Daha çox8
Daha çox8

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (5-ci hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (5-ci hissə)dünya iqtisadiyyatı, iqtisadiyyat iqtisadçı

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır.

Qloballaşma prosesinin əsas hərəkətverici qüvvələri beynəlxalq əmək bölgüsünün dərinləşməsi və informasiya inqilabıdır. Milli təsərrüfatların açıqlıq və qarşılıqlı asılılıq dərəcəsi kəskin şəkildə artır. Qlobal iqtisadi proseslər dominantlıq edir və sahibkarlıq strategiyasının ağırlıq mərkəzi milli səviyyədən fövqəlmilli səviyyəyə keçir. Milli dövlət tədricən makroiqtisadi tənzimləmənin ənənəvi rıçaqlarından (idxal maneələri, ixrac subsidiyaları, milli valyutanın məzənnəsi, Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi) səmərəli istifadə etmək imkanını itirir və öz iqtisadi siyasətində dünya meyillərinə istiqamətlənmək məcburiyyətində qalır.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Hal-hazırda təkamül məntiqi dünya iqtisadiyyatını mübadilənin beynəlmiləlləşməsindən kapitalın və istehsalın beynəlmiləlləşməsinə doğru aparıb. Ölkələr arasında rəqabətli mübarizə zamanı beynəlxalq əmək bölgüsü sistemi yaranıb ki, bu da daxili tələbatlardan əlavə, ayrı-ayrı ölkələrdə malların və xidmətlərin davamlı istehsalında beynəlxalq bazara hesablanmasında öz ifadəsini tapır və beynəlxalq ixtisaslaşmaya və beynəlxalq kooperasiyaya əsaslanır.

Müasir dünya iqtisadiyyatının inkişafında digər mühüm bir tendensiya ölkələrin regional səviyyədə iqtisadi yaxınlaşması və qarşılıqlı fəaliyyəti olmuşdur. Beynəlxalq iqtisadi inteqrasiya dərin davamlı qarşılıqlı əlaqələrin inkişafı və ayrı-ayrı milli təsərrüfatlar arasında əməyin bölünməsi əsasında ölkələrin iqtisadi və siyasi birliyi prosesidir. Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək forması iqtisadi və valyuta ittifaqıdır. İnteqrasiya prosesləri Qərbi Avropada (Aİ) və Şimali Amerikada (Şimali Amerika Azad Ticarət Assosiasiyası – NAFTA) daha çox inkişaf edib.

İnteqrasiya birliklərindən əlavə, ayrı-ayrı dövlətlərin iqtisadi sferasının qarşılıqlı təsir proseslərində xammal istehsalçıları və ixracatçıları ölkələrinin birlikləri, azad iqtisadi zonalar kifayət qədər əhəmiyyətli bir yer tutur. Beləliklə, istehsal və inteqrasiyanın beynəlmiləlləşdirilməsində özünü göstərən dünya iqtisadiyyatının qarşılıqlı münasibətləri, ayrı-ayrı milli iqtisadiyyatların qarşılıqlı əlaqələrinin güclənməsinə, dünya təsərrüfatının bütövlüyünün formalaşmasına gətirib çıxardı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir vergisi normaya necə çevrildi (6-cı hissə)

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi (6-cı hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Belə bir qayda hökm sürürdü “yarım il üstəgəl bir gün”: əgər varlı adam kənd yerində bundan az müddətdə olardısa, o, vergi ödəməyə bilərdi. 1873-cü ildə, yəni, Almaniyanın birləşməsindən sonra şəhərlərdə mal-qara kəsiminə vergi tutulması ləğv edildi və orada da sinfi və gəlir vergisi tətbiq olunmağa başlanıldı.

1891-ci ildə vergi yekun olaraq gəlir vergisi halına gəldi. Daşınmaz əmlak və qiymətli kağızlardan əldə olunan gəlirlər də vergiyə cəlb edilmiş bazaya daxil idi, lakin, miras və hədiyyələr ora daxil edilməmişdi. Ən yoxsul olanlar həmin vergidən azad edilmişdilər.

Uşaqlara və hətta himayəsində olan yaşlı valideynlərə görə ailə başçılarına vergi zamanı güzəştlər edilirdi. Mütərəqqi vergi dərəcəsi artırılırdı. Ödənilməli olan minimal vergi dərəcəsi təxminən 0,6 faiz idi, ən zənginlər üçün – cəmi 4 faiz təşkil edirdi. Mütərəqqi vergi dərəcəsində kəskin yüksəliş yalnız 1909-cu ildə baş vermişdi: maksimal dərəcə 5 faizdən 25 faizə yüksəldi.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Fransada XIX əsrin əvvəllərində torpaq və binalar da daxil olmaqla daşınmaz əmlak vergisi (kapitallaşdırılmış renta üzrə hesablanırdı, ipotekanın dəyəri çıxılmırdı), biznesə, qapı və pəncərələrə vergi (“sağlamlıq və işıq” vergisi də adlandırılırdı), şəxsi vergi (adambaşına gəlir və ya təxminən üç iş günü ərzindəki qazanca bərabər gəlir) və şəxsi mülkiyyət vergisi (icarəyə götürülmüş yaşayış sahəsinin dəyərindən asılı idi) mövcud idi.

