Nizamnamə kapitalına pay kimi qoyulan binaların yenidən qiymətləndirilməsi

posted in: Xəbər | 0

nizamnamə kapitalı, pay, vergi nəzarətiTəcrübədə bir çox hallarda şirkətlər əvvəllər nizamnamə kapitalına pay kimi qoyduğu binaların yenidən qiymətləndirilməsini həyata keçirir və yenidən artırılmış dəyərini nizamnamə kapitalına yönəldirlər. Bəs belə rəsmiləşdirmələr düzgündümü? Bu barədə danışan sərbəst auditor Altay Cəfərov suala misal üzərindən aydınlıq gətirib.

Misal: “AA” MMC-nin təsisçisi 2020-ci ildə nizamnamə kapitalının formalaşdırılması üçün 100.000,00 manatlıq binanı pay kimi qoymuşdur. Cəmiyyət rəhbərliyi uçot siyasətində dəyişiklik edilməsini qərara alımışdır və artıq 2021-ci ilə keçiddə binanı yenidən qiymətləndirməyi tapşırmışdır. Bununla da binanın yenidən qiymətləndirilmiş dəyəri 150.000,00 manat olmuşdur. Təsisçi qərara alımışdır ki, nizamnamə kapitalı daha 50.000,00 manat artırılsın və bu artırmanı yenidən qiymətləndirmə nəticəsində artırılmış 50.000,00 manat hesabına formalaşdırılsın.

Belə olan halda, əməliyyatların yazılışı aşağıdakı kimi olacaqdır:

DT KT Əməliyyatın adı Məbləğ
302 301 Nizamnamə kapitalı qeydə alınmışdır 100.000,00
111 302 Nizamnamə kapitalı bina şəklində formlaşmışdır 100.000,00
111 331 Bina yenidən qiymətləndirilmişdir 50.000,00

Bütün yazışmalar və əməliyyatlar artıq burada sona çatır. Belə ki, yenidən qiymətləndirmə nəticəsində yaranmış müsbət məbləğ kapital bölməsinin 331-ci balans hesabında yığılır. 16 saylı Beynəlxalq Mühasibat Uçotu Standartına görə, bu hesabda yığılmış məbləğ ancaq yenidən qiymətləndirmə ilə bağlı olan əməliyyat üçün istifadə oluna bilər. Yəni artırılmış dəyər üzrə amortizasiya ayırmaları burada yığılmış məbləğdən azaldıla bilər. Bundan əlavə, sonrakı illərdə yenidən qiymətləndirmə nəticəsində mənfi fərq olarsa, onda 331-ci hesabdan azaldıla bilər.

Amma nizamnamə kapitalının formalaşdırılmasına bunu yönəltmək olmaz. Bu, həmçinin, məntiqi və mahiyyət etibarı ilə də düzgün deyildir. Belə ki, cəmiyyətin nizamnamə kapitalına pay kimi qoyulmuş bina artıq cəmiyyətin özünündür və bunun təsisçiyə heç bir aidiyyəti yoxdur. Artıq həmin bina ilə bağlı olan bütün risklər, zərər və mənfəətlər yalnız cəmiyyətə məxsusdur. Odur ki, vergi ödəyiciləri belə rəsmiləşdirmələrdə diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi

posted in: Xəbər | 0

xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıMəlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim edilib. Qanunvericiliyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Gəlir vergisi üzrə güzəştlər

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən müalicə haqlarının dəyərinin 1.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2.000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin 1.000 manatdan 10.000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2.000 manatdan 40.000 manatadək artırılması təklif edilib.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu və onun inkişaf mərhələləri (1-ci hissə)

posted in: Mühasibat, Xəbər | 0

Mühasibat uçotu və onun inkişaf mərhələləri (1-ci hissə)

Giriş

Mühasibat uçotu mühasibatlıq sənədlərindən başa düşülə bilməz. O, iqtisadi həyat faktlarının qeydiyyatı prosedurlarını təsvir edir, lakin məzmununu açıqlamır. Onları oxumaq olur, amma, onların köməyilə mühasibat uçotunu başa düşmək mümkün deyil.  Hesabdarlığın predmeti sənədlər, yəni, iqtisadi həyat faktları haqqında məlumatlardır. Praktiki mühasibat uçotunda dəyərlərin və faktların özü deyil, ilkin sənədlərdə bağlanmış məlumatlar əks etdirilir.

Mühasib məlumatı sənəddən götürür, özü də  bu zaman yalnız idarəetmə qərarlarının qəbul edilməsi ilə bağlı proseslərə real təsir göstərə biləcək informasiya lazımdır. Mühasibat uçotu iqtisadi prosesi vahid bir bütövlükdə təmsil edir – bu, mühasibin şüurlu və məqsədyönlü işinin məhsuludur.

