Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Ağstafa filialı, Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsi, 25A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Ağstafa filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib

posted in: Xəbər | 0

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib

Əlilliyin qiymətləndirilməsi, Birinci dərəcə əlillik

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi – cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

mediasiya, Vahid büdcə təsnifatı“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 264 nömrəli, 15 oktyabr tarixli 312 nömrəli və 28 oktyabr tarixli 320 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:
1.1. on ikinci sətirdə “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəz edilsin;
1.2. on üçüncü sətirdə “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
2.1. “1.2.0. Beynəlxalq münasibətlər” köməkçi bölməsində “1.2.1. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” sözləri “1.2.1. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı” sözləri ilə, “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” sözləri “1.2.2. Beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin;

2.2. “1.2.1. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” paraqrafının adında “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəz edilsin və həmin paraqrafdan “və ianə” sözləri çıxarılsın;
2.3. “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” paraqrafının adında “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin;
2.4. “1.3.0. Xarici ölkələrə yardımlar” köməkçi bölməsində “1.3.0. Xarici ölkələrə yardımlar” sözləri “1.3.0. Xarici yardımlar” sözləri ilə əvəz edilsin;

2.5. “4.1.0. Məktəbəqədər təhsil” köməkçi bölməsində “4.1.0. Məktəbəqədər təhsil” sözlərindən sonra “köməkçi bölməsinə” sözləri əlavə edilsin;
2.6. “4.2.4. İnternat və xüsusi məktəblər” paraqrafından “uşaq və ailəyə dəstək mərkəzlərinin,” sözləri çıxarılsın;
2.7. “6.2.3. Uşaq evləri” paraqrafına “ailə tipli kiçik qrup evlərinin” sözlərindən sonra “, uşaq və ailəyə dəstək mərkəzlərinin” sözləri əlavə edilsin;
2.8. “9.2.0. Baytarlıq” köməkçi bölməsinə “laboratoriyalarının saxlanılması,” sözlərindən sonra “özəl baytarlıq subyektləri tərəfindən
göstərilən xidmətlərin haqqının ödənilməsi,” sözləri əlavə edilsin;
2.9. “10.7.2. Çirkab sularının yığılması və təmizlənməsi” paraqrafına aşağıdakı məzmunda yeni dördüncü abzas əlavə edilsin, dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin: “ – şəhər və rayon mərkəzlərində qrunt sularının təmizlənməsi ilə bağlı xərclər;”;
2.10. “11.2.4. Turizm” paraqrafında “və nəşri” sözləri “, nəşri və subsidiya verilməsi” sözləri ilə əvəz edilsin;
2.11. “11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafı aşağıdakı redaksiyada verilsin:
“11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafına obyektlərin tikintisi, bərpası, yenidən qurulması, əsaslı təmiri və yeni güclərin istifadəyə verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqrafa, həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü ilə bağlı xərclər, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti və texniki nəzarət xidmətləri ilə bağlı xərclər, xaricdən cəlb edilmiş kredit, qrant və digər vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir.”.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222100. Cari təmir” paraqrafında “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” maddəsinin “221120” təsnifat kodu “222120” təsnifat kodu ilə əvəz edilsin.
4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
4.1. “210000. Əməyin ödənişi” bölməsində “Əməkhaqqı üzrə işəgötürənlərin ödənişləri” sözləri “Əməkhaqqına görə ayırmalar” sözləri ilə əvəz edilsin;
4.2. “212000. Əməkhaqqına ayırmalar” köməkçi bölməsinin adına “Əməkhaqqına” sözündən sonra “görə” sözü əlavə edilsin;
4.3. “221100. Dəftərxana və təsərrüfat xərcləri” paraqrafından “, həmçinin bu qəbildən digər xərclər” sözləri çıxarılsın və həmin paraqrafa “katriclərin” sözündən sonra “, kompüter və digər ofis avadanlıqları üçün aksesuarların, kalkulyatorların, həmçinin təmizlik vasitələri və bu qəbildən olan digər təsərrüfat mal-materiallarının” sözləri əlavə edilsin;
4.4. 221400. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafında “, müayinələrin aparılması üçün” sözləri “və” sözü ilə əvəz edilsin və həmin paraqrafdan “öz laboratoriyası olmadığı halda digər müəssisələrdə aparılan müayinələrə,” sözləri çıxarılsın;
4.5. “221900. Digər malların alınması” paraqrafına “digər alışlarla bağlı xərclər” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri üzrə 221100-cü, 221200-cü və 221500-cü paraqraflarına aid və 221100-221600-cü paraqraflarında qeyd olunmayan digər alışlarla bağlı xərclər” sözləri əlavə edilsin;
4.6. “222290. Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddəsindən “hündürmərtəbəli inzibati və digər təyinatlı binalarda şüşələrin yuyulması,” sözləri çıxarılsın;
4.7. “222440. Əsas fondların və digər aktivlərin saxlanılması xərcləri” maddəsinə “fasadlarının” sözündən sonra “, şüşələrinin” sözü əlavə edilsin;
4.8. “222442. Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” yarımmaddəsinə “fasadlarının” sözündən sonra “, şüşələrinin” sözü, “digər xərclər” sözlərindən sonra “, həmçinin 222441-ci yarımmaddəsi üzrə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə aid olan xərclər” sözləri əlavə edilsin;
4.9. “222700. Elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsi” paraqrafı aşağıdakı redaksiyada verilsin: “222700. Elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsi” paraqrafına elmi tədqiqat işlərinin, təcrübələrin, müayinələrin, təcrübi eksperimental işlərin, müəssisə və təşkilatlar üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən xidmətlərin, həmçinin statistik, metroloji, ekoloji, tibbi təcrübələrin, tədqiqat və müayinələrin aparılması, keçirilməsi və bu qəbildən olan digər iş və xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.”;

