» » » Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (3-cü hissə)

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (3-cü hissə)iqtisadiyyat

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır.

Sonra iqtisadi resursların yerdəyişmə prosesi daha kompleksli oldu: kapital, sahibkarlıq qabiliyyətləri və texnologiyası orta səviyyədə inkişaf etmiş ölkələr tərəfindən idxal edilməklə yanaşı ixrac edilməyə başlandı və zəif inkişaf etmiş ölkələr də işçi qüvvəsinin ixracatında fəal iştirak etdilər. Nəticədə istehsal amillərinin beynəlxalq hərəkəti qarşılıqlı olur.

Dünya iqtisadiyyatı XIX-XX əsrlərdə təşəkkül tapandan sonra xeyli dəyişikliklərə məruz qalmışdır. Müasir dünya iqtisadiyyatının təkamül prosesində bir neçə mərhələni ayırırlar:

1) XIX əsrin sonu – Birinci dünya müharibəsinə qədər. Bu, dünya iqtisadiyyatının açıqlığının gücləndirilməsi mərhələsidir. Dünya ticarətinin xammal istiqaməti üstünlük təşkil edirdi. Lakin, ixracın payı daim yüksəlirdi;


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


2) Birinci və İkinci dünya müharibələri arasındakı dövr. Bu, qeyri-sabitlik və dünya iqtisadiyyatının inkişafını müşayiət edən böhranlarla səciyyələnirdi. Milli təsərrüfatların avtarkiyası (iqtisadi qapalı təsərrüfat) və proteksionizm, həmçinin ixracın rolunun azalması meyli güclənib;

3) XX əsrin 1950-70-ci illəri. Mərhələ inteqrasiya qruplarının (Aİ, AİB) yaranması ilə səciyyələnir, transmilliləşmə prosesi gedir, texnologiyaların, sahibkarlıq qabiliyyətlərinin və kapitalın fəal yerdəyişməsi prosesi gedir, ssuda kapitalının dünya bazarı bərpa edilib. Dünya təsərrüfatında sosialist və inkişaf etməkdə olan dövlətlər xüsusi rol oynamağa iddia etməyə başladılar.

4) inkişaf etmiş ölkələr 1980-90-cı illər postsənayeləşdirmə dövrünə keçir, inkişaf etməkdə olan bir çox ölkələr iqtisadi geriliyi aradan qaldırır (Çin və yeni sənaye ölkələri), keçmiş sosialist ölkələri bazar iqtisadiyyatına keçirlər.

5) XX əsrin sonu – XXI əsrin əvvəli – dünya təsərrüfatının formalaşmasının müasir mərhələsi. Onu coğrafi məkanın mənimsənilməsinin artmış dərəcəsi, beynəlxalq məhsuldar qüvvələrin formalaşdırılması, iqtisadi qarşılıqlı fəaliyyətin və qarşılıqlı asılılığın güclənməsi fərqləndirir. Dünya təsərrüfatının yeni inkişaf mərhələsinə daxil olması ölkələr arasında təsərrüfat sahəsində əməkdaşlığın fəallaşması ilə müşayiət olunur.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun