Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (2-ci hissə)   

posted in: Xəbər | 0

Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (2-ci hissə)

Kriptovalyutanın hasili ilə müstəqil şəkildə necə məşğul olmaq olar? 

1. Bir tərəfdən – bundan asan bir şey yoxdur, bundan ötrü sizə xüsusi olaraq kriptovalyutanın mayninqindən ötrü yaradılmış video-kart və ya ASIC mikrosxemlərindən ibarət böyük dəstək ehtiyatı lazmdır.

Qeyd: Videokartları bu gün güclü prosessor və böyük həcmdə operativ yaddaş dəstəkləyir ki, heşlər də daxil bu blokları emal etməyə əhəmiyyətli şəkildə kömək edir. Və hökmən eyni gücdə kompüter dəsti tələb etmir.

ASIC platalarını əldə etmək çox çətindir, ona görə, ən yaxşısı müstəqil şəkildə NVIDIA və ya AMD-nin istehsalı olan əlçatan videokartlardan güclü ferma/dəst yığmaqdır. Başlıca qayda budur – nə qədər böyük hesablama gücü vardırsa, siz bir o qədər böyük nailiyyət əldə edə bilərsiniz.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


2. Bütün hazırlıqlardan sonra sizə xüsusi proqram-skript, eləcə də mayninqə başlamaq üçün münasib pool (inhisarçılıq növü, mənfəət və xərcləri ümumi fonda daxil olan bazar iştirakçılarının birləşməsi və əvvəlcədən müəyyən edilmiş nisbətdə onların arasında bölüşdürülür) lazım gələcək. Pool özlüyündə bütün qoşulmuş iştirakçılar arasında blok hesablama imzaları tapşırığını bölüşdürən serveri ifadə edir.

3. Özünüz üçün pul kisəsi yaradın.

Hansı kriptovalyutanı hasil edəcəyinizi müəyyən etmək çox vacibdir. Proses demək olar ki, hər yerdə eynidir, yalnız mükafatlandırma üsulları və hasiletmənin mürəkkəbliyi fərqlidir:

Bitkoin (Bitcoin) – dünyada ilk kriptovlyutadır, onu ev şəraitində mayninq etmək çox çətindir, hətta demək olar ki, mümkünsüzdür. Səbəbi – adi istifadəçinin imkanlarını üstələyən mayerlərinin sayının, məcmu hesablama güclərinin çoxluğudur.

Efir (Ethereum) – populyarlığına görə bitkoindən sonra ikincidir, onu mayninq etmək daha asandır, bitkoinlə müqayisədə daha az hesablama gücləri lazım gəlir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir vergisi normaya necə çevrildi? (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi? (3-cü hissə)qəribə vergilər vergi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Müəyyən zamandan sonra hakimiyyət və cəmiyyət daşınmaz əmlak və aksiz vergisinin kifayət etmədiyini dərk edir – beləcə gəlir vergisi ideyası ortaya çıxır. Lakin, bu, ödəniş qabiliyyətinin digəri ilə yaxşı əvəz edilməsi ola bilərdimi? Bax, bu aydın deyildi.

“Kasıb və xəstə olmaqdansa, varlı və sağlam olmaq daha yaxşıdır” məsəlinə onu da əlavə edək ki, varlı və sağlam subay da ola bilər, kasıb və xəstənin isə beş uşağı da ola bilər. Sonra xronoloji və məntiqi olaraq vergi endirimləri və mütərəqqi vergi şkalası ideyaları ortaya çıxdı.

Digər bir yenilik isə ümumi gəliri mənbədən asılı olaraq komponentlərə – əməkhaqqı, icarə haqqı, qiymətli kağızlardan əldə olunan gəlirlərə bölmək və fərqli dərəcələrlə vergiyə cəlb etməkdən ibarət idi. Yığım nisbətini artırmaq üçün isə mənbələrdən də vergi tutmağı düşünüb tapdılar.