4.10. “222900. Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222970. Məhkəmə prosesi ilə bağlı xidmətlərin ödənilməsi” sözləri “222970. Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” sözləri ilə əvəz edilsin;
4.11. “222920. İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə birinci halda “iştirak xərcləri,” sözlərindən sonra “qonaqların qəbulu və onlara xidmət göstərilməsi xərcləri,” sözləri əlavə edilsin və həmin maddədə “məktəbəqədər təhsil müəssisələrinin hazır yemək təminatının ödənilməsi” sözləri “qanunverciliyə uyğun olaraq hazır yemək təminatı olan təhsil müəssisələrində müvafiq təminatın ödənilməsi xərcləri” sözləri ilə əvəz edilsin;
4.12. “318200. Yeraltı aktivlər və digər təbii aktivlər” paraqrafına “aktivlərin alınması” sözlərindən sonra “, həmçinin yerin təkindən istifadəyə görə ödənişlər” sözləri əlavə edilsin.
5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
6. Bu Qərarın 4.4-cü və 4.7-4.9-cu bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Daha ətraflı faylı yükləməklə baxa bilərsiniz: Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə (278 downloads )


Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatı məhsulları hansı halda vergidən tam və ya qismən azad olunur?

posted in: Xəbər | 0

vergi güzəşti Kənd təsərrüfatı məhsullarıKənd təsərrüfatı məhsulları istehsalına vergi güzəştlərinin tətbiqi ilə bağlı təcrübədə bəzi suallar yaradan məqamlar var. Mövzunu mühasibat və vergi uçotu mütəxəssisi Mahmud Abasquliyev şərh edir.

Kənd təsərrüfatı məhsulları istehsalı anlayışına Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində aydınlıq gətirilib. Bu maddənin tələblərinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu ilə, o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s. daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür.

Kənd təsərrüfatı məhsulu ilkin formadan çıxdıqda, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildikdə, kimyəvi tərkibi dəyişdirildikdə, konservləşdirildikdə digər məhsul növlərinin təsnifatına aid edilir. Vergi güzəştləri də məhz həmin təsnifata uyğun həyata keçirilir.

Bəs bunları necə ayırmaq olar?

Vergidən azadolma halları kənd təsərrüfatı məhsullarının təqdim edilməsi formasından asılı olaraq tənzimlənir. Tutaq ki, sahibkar yumurtanı xarici ölkədən idxal edir. Onu inkubasiya edərək toyuğa çevirir. Sonra həmin toyuqları hissələrə ayıraraq kənd təəsrrüfatı məhsulu kimi satışa çıxarır. Bu əməliyyatın emala məruz qalan məhsul sayılıb-sayılmaması sual yaradır.

Vergi Məcəlləsinin tələbinə uyğun olaraq hissələrə bölünən toyuq əti ilkin formasını dəyişdiyi, yəni diri şəkildə təqdim edilmədiyi üçün kənd təsərrüfatı məhsulu hesab olunmur. Bu səbəbdən hissələrə bölünərək satışa çıxarılan toyuq əti ƏDV-dən azad edilmir. Lakin həmin sahibkar digər azadolmalardan istifadə edə bilər.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən quş ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, 1 yanvar 2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə (o cümlədən sənaye üsulu ilə) məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 10 il müddətinə mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib. Onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməyib.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 632 633 634 635 636 637 638 2. 391