Hansı əmlaklar ƏDV üçün mal sayılmır?

posted in: Xəbər | 0

ƏDV üçün mal, ƏDV hesablanmasıVergi Məcəlləsin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su başa düşülür.

Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin tələbini belə izah edib:

Maddədən göründüyü kimi, mal anlayışına təkcə maddi deyil, qeyri-maddi əmlak (aktiv) da aiddir. Maddə elektrik və qaz kimi enerji daşıyıcılarını da əhatə edir. Deməli, “Azərişıq” və “Azəriqaz” xidmət yox, mal təqdim edir.

Qeyd edək ki, maddənin digər tələbinə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin hissəni misallarla izah edək:

Misal 1: ƏDV ödəyicisi olan valyutadəyişmə məntəqəsinin həyata keçirdiyi proses pul vəsaitləri ilə bağlı olsa da, həmin mal ƏDV-yə cəlb edilmir.

Misal 2: ƏDV ödəyicisi olan hüquqi şəxs 2 ha-lıq torpaq sahəsini 100.000 manata satışa çıxarır. Torpağın satılması zamanı da malın üzərinə ƏDV hesablanmır, çünki vergi qanunvericiliyinə əsasən, torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.

Misal 3: Sadələşdirilmiş vergi ödəyicisi torpaq sahəsini 300.000 manata satırsa, o zaman dövriyyə 200.000 manatı keçməsinə baxmayaraq, ƏDV ödəyicisi olmaq üçün məcburi qeydiyyat yaranmır. Çünki torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (3-cü hissə)

posted in: Xəbər | 0

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (3-cü hissə)Süni intellekt

Ekvadorda yerləşən Panamerika şosesində ödəniş məntəqələrindən alınan məlumatlar nəqliyyat vasitələrinin sayını müəyyən etməyə, avtomobil nömrələrinin tanınmasını və polis məlumat bazalarına uyğunluğunu nəqliyyat vasitəsinin identifikasiyasını mümkün edir. Süni intellekt texnologiyası yalnız yol hərəkətinin təhlükəsizliyini təmin etməyib, həm nəqliyyat vasitələrinin buraxılışını sadələşdirib, həm də yol örtüyünün köhnəlməsini proqnozlaşdırmağa və onun təmirini planlaşdırmağa imkan verib.

Neyroşəbəkələr əsasında videotəhlil CAR-da Madikve və Layon Sends qoruqlarında heyvanların, insanların və avtomobillərin hərəkətini qeydə alır, brakonyerliklə mübarizə aparmağa kömək edir.

Həm sahələrdə, həm də məktəblərdə

2020-ci ilin yayında Rusiyanın 15 regionunda taxıl məhsulunun yığımı Rusiya istehsalçılarının yaratdığı Cognitive Agro Pilot kombaynlarının avtonom idarəetmə sisteminin tətbiqi ilə aparılmışdır. Bu sistem dərin təlim neyroşəbəkələrindən istifadə etməklə sutka ərzində, istənilən havada işləyə, istənilən maneələri aşkarlaya və onlardan yan keçə bilər, o, məhsul yığımının 25% artmasına imkan yaradır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Volqoqrad məktəblərində isə ITV qrupu və Huavei tərəfindən hazırlanmış AxxonSoft proqramından istifadə olunur. O, məsafədən bədən tepmperaturunu ölçmək və maskanın mövcudluğunu yoxlamaq, epidemioloji normalara riayət olunmasına nəzarət etmək, müəllimlərin yükünü və insan amilinin təsirini azaltmağa kömək edir. Sİ texnologiyası girişdə tıxacları önləməyə və infeksiyaların erkən mərhələdə yayılmasının qarşısını almaqda kömək edir. Bu, Huawei avadanlıq təchizatına və Axxon Next Video nəzarət proqramı sisteminə əsaslanan bir server vasitəsilə həyata keçirilir.

Süni intellektin yaxın 25 ildə nə qədər irəliləyəcəyini təsəvvür etmək çətindir, lakin, ilk kompüterin yaradılmasının yüzilliyinə qədər bu sahədə yeni sıçrayışların olacağı şübhəsizdir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Facebook” və “Google”-a ödəniş zamanı ödənilən məbləğlərin ƏDV-sini əvəzləşdirməyə hüququmuz varmı?

posted in: sual-cavab, Xəbər | 0

Cari vergi ödəmələrinin hesablanması Cari vergi ödəmələriSual: Hüquqi şəxs qeyri rezidentə “Facebook” və “Google” şirkətlərinə reklam üçün ödəniş edir. ƏDV qeydiyyatında olarkən, ödənilən məbləğlərin ƏDV-sini əvəzləşdirməyə hüququmuz varmı?

Cavab: Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün Əlavə Dəyər Vergisinin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə Əlavə Dəyər Vergisinin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Eyni zamanda, qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVergi ödəyiciləri sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına elektron formada və ya kağız daşıyıcıda (poçt xidməti vasitəsilə və ya xidmət yerinə gəlməklə) təqdim edə bilərlər.

Elektron formada müraciət

Xidmətin elektron formada həyata keçirilməsi üçün istifadəçilərin Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim edir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının e-Bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

• “e-Bəyannamə” siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır;
• Açılmış online sadələşdirilmiş bəyannamə formasına məlumatlar daxil edilir;
• Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir;
• Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır;
• Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir;
• Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır;
• Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana “Bildiriş” çıxır. Çap düyməsi ilə “Bildiriş” çap edilir.

Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

Xidmət yerinə gələrək

Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən koordinasiya şöbəsinə daxil olaraq bəyannaməni təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbəsi tərəfindən bəyannamə qeydiyyatdan keçirilir. Bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir.

Poçtla göndərməklə

Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 651 652 653 654 655 656 657 2. 391