Sənaye, ticarət və müharibə

Gəlir vergisi ilk dəfə Florensiyada Mediçinin hakimiyyəti zamanında – 1451-ci ildə tətbiq edilmişdi. Bu, onunla əlaqəli idi ki, şəhərlər çox böyük gəlirlər verən sənaye və ticarət hesabına yaşayırdılar, siyasi quruluş isə demokratiyaya yaxın idi. “Vergi müfəttişləri” çox geniş səlahiyyətlərə malik idilər: onların sahibkarların mühasibatlıq kitablarını öyrənmək və ödənişlər üçün məbləğlər təyin etmək hüququ var idi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Korrupsiya çiçəkləndiyindən bu sistem özünü doğrulda bilmədi. XVI əsrdə gəlir vergisini ləğv etdilər ki, bu da demokratik siyasi rejimin mütləqiyyətə əvəz olunması ilə bağlı idi.

Bu sistemi ikinci tətbiq edən Fransa idi – orada gəlir vergisi XVIII əsrin əvvəlində tətbiq olunmuşdu və həmin sistem yüzilliyin sonuna kimi mövcud olmuşdu. Yenə də həmin vergi sisteminin tətbiqi onunla bağlı idi ki, həmin dövrdə Fransada sənaye və ticarət digər Avropa ölkələrinə nisbətən daha güclü inkişaf edirdi.

İngiltərədə gəlir vergisinin tətbiqi 1793-cü ildə, Şimali Amerika koloniyalarının ona qarşı başladığı müharibə ilə bağlı idi: vergi daxil olan məbləğlər ənənəvi olaraq hərbi büdcə üçün kifayət etmirdi. Sözügedən vergini 1799-cu ildə keçirilmiş ən ciddi parlament müzakirələrindən sonra tətbiq etmək mümkün olmuşdu. 10 faizlik vergi dərəcəsi tətbiq olunmuşdu, sonradan həmin dərəcə beş faizə kimi aşağı salınmışdı və elə bu səviyyədə də qalmaqda davam edirdi.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avans ödənişi zamanı ƏDV məbləği ödənilməzsə, cərimə tətbiq edilirmi?

posted in: Xəbər | 0

ƏDV məbləği, Avans ödənişi, Sosial Sığorta haqqı kommunal xərclərin ödənilməsiBir çox mühasibləri maraqlandıran suallardan biri – qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmamasıdır. Digər bir sual isə avans ödənişi zamanı ƏDV məbləği ödənilmədikdə, cərimənin tətbiq olunub-olunmaması ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev misallarla şərh edib.

“MM” şirkəti 30.04.2021-ci il tarixdə 10.000 AZN dəyərində məbləği mal alışı üçün qabaqcadan “RR” MMC-nin bank hesabına avans olaraq ödəyir. Ancaq “MM” şirkəti əsas məbləğlə yanaşı ƏDV-ni (10000*18%=1800 AZN) “RR” MMC-nin Depozit hesabına ödəmir. “RR” MMC tərəfindən malların “MM” şirkətinə təhvil verilməsi 30.10.2021-ci ildə nəzərdə tutulub. Sual meydana çıxır: Bu halda “MM” şirkətini maliyyə sanksiyası gözləyirmi və ƏDV-siz daxil olmuş məbləğə görə “RR”MMC-nin ƏDV öhdəliyi yaranırmı?

Öncəliklə onu deyim ki, malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, “MM” şirkəti tərəfindən qabaqcadan avans olaraq ödənilən ƏDV-siz məbləğə görə maliyyə sanksiyası yaranmayacaqdır. Ancaq malların təqdim edildiyi gün ƏDV məbləğini ödəmədiyi halda artıq “MM” şirkətinə Vergi Məcəlləsinin 58.6 maddəsinə əsasən ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmaması məsələsinə gəlincə isə, bir cox vergi ödəyicisi və mühasiblər qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaratdığını düşünürlər. Səbəb olaraq da Vergi Məcəlləsinin 166.6-cı maddəsini istinad gətirirlər. Vergi Məcəlləsində hər bir fəslin qanunvericilik üzrə öz tələbi var. Avans məsələsinə keçmədən öncə Vergi Məcəlləsində Əlavə Dəyər Vergisi fəslinin bəzi maddələrinin anlayışlarına nəzər yetirək.

Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələri ona istinad edir ki, ƏDV öhdəliyinin yaranması üçün malların və ya idxalın təqdim edilməsi əsas şərtdir. