» » » Bitkoini qızılla müqayisə ediblər

Bitkoini qızılla müqayisə ediblər

posted in: Uncategorized | 0
birbank biznes

bitkoin, kriptovalyutaRusiyanın ən böyük qızıl hasil edən mədən şirkəti olan “Polyus” şirkətinin baş direktoru Pavel Qraçov, RBK-yə verdiyi müsahibədə bitkoini qızılla müqayisə edib və qeyd edib ki, uzunmüddətli perspektivdə bitkoini rəqib hesab etmir.

Qraçovun fikrinə görə, bitkoin və qızılın təbiəti bir-birindən güclü şəkildə fərqlənir. Onlar vaxt keçdikcə bir-birindən daha çox uzaqlaşacaq müxtəlif investorlar qruplarına malikdirlər. Onun sözlərinə görə, bitkoin, kapital yığımı və qorunması vasitəsi kimi deyil, hesablaşmalar üçün bir alət olaraq yaradılmışdır. “Bitkoin sahibləri və ya onun emitentləri bütün vasitələrlə bitkoini qızılla bərabərləşdirməyə, bu alətin dəyişkənliyi fonunda əlbəttə ki, çox uğurlu olmayan bir yığım və qənaət vasitəsi kimi yerləşdirməyə çalışırlar” Qraçov belə söyləyib, həmçinin əlavə edib ki, qızılın özü “kvazipuldur” (klassik pul olmayan nağdsız maliyyə alətləri).

“Polyus”un rəhbəri qeyd edib ki, onun özü bitkoinlərə sahib deyil və onları hardan satın ala biləcəyini də bilmir. Eyni zamanda qızılının da olmadığını söyləyib, çünki Rusiyada bu qiymətli metalın alışı ƏDV-yə cəlb olunur. Fiziki metalın alınmasına sərmayə qoymağın mənası yoxdur – hər hansı bir qızıl mədəni şirkətinin səhmlərini almaq daha yaxşıdır, Qraçov belə hesab edir.

Amerikanın Goldman Sachs investisiya bankı hələ 2020-ci ildə bitkoin də daxil olmaqla, kriptovalyutaların tam hüquqlu aktivlər olmadığını bildirmişdi. Əsas arqument isə bitkoinin səhmlərdən, istiqrazlardan və digər klassik investisiya alətlərindən fərqli olaraq sabit bir pul axını təmin etmədiyi iddiası idi. Həmin vaxt ABŞ-da və bütün dünyada sərmayədarlar bunu məşhur alətə “müharibə” elan edilməsi kimi qəbul etdilər və Goldman Sachs-ın mövqeyini tənqid etdilər.

Bununla yanaşı, amerikalı milyarder Mark Kyuban qızılı “ölü” aktiv adlandırmışdı. Onun sözlərinə görə, kriptovalyutalar qızılın bir çox xüsusiyyətlərini qəbul etmişdir. Qiymətli metalın özü isə, onun fikrincə, aktiv və qənaət vasitəsi kimi “ölüdür”.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun