il tarixində vəfat edir. Bu halda vəfat etmiş işçiyə hansı məbləğ verilməli və verilmiş məbləğdən tutulmalar necə olacaq?

Bu halda hesablamalar belə aparılmalıdır:

İyul ayı üçün əməkhaqqı – 700 manat;

Avqust ayı üçün əməkhaqqı – 700 manat;

İşçinin orta aylıq əməkhaqqı – 2199.78 manat olacaq:

700 x 2 = 1400 manat;

1400 : 42 = 33,33 manat;

33,33 x 22 = 733,26 manat;

733,26 x 3 = 2199,78 manat.

Burada 42 gün iyul (20 gün) və avqust ayı üzrə (22 gün) iş günlərinin cəmidir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən, vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.

Gəlir vergisinin hesablanması:

2 199,78 – 200 x 14% = 279,96 manat.

2199,78 – 279,96 = 1919,82 manat.

Deməli, vəfat edənin vərəsələrinə ödənilən vəsait – 1919,82 manat olur.

Burada 42 gün – iyul ayı üzrə iş günü 20, avqust ayı üzrə isə 22 iş günündən ibarətdir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Asan İmza”nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

posted in: Xəbər | 0

Asan imza“Asan İmza” sertifikatının sahibləri onların müddətini SMS göndərməklə avtomatik olaraq uzada biləcəklər.

Hazırda bunun üzərində işlər aparılır və yaxın zamanda bu xidmət istifadəçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, “Asan İmza” sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə bilirlər. Sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkündür və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada bilir.

Prosedura uyğun olaraq sertifikatın müddəti üç ildən bir uzadılmalıdır. İstifadəçi nömrənin dublikatını almaq üçün müştəri xidmətinə yaxınlaşmalıdır. Bu prosedur bütün mobil operatorlar üçün eynidir. Texniki olaraq “Asan İmza” sertifikatının müddəti mobil operatorlar tərəfindən SMS, mobil əlavə və ya müxtəlif texniki vasitələr üzərindən uzadıla bilər.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçilərlə borc müqavilələri

posted in: Xəbər | 0

təsisçilərSahibkarları, vergi ödəyicilərini maraqlandıran ən aktual məsələlərdən biri də təsisçilər ilə olan borclardır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Praktikada belə hallar çox olur. Müəssisənin təsisçisi hüquqi şəxsi yaradır və müəyyən məbləğdə nizamnamə kapitalını formalaşdırır. Növbəti mərhələdə müəssisəsinin tam gücü ilə işləməsi üçün fəaliyyət sahəsindən asılı olaraq müəssisəyə çox hallarda maliyyə vəsaiti tələb olunur. Maliyyə vəsaiti, adətən, aşağıdakı mənbələrdən formalaşdırılır:

  • bank kreditləri hesabına;
  • BOKT-ların ayırdığı kreditlərlə;
  • borc müqavilələri ilə borcverənlərlə;
  • müəssisənin təsisçilərinin ayırdığı maliyyə yardımı (əvəzsiz) hesabına;
  • eləcə də təsisçilər ilə bağlanılmış borc müqavilələri ilə əldə etdiyi borclar hesabına.

Təcrübədə bu maliyyələşmələrdən ən çox bank kreditləri və təsisçilərin vergi borcu məbləğləri ilə bağlı suallar yaranır.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Vergi ödəyicilərini daha çox maraqlandıran məsələlər bunlardır:

  • Təsisçi borcu hansı valyuta ilə verməlidir?
  • Dollar ilə borcu verə bilərmi?
  • Borc vəsait ancaq kassaya ödənilməlidirmi?
  • Birbaşa bank hesabına borc vəsaiti təsisçi ödəyə bilərmi?
  • Təsisçinin adından başqa bir şəxs borcu kimi məbləği ödəyə bilərmi?
  • Təsisçinin ödəyəcəyi borcu başqa bir şəxs banka ödəyə bilərmi?

Məsələyə tam aydınlıq gətirmək üçün normativ aktlara müraciət edək.

Mülki Məcəllə, maddə 739. Borc müqaviləsi

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Bundan əlavə, “Valyuta tənzimi haqqında” Qanunda yazılmışdır ki, fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən Azərbaycan Respublikasında əldə etdikləri vəsaiti müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.

Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il № 45/1 “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə qərarında yazılmışdır:

4.1. Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

Yuxarıda göstərilən müddəalara, həmçinin məsələ ilə bağlı digər normativ aktlara əsaəsn bu qənaətə gəlmək olar:

Təsisçilər təsiçisi olduğu müəssisəsyə borc verə bilər və bu zaman borc müqaviləsi bağlanmalıdır.

Müqavilədə borcu həm milli, həm də xarici valyutada əks etdirmək olar. Yəni təsisçi xarici valyutada borc verə bilər. Bundan əlavə, təsisçi borcu birbaşa özü müəssisənin bank hesabına və ya kassasına mədaxil edə bilər.

Misal1: Tutaq ki, “AA” MMC-nin təsisçisi iki fiziki şəxsdir. Onlardan biri 100.000 manat, ikincisi isə 50.000 dollar həcmində borc müqaviləsi bağlamışdır.

Sual: Təsisçilər vəsaiti necə ödəyə bilər və MMC təsisçilərə borcu necə qaytarmalıdır?

Hər iki təsisçi vəsaiti birbaşa kassaya və ya bank hesabına özü ödəyə bilər. Eləcə də hər iki təsisçi etibarnamə və ya qəbul etdiyi qərar əsasında verdiyi borc vəsaitlərini təsisçilərin adından başqa bir şəxs ödəyə bilər.

Təsisçilərə borclar qaytarılanda milli valyuta ilə – manatla ödənilməlidir. Bankla ödənildikdə bank 50.000 dolları təsisçiyə xarici valyutada qaytarmayacaqdır. Belə ki, qüvvədə olan hüquqi tələblərə görə rezidentlərin xarici valyutada olan əməliyyatlarına müəyyən məhdudiyyətlər vardır. Yəni rezidentlərin xarici valyuta ilə aparılan əməliyyatlarnın sırasında rezidentlərə ödənişlərin aparılması yoxdur.
Bu tələb vəsaitin kassadan geri qaytarılmasına da aiddir.

Misal 2: Tutaq ki, “AA” MMC-yə ödənilən 50.000 manatlıq borcu təsisçi yox, başqa bir şəxs ödəmişdir. Amma təsisçi ilə borc müqaviləsi bağlanmışdır.

Sual: Bu halda rəsmiləşdirmə düzgündürmü?

Təsisçi ilə borc müqaviləsinin bağlandığına baxmayaraq, faktiki olaraq borcun başqa şəxsin adından ödənildiyini sübüt edən heç bir sənəd mövcud deyildir.

Təcrübədə təsisçilər vəsaiti kiməsə verirlər və onlar vəsaiti banka birbaşa ödəyirlər. Bu zaman ödəniş qəbzlərində təsisçinin adı deyil, vəsaiti ödəyən şəxsin adı görünür. Ona görə də vəsaiti təsisçinin adından kim ödəyəcəkdirsə, həmin şəxsin adı ya borc müqaviləsində, ya etibarnamədə, ya da təsisçinin qərarında qeyd olunmalıdır.

Yaxşı olardı ki, borc müqavilələrində faizlər də əks olunsun. Əks halda, vergi orqanları yoxlamalar və nəzarət tədbirləri zamanı faizlər və buna uyğun olaraq da vergilər hesablaya bilərlər.


Mənbə: vergiler.az


Bax



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 654 655 656 657 658 659 660 2. 382