Təhlil uçota daxil edilir və üzvi şəkildə həyata keçirilmir. Hər kəs uçot məlumatlarında ilk növbədə onu maraqlandıran şeyləri gördüyünə görə, eyni mühasibat proseduru müxtəlif yollarla şərh edilə bilər. Beləliklə, dünyanın müxtəlif  ölkələrində fərqli milli mühasibat uçotu məktəbləri formalaşmışdır.

Bütün dövrlərdə təsərrüfat həyatının faktlarını təsvir edərkən, müxtəlif  tarixi dövrlərin mənbələrində təsvir olunan ümumi kateqoriyalar aşkar edilmişdir. İqtisadi inkişaf baş verdikcə, insanların fəaliyyətlərinin xüsusiyyətləri ilə əlaqəli olan mühasibat kateqoriyaları müxtəlif formalar almaqla, transformasiya olunurdu. İstənilən bir mühasibat kateqoriyası, istənilən hesab təsərrüfat prosesi ilə məşğul olan bu və ya digər şəxslərin maraqlarını əks etdirir və eyni zamanda həmin maraqları həm də gizlədir.

Mühasibat uçotunun inkişaf tarixi bir neçə minillikləri təşkil edir ku, bu illər ərzində dünyanın müxtəlif ölkələrinin müxtəlif xalqlarında uçot formaları və metodları formalaşmışdır. Mühasibat uçotunun müasir metodologiyası, onun elmi nəzəriyyələri və beynəlxalq standartları nəzəri ardıcıllıq məcrasında mühasibat uçotunun inkişafının qanunauyğun davamıdır.

Mühasibat uçotunun elmi fənn kimi inkişaf tarixi – gələcək mütəxəssislərdə təsərrüfat həyatı faktlarının qeydiyyatı üzrə biliklərin və qanunauyğunluqların formalaşdırılması, mühasibat uçotunun müasir nəzəriyyəsinin və praktikasının daim inkişaf edən sistem kimi təkmilləşdirilməsi üçün tarixi təcrübədən istifadə etməyə cəhd göstərilməsi məqsədini qarşıya qoyur.

Nizam-intizamın öyrənilməsi tələbələrdə öz peşələrinə maraq və məhəbbət aşılamağa, iqtisadiyyatın və sivilizasiyanın inkişafında idarəetmənin mühasibat uçotu və informasiya təminatının rolunun düzgün qiymətləndirilməsinə, eləcə də mühasibat uçotunda ikili qeydiyyatın yaranmasını və təkamülünü izləməyə, əsas mühasibat məktəbləri və onların aparıcı nümayəndələri ilə tanış olmağa imkan verir.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın “Dəyərli Kapitalı” 4000-ə çatır

posted in: Bank, Kapital Bank, Xəbər | 0

kapital bankÖlkənin maliyyə qurumları arasında ən böyük işəgötürən olan Kapital Bank-da hazırda 4000 nəfərə yaxın əməkdaş çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni proqramlar və layihələr həyata keçirir. 2020-ci ildən başlayaraq pandemiya ilə əlaqədar məsafədən iş rejimində fəaliyyət dünyada olduğu kimi Azərbaycanda da sürətlə yayılmağa başladı. Kapital Bank da bu tendensiyada kənar qalmadı. Bankın aidiyyəti strukturları tərəfindən çevik şəkildə məsafədən iş rejiminə keçid planı hazırlandı və ən qısa zamanda tətbiq olundu. İşçilərin sağlamlığının qorunmasına yönələn bu addım nəticəsində Kapital Bank-ın baş ofis əməkdaşlarının 80%-i məsafədən iş rejiminə keçdi, filial əməkdaşları isə növbəlilik prinsipi ilə 50% olaraq işə çıxdı.

Bir müddət sonra məsafədən işin effektivliyi ilə bağlı təhlillər edildi. Nəticələrdən bəlli oldu ki, məsafədən iş kifayət qədər üstünlüklərə malikdir. Kapital Bank bu rejimin uzunmüddətliliyi barədə düşünməyə və bu istiqamətdə addımlar atmağa başladı. Hazırda bankda ənənəvi iş yeri və iş vaxtı anlayışlarına tam fərqli yanaşılır. Baş ofis əməkdaşlarına məsafədən iş rejimi üzrə hibrid iş modeli təklif edilir. İş funksiyaları nəzərə alınmaqla, əməkdaşlar birbaşa rəhbərləri ilə öncədən razılaşıb, növbəlilik prinsipi ilə həftə ərzində müəyyən günlərdə ofisdən, müəyyən günlərdə isə məsafədən çalışa bilirlər. İşçilərin əmək hüquqlarında, müqavilələrində, əməkhaqqılarında heç bir dəyişiklik olmayıb.

