Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun

posted in: Uncategorized | 0

Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334; № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211; № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711; Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 348-VIQD nömrəli və 21 sentyabr tarixli ——VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

Daha ətraflı faylı yükləyərək oxuya bilərsiniz: Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun (907 downloads )



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir vergisi normaya necə çevrildi? (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi? (4-cü hissə)gəlir vergisi, qəribə vergilər

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Amerikada koloniyalar uğrunda müharibənin ardınca Napoleon ilə müharibə başladı. 1816-cı ildə müharibə başa çatdıqdan sonra gəlir vergisi ləğv edildi.

Onun tətbiqini uğurlu hesab etmək olardı. Sakinlərin bütün gəlirləri qiymətləndirildi və 100% yığımla toplana biləcək təxmini vergi hesablanmışdı. Amma, həmin məbləğin yalnız 60 faizini toplamaq mümkün olmuşdu…

Və bu verginin tətbiq olunduğu ilk ildə baş vermişdi. Bu o zamanlar idi ki, gəlirləri yoxlamaq çox çətinliklə başa gəlirdi. (Müqayisə üçün: 2014-cü ildə Rusiyada gəlir vergisinin toplanması, müxtəlif hesablamalara görə, hesablanmış əhali xərcləri üzrə 50-70% təşkil edib, bəzi tədqiqatçıların iddia etdiklərinə görə isə həmin rəqəm bundan da aşağı olub).

Növbəti dəfə gəlir vergisi yalnız 1842-ci ildə tətbiq olunmuşdu. Həmin vergi müəyyən müddət üçün – bir il və ya üç il – tətbiq olunurdu və büdcənin qəbulu ilə eyni vaxtda təsdiq olunurdu. Gəlir vergisi hələ də hərbi, fövqəladə vergi reputasiyasını qoruyub saxlayırdı.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Xəzinədarlıq kansleri və İngiltərənin gələcək baş naziri olacaq Uilyam Qladston 1861-ci ildə bəyan etmişdi: o, ümid edir ki, xəzinədarlığın hansısa kansleri –  əlbəttə ki, o özü deyil, ən yaxşı vaxtlarda sükan arxasında kim olsa – gəlir vergisini ləğv etdiyinə görə şair tərəfindən məşhurlaşdırılacaq. Yəni, şair həmin şəxsi buna görə vəsf edəcək.

Qladston 1874-cü ildə yenidən baş nazir seçkisi ilə bağlı seçkiqabağı kampaniya çərçivəsində də verginin ləğvinə tərəfdar çıxmışdı. Qaldstonun seçkidə rəqibi olan Bencamin Dizraeli bu məsələdə onunla həmrəy idi. Bu cür bəyanatlar gəlir vergisinin ləğvinin əleyhdarları tərəfindən seçicilərin ələ alınması cəhdləri kimi qəbul edilirdi.

Hakimiyyətə Dizraeli gəldi. Amma, verilən vədə baxmayaraq, vergi bir daha ləğv edilmədi, üstəlik, hakimiyyət orqanları və ictimaiyyət bunun qeyri-adi haldan daimi vergiyə çevrilməsini qəbul etdi. XIX əsrin sonuna qədər demək olar ki, bütün zamanlarda gəlir vergisi 5-6% səviyyəsində saxlanılırdı.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotu prinsipləri

posted in: Xəbər | 0

Vergitutma məqsədləri, xərclərin uçotu, Vakansiya Maliyyəçi ərizəGəlirlərin, xərclərin və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin başlıca vəzifələrindən biridir. İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, hüquqi və fiziki şəxslərin gəlir və xərclərinin uçotu Mühasibat uçotu haqqında qanuna və digər normativ-hüquqi aktlara, vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotu isə Vergi Məcəlləsinə əsasən aparılmalıdır.

Vergi ödəyicisi müəssisənin fəaliyyəti ilə bağlı bütün əməliyyatların, o cümlədən vergi tutulan gəlirlərin (mənfəətin) və xərclərin sənədləşdirilməsini və uçotunu vaxtlı-vaxtında dəqiq aparmalıdır. Vergi ödəyicisi gəlirlərin və xərclərin əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərini müəyyən etmək üçün tətbiq edilən aşağıdakı uçot metodlarından birini seçməyə borcludur:

  • kassa metodu;
  • hesablama metodu.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə etmə tarixində (gəlir onun sərəncamına veriləndə) nəzərə almalı (tanımalı), xərcləri isə yalnız çəkildiyi (ödənildiyi) tarixdə tanımalıdır (çıxmalıdır). Gəlir və xərci tanımaq dedikdə, onları gəlir (mənfəət) bəyannaməsində göstərmək kimi başa düşülməlidir.

