Mikayıl Cabbarov: “İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqinə baxılır”

posted in: Xəbər | 0

vergi güzəştləri, aktiv vergi ödəyicilərinin sayı“Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iş adamları üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır: “Ölkədə ÜDM-in 85 %-indən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.

Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Eyni zamanda, biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərin tətbiqi məsələsinə baxırıq”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

posted in: Xəbər | 0

yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarAzərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Borc vəsaitlərinin alınması və qaytarılması

posted in: Xəbər | 0

Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisiSon illədə vergi ödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Əlbəttə, belə əməliyyatların baş verməsində heç bir qanun pozuntusu yoxdur. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir. Belə əməliyyatların rəsmiləşdirilməsində yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Borc vəsaitlərini kimlərdən əldə etmək olar və borc müqavilələri necə rəsmiləşdirilməlidir?

Borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Yaxşı olar ki, borc müqavilələri notarial qaydada təsdiqlənsin ki, gələcəkdə mübahisələr yaranmasın.

Borc əməliyyatlarında məbləğlərdə hər hansı bir limit varmı və məbləğlər hansı formada rəsmiləşdirilməlidir?

Qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı bir məhdudiyyətlər qoyulmamışdır. Məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə “Nağdsız hesablaşmalar haqqında” Qanun ilə tənzimlənir və Qanunun 3.4.6.-cı maddəsinə əsasən, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir. Deməli, borc məbləğləri nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar.

Misal: “AA” MMC-nin iki təsisçisi vardır. Təsiçilərdən biri fiziki, biri də hüquqi şəxsdir. Təsisçilər qərara alırlar ki, hər biri 50.000,00 manat məbləğində vəsaiti “AA” MMC-yə borc kimi versinlər. Fiziki şəxs borcu birbaşa “AA” MMC-nin bank hesabına, amma hüquqi şəxs isə kassasına ödəmişdir.

Belə rəsmiləşdirmə düzgündürmü?

Yuxarıda bildirdiyim kimi, qanunvericilikdə misal olan qaydada borc vəsaitlərinin qəbul edilməsinə məhdudiyyət yoxdur, ona görə də düzgündür. Borc qaytarılanda “AA” MMC hüquqi şəxsin borcunu nağd formada qaytarmaq istəyir. Bu formada ödəniş “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6 -cı maddəsinə görə qadağandır.

Həmçinin fiziki şəxs olan təsisçiyə borcu nağd formada qaytarmaq istəyir. Belə bir rəsmiləşdirməyə məhdudiyyət qoyulmamışdır, amma burada müəyyən limitlər vardır.

Nəzərə alaq ki, “AA” MMC ƏDV ödəyicisi deyildir və mikro sahibkar kimi sadələşdirilmiş vergi ödəyicisidir. Belə olan halda “AA” MMC-yə nağd geri qaytarılma əməliyyatlarına 15.000,00 manat limit qoyulmuşdur. Ona görə cəmiyyət bir dəfəyə 50.000,00 manatı nağd qaytara bilməyəcəkdir. Ən azı 4 ay müddətində bu əməliyyatı həyata keçirməlidir. Bu səbəbdən, yaxşı olardı ki, fiziki şəxs təsisçi bank hesabı açsın və bir əməliyyat çərçivəsində 50.000,00 manatı onun bank hesabına qaytarsın.

Göründüyü kimi, borc məbləğlərin nağd əldə edilməsində limit qoyulmamışdır. Amma belə rəsmiləşdirilmələr zamanı borcu verən hüquqi şəxslərin də özlərinin belə bir limitləri vardır.

Bizim misalımızda hüquqi şəxs nağd formada 50.000,00 manatı birbaşa kassaya ödəmişdir. Amma “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə görə, hüquqi şəxslərin statusuna görə 15.000,00 manat və ya 30.000,00 manat limitlər qoyulmuşdur. Odur ki, təsisçi hüquqi şəxs nağd formada ancaq bu limitlər çərçivəsində kassaya ödəniş edə bilər. Əks halda, ona Vergi Məcəlləsinin tələblərinə görə maliyyə sanksiyaları tərtib ediləcəkdir. Baxmayaraq ki, nağd alana belə əməliyyatlarda maliyyə sanksiyası verilmir, amma ödəyənə tədbiq edilir. Ona görə də tövsiyyə edərdim ki, borc müqavilələrinin rəsmiləşdirilməsində borc alınanda da, geri qaytarılanda da əməliyyatlar nağdsız formada həyata keçirilsin.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıTəcrübədə alış zamanı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirildiyi malların xarab olması faktına yalnız fövqəladə hallar istisna olmaqla, vergi tutulan əməliyyat kimi baxılması qanunvericilik baxımından hər hansı mübahisə predmeti yaratmasa da, vergi ödəyiciləri üçün müəyyən problemlər yaradır. Bu problemlə bağlı EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov öz mövqeyini bildirir.

Məlum olduğu kimi, ƏDV məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi vergi obyekti sayılır. Yəni, vergi (ƏDV) mükəlləfiyyəti olduğu halda, vergi dövrü ərzində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatlara ƏDV tətbiq edilir. Eyni zamanda, alınmış mallar (işlər, xidmətlər) üçün ödənilmiş ƏDV məbləğləri qanunvericilklə müəyyən edilmiş qaydada əvəzləşdirilir.