Əməkdaşların inkişafı Kapital Bank üçün əsas prioritetlərdəndir. Bu prosesə daha sistemli yanaşmaq məqsədilə 2018-ci ildə İnsan Kapitalı Akademiyası yaradıldı. İnsan Kapitalı Akademiyasının təsis olunması və onun geniş fəaliyyəti işçilərin davamlı inkişafının bank üçün nə dərəcədə vacib olduğunu vurğulayır, Kapital Bank-ın daim inkişaf edən və “öyrənən” bank olduğunun nümayiş etdirir.

Artıq 1 ildir ki, Kapital Bank “iSpring Learn” beynəlxalq platformasından fəal istifadə edir. Bu platformaya çoxsaylı video və təlimatlar, həmçinin onlayn kurslar əlavə edilib. 2021-ci il ərzində platformada əməkdaşlar tərəfindən 18 000-dən artıq kurs və təlim tamamlanıb. Platforma tam olaraq Azərbaycan dilinə tərcümə edilib ki, bu da istifadəçilər üçün rahat naviqasiya imkanı yaradır. Canlı təlimlər istiqamətini də davam etdirən Kapital Bank, bankdaxili və bankdan kənar ekspertlərlə birgə müxtəlif vəzifələrdə çalışan, komandaya yeni qoşulan və ya artıq uzun illərdir ki, Kapital Bank-da işləyən “Bank işi”, “Liderlik və İdarəetmə”, “Agile yanaşmalar”, “Data analitika”, “Davranış” və digər peşəkar bacarıqlar üzrə təlim sessiyaları təşkil edir.

Həmçinin, 2018-ci ildən etibarən Kapital Bank müxtəlif strukturlarında profillərə uyğun işçi yetişdirilməsi layihəsinə start verib. Könüllü təcrübə proqramında 500 nəfərə yaxın insan iştirak edib. Onlardan təxminən 100 nəfəri müxtəlif vakansiyalar üzrə Banka işə qəbul olunub.

Peşəkar kadrların yetişdirilməsinə böyük önəm verən Kapital Bank bu istiqamətdə də bir sıra layihələr həyata keçirir. Müasir texnologiyaların və İT sahəsinin inkişafı üzrə də 2020-ci ilin sonlarından “BirCode” layihəsi çərçivəsində artıq “Backend”, “Frontend” və “Mobile” istiqamətləri üzrə 2 qrup developer yetişdirilib. Birinci qrupdan 27 nəfərdən 26 nəfəri, 2-ci qrupdan isə 13 nəfərin hamısı Kapital Bank-da işlə təmin olunub. Hazırda 3-cü qrup üzrə 15 nəfər devoloper yetişdirilməsinə başlanılıb. Paralel olaraq bu ilin may ayından “Bizdən biri” layihəsinə start verilib və ümumilikdə layihəyə cəlb olunan 89 nəfərdən 28-i işlə təmin olunub, 35 nəfər isə təcrübəsini davam etdirir.

Kapital Bank ölkənin bir sıra ali məktəbləri ilə də əməkdaşlıq edir. Bu il ADA Universiteti ilə karyera həftəsi, UNEC –Kapital Bank karyera ayı kimi tədbirlər keçirilib. Bundan başqa PAŞA Holdinq-in  reallaşdırdığı “Career Fair” layihəsində də fəal iştirak edib. 2021-ci ilin ən vacib layihələrindən bir isə ADNSU-da rəqəmsal tələblərə tam uyğun olan Kapital Bank otağının istifadəyə verilməsi olub.

Hazırda Kapital Bank-da Agile transformasiya layihəsi çərçivəsində bir sıra müasir yeniliklər tətbiq olunub. Belə ki, əməkdaşlar sərbəst və çevik iş rejimində fəaliyyət göstərirlər. Həmçinin, artıq bir neçə ildir ki, Kapital Bank-ın baş ofisi üçün dress-kod tələbi ləğv olunub və bununla da əməkdaşlar sərbəst geyimdə işə gəlməklə yanaşı, müasir, rəngarəng ofislərdə daha rahat işləyə bilirlər.

Kapital Bank əməkdaşları sıralarına qoşulmaq istəyənlər üçün hazırda 300-dək aktiv vakansiyalar mövcuddur. Müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlayıb və ya davam etdirib, əsl peşəkar olaraq inkişaf etmək istəyirsinizsə, portala daxil olub özünüzə şəxsi kabinet yaradıb, yeniliklərdən birinci xəbər tuta bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 633 634 635 636 637 638 639 2. 391