Gəlir vergisinin tətbiqi cəhdi 1848 inqilabından sonra həyata keçirilmişdi. Bu zaman ifratlara da yol verilirdi. Anarxizmin ilk nəzəriyyəçilərindən sayılan fransız siyasətçi və iqtisadçısı Pyer Prudon, məsələn, 50% -ə qədər mütərəqqi dərəcə təklif edirdi. Bu cəhd də, 1870-ci il Fransa-Prussiya müharibəsi dövründə gəlir vergisi tətbiq etmək üçün edilən ikinci böyük cəhd kimi uğursuzluğa düçar oldu.

1870-ci illərin sonlarından etibarən bu vergi demək olar ki, daim dövlət səviyyəsində müzakirə olunurdu, lakin, qanunvericiliklə yalnız 1909-cu ildən tətbiq olunmağa başlanılmışdı. İlkin olaraq faiz dərəcələri gəlirin növündən asılı olaraq 3% -dən 4% -ə qədər təşkil edirdi. Dərəcələr bütün Birinci dünya müharibəsi illərində yüksəlmişdi, sonra bir az azalmış və müharibədən sonra 50% səviyyəsində dondurulmuşdu.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən rüb ərzində etdiyi satışların 30 faizdən çoxunu elektron qaimə-faktura təşkil edə bilərmi?

posted in: Xəbər | 0

E-Qaimə, elektron qaimə-faktura ləğvİqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə mövzu ilə bağlı şərh verib:

Vergi Məcəlləsinin 218.1.1 maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatadək olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş verginin ödəyiciləri Vergi Məcəlləsinin 220.1 maddəsinə əsasən 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edilir. Məcəllənin 218.1.2 maddəsinə görə, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.1-1 maddəsinə əsasən 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edilir. Yəni bu o deməkdir ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər rüb ərzində etdiyi satışların 30%-dən çoxunu elektron qaimə-faktura ilə həyata keçirsələr belə, yenə də sadələşdirilmiş verginin ödəyiciləri kimi qalırlar.

Vergi Məcəlləsinin 218.6.1 və 218.6.2-ci maddələrinə diqqət edək: Məcəllənin 218.6.1 maddəsinə əsasən, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda və Vergi Məcəlləsinin 218.6.2 maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən, əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş verginin ödəyicisi kimi qalırlar.

Beləliklə, maddələrin açıqlamasına əsasən, pərakəndə ticarət və əhaliyə xidmət göstərən sadələşdirilmiş verginin ödəyiciləri rüb ərzində etdikləri satışların 30 faizdən çoxunu elektron qaimə-faktura təşkil etdikdə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirirlər.

Misal: İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs rüb ərzində cəmi 450.000 manatlıq satış edib və bunun da 40 faizini, yəni 180.000 manatını elektron qaimə -faktura (topdan satış) əsasında həyata keçirmişdir: SV= 450.000*8%=36000.


Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (3-cü hissə)

posted in: Xəbər | 0

Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (3-cü hissə)mayninq kriptovalyuta

Güc çox mühümdür, çünki blokçeynin növbəti blokunun əldə olunmasının çətinliyi zəncirin bütün iştirakçılarının hesablama güclərinin avadanlığından asılıdır. Solo-mayner tərəfindən mükafatın əldə olunması ehtimalı, onun hesablama gücünün təxminən bütün şəbəkənin hesablama gücünün nisbətinə bərabərdir. Və əgər bu nisbət azdırsa, hətta ən uzun zaman müddətində mükafatın əldə olunması ehtimalı çox aşağı olacaq.

Lakin, ruhdan düşməyin! Kriptovalyutalar çoxdur, hətta istək olduğu təqdirdə, siz özünüzkünü belə yarada bilərsiniz.

Kriptovalyutanın dəyərliliyi nədədir?

Onun dəyərliliyi bazarın bütün iştirakçıları tərəfindən müəyyən edilir ki, bu da kriptovalyutaya etibar etmək anlamına gəlir. İndiki anda maynerlərin saylarının çoxluğu və kriptovalyutalar ətrafında yaşanan ajiotaj üzündən onların kursu xəyalidir. Məsələn 1 bitkoin 47856 dollara, 1 efir isə 3302 dollara bərabərdir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Kriptovalyutalar – qloballaşma ideyasının xalis şəkildə həyata keçməsidir: bazar gəlir vergisindən və hiyləgər bankirlərdən azaddır. Belə bir valyuta heç bir dövlət tərəfindən tənzimlənmir. Bundan əlavə, bazar iştirakçılarının anonimlyi maliyyə axınlarına – o cümlədən xaricdən gələn – nəzarəti çətinləşdirir.

Sabun qovuqcuğu və ya piramida?

Artımı yeni iştirakçılar hesabına təmin edilən piramidadan fərqli olaraq, kriptovalyutaların buraxılışı nəhayətsiz deyil. Valyutanın dəyərliliyi bu valyutanın mal dövriyyəsi ilə və onun mübadilə vahidi ilə təmin edilib.

Məsələn, Yaponiyada 2017-ci il, aprelin 1-dən bitkoinlərə və digər kriptovalyutalara ödəniş vasitəsi statusu verən qanun layihəsi qüvvəyə minib. Bundan əlavə, dünyada kriptovalyuta ilə avtomobillər, evlər və ümumi istifadə malları almağın mümkün olduğu çoxsaylı internet-mağazalar mövcuddur.
Kriptovalyutanı sonsuzluğa qədər mayninq etmək mümkün olmayacaq. Ən azından, kriptovalyutanın top-onluğu  məhdud emissiyaya malikdir, hansı ki, bu əvvəldən məlumdur. Bitkoinlərin buraxılışı təqribən 2140-cı ilə kimi nəzərdə tutulub.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 634 635 636 637 638 639 640 2. 391
error: Content is protected !!