Ümumiyyətlə, ƏDV-nin tətbiqi prosesində əvəzləşdirmə mexanizmi çox mühüm əhəmiyyət daşıyır. Qanunvericilik ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı müxtəlif reqlamentlər müəyyən edib. Lakin, bütün bu reqlamentlər bir təməl prinsipə – ƏDV-nin ötürülməsi prinsipinə xidmət edir. Başqa sözlə, o mallar (işlər, xidmətlər) üçün ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilir ki, həmin malların (işlərin, xidmətlərin) növbəti realizəsi yeni ƏDV obyekti yaradır. Digər tərəfdən, “ötürülməyən”, son istehlak üçün (habelə, qeyri-sahibkarlıq məqsədləri üçün) alınmış mallar (işlər, xidmətlər) üzrə ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir.


“ƏDV bəyannamələrinin hazırlanması” kursu


Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, “vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır”.

Bu maddədə vergiyə cəlb olunması nəzərdə tutulan əməliyyatlar malların xarab olunması istisna olmaqla, ümumi bir xüsusiyyətə malikdirlər. Bu xüsusiyyət onların təqdim edilməsi (ötürülməsi) faktının və ya potensialının olmasıdır. Belə ki, malların qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi əvəzsiz qaydada olmasına baxmayaraq təqdimetmə sayılır. Malların itməsi, əskik gəlməsi, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması isə yalnız fövqəladə hallar istisna olmaqla təqdimetməyə bərabər tutulur. Burada faktiki alıcının olmamasına baxmayaraq, malların vergi ödəyicisinin mülkiyyətindən “çıxması” bu faktı təqdimetmə kimi qiymətləndirməyə əsas verir. Bunu vergitutmanın əsas prinsiplərindən biri şərtləndirir. Bu prinsip ondan ibarətdir ki, konkret əməliyyatlarda vergi ödəyicisindən asılı olan səbəblərdən itirilən potensial vergi, büdcəyə bərpa edilməlidir. Yəni, daha sadə dildə desək, vergi ödəyicisi həmin malları əvəzsiz verməsəydi, “itirməsəydi”, “oğurlatmasaydı”, onları sata və nəticə etibarilə vergi obyekti yarada bilərdi.

Digər tərəfdən, məhz bu faktlara vergi tutulan əməliyyat kimi baxılmaması sonradan sui-istifadə hallarına və dövlət büdcəsi üçün vergi risklərinin yaranmasına səbəb ola bilərdi. Bu baxımdan Vergi Məcəlləsində belə faktın vergi tutulan əməliyyat kimi qiymətləndirilməsinə obyektiv, ədalətli yanaşma kimi baxmaq olar.

Lakin bu maddədə xüsusi diqqət yetirilməli olan məqam malların xarab olması ilə bağlıdır. Belə ki, müəyyən malların vergi ödəyicisinin iradəsindən, hər hansı fövqəladə halın baş verib-verməməsindən asılı olmayaraq xarab olması, satış üçün yararsız hala düşməsi kimi obyektiv xüsusiyyətləri vardır.

Əvvəla, vergi ödəyicisi bu malların alışı zamanı ödənilmiş ƏDV məbləği üzrə əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malik olmuşdursa, deməli bu mallar son istehlak məqsədləri üçün yox, məhz sahibkarlıq məqsədləri üçün – sonradan reallaşdırılmaq üçün alınmışdır. Lakin fövqəladə hal olmasa belə malın öz obyektiv fiziki xüsusiyyətləri səbəbindən, vergi ödəyicisinin iradəsindən asılı olmayaraq reallaşdırılması (sonradan sahibkarlıq, habelə son istehlak məqsədləri üçün istifadə olunması) mümkün olmamışdır və olması da mümkün deyil. Bu, yuxarıda qeyd edilən hallardan fərqli olaraq belə malların sonradan satıla, istifadə edilə bilməsi imkanlarını məhdudlaşdırır və nəticə etibarilə potensial vergi obyekti, habelə vergi riski də yaranmış olmur.

Ona görə də Vergi Məcəlləsinin 159.5-ci maddəsində konkret olaraq mallar xarab olduğu təqdirdə vergidən azad olunmasının məhz fövqəladə hallarla şərtləndirilməsi mahiyyətcə maddənin məqsədlərinə cavab vermir. Bu vəziyyət təcrübədə hər hansı fövqəladə hal baş vermədən xarab olan mal sahibləri üçün əlavə yük olaraq, xeyli problem yaradır. Çünki vergi nəzarəti tədbirləri zamanı bu cür əməliyyatlar vergi orqanı tərəfindən “qanuni” olaraq vergiyə cəlb edilən əməliyyat kimi qiymətləndirilir.

Hesab edirəm ki, bu problemi qeyd olunan maddədə cüzi redaktə etməklə, yəni malların xarab olması hallarını fövqəladə hallarla şərtləndirmədən həll etmək olar. Vergitutma məqsədləri ilə həmin faktların rəsmiləşdirilməsi ilə bağlı müəyyən reqlamentlərin tətbiqi yarana biləcək hər hansı sui-istifadə hallarının olmaması üçün kifayət edə bilər.

Mümkün risklər isə heç də malların fövqəladə hallarla əlaqələndirilmiş itməsi, əskik gəlməsi hallarından böyük olmayacaqdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 649 650 651 652 653 654 655 2. 391