Vergi Məcəlləsinə əsasən, kassa metodundan istifadə olunarkən, gəlirin əldə edilməsi vaxtı dedikdə, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt başa düşülür. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı dedikdə isə həmin xərcin faktiki çəkildiyi vaxt sayılır. Yəni nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt başa düşülməlidir.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəliri almaq hüququnun əldə edildiyi, xərci isə çəkilməsi barədə öhdəliyin yarandığı vaxt tanımalıdır.

Hesablama metodunun tətbiqi zaman gəlirin əldə edilməsi vaxti dedikdə, vergi ödəyicisinin əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi vaxtı başa düşülür ki, ödəyici məhz həmin vaxt gəliri almaq hüququ əldə etmiş sayılır.

Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı dedikdə, müqavilə və əqdə uyğun iş və xidmətin qəbul edildiyi (təhvil qəbul aktı ilə başa çatdığı vaxtda) tarix başa düşülməlidir.

Əgər vergi ödəyicisi istifadə etdiyi uçot metodunda hər hansı dəyişiklik edərsə (məsələn, kassa metodundan hesablamaya və ya əksinə keçərsə), bu zaman uçot metodunun dəyişdirildiyi ildə verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər verilməlidir. Uçot metodunun dəyişməsi ilə əlaqədar verilən düzəlişlər zamanı əməliyyatların heç biri nəzərdən qaçırılmamalı və çalışmaq lazimdir ki, eyni gəlir və ya xərc iki dəfə hesaba alınmasın.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (4-cü hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (4-cü hissə)dünya iqtisadiyyatı

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni, rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır.

Dünya iqtisadiyyatının inkişaf göstəriciləri

Dünya təsərrüfatının iqtisadi vəziyyətinin təhlilini aparmaq üçün müasir dünya iqtisadiyyatının vəziyyətini və dinamikasını xarakterizə edən göstəricilər sistemindən istifadə olunur. Onlardan ən mühümü aşağıdakılardır:

1) ölkənin bütövlükdə və adambaşına düşən milli sərvəti. Milli sərvət – ölkənin maliyyə öhdəliklərinin dəyəri ilə azaldılmış, toplanılmış resursların məcmusudur.

Dünya təcrübəsində istehsal aktivləri, qeyri-istehsal aktivləri (torpaq, ev və istifadə olunan təbii ehtiyatlar), əsas, qeyri-maddi aktivlər (intellektual mülkiyyət) və maliyyə aktivləri (pul, qızıl, qiymətli kağızlar və s.) kimi elementlər milli sərvətlərə daxil edilir.

2) ümumi daxili məhsul (ÜDM) – bir il ərzində bu ölkə ərazisində istehsal olunan son malların və xidmətlərin bazar dəyəri – dünya iqtisadiyyatının ən çox tətbiq olunan göstəricilərindən biridir. Adambaşına düşən ÜDM dünya iqtisadiyyatının ən mühüm göstəricisidir, adətən ABŞ dolları ilə hesablanır. ÜDM-in artım tempi, həmçinin, ölkənin iqtisadi artımının ən mühüm göstəricisi kimi, daha çox, il ərzində orta hesabla qiymətləndirilir. 3-4% göstərici – ölkənin iqtisadi artımının normal tempidir. İllik 6-10% səviyyəsində göstərici isə ÜDM-in artım tempi yüksəkdir;


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


3) ölkənin beynəlxalq iqtisadi münasibətlərdə iştirak göstəriciləri. Onlar müxtəlifdir. Onların arasında xarici ticarət kvotası kimi daha çox tətbiq olunan göstərici – ixrac və idxal məbləğinin ÜDM-ə faiz nisbəti göstərilir. Digər göstərici – adambaşına düşən xarici ticarət dövriyyəsidir ki, bu da sözügedən ölkənin vətəndaşına düşən ixracın orta dəyər həcmidir.

Müasir dünya iqtisadiyyatı

XXI əsrin əvvəllərində dünya təsərrüfatı yeni keyfiyyət əldə edir, qloballaşma ən mühüm forma və eyni zamanda təsərrüfat həyatının beynəlmiləlləşdirilməsinin yeni mərhələsi olur. BVF ekspertlərinin qənaətinə görə, bu fenomen mal, xidmət və dünya kapital axınlarının beynəlxalq sövdələşmələrinin həcmi və müxtəlifliyi, həmçinin texnologiyaların getdikcə daha sürətli və geniş yayılması nəticəsində bütün dünya ölkələrinin artan qarşılıqlı iqtisadi asılılığını təşkil edir. Beləliklə, qloballaşma, özlüyündə informasiya, kapital, mal, xidmətlərin hərəkəti üçün dövlət maneələrinin aradan qaldırılmasını və iqtisadi tənzimləmə üçün fövqəlmilli qurumların rolunun artmasını şərtləndirən dünya iqtisadi, maliyyə, informasiya və humanitar məkanına doğru bir hərəkət prosesidir.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 636 637 638 639 640 641 642 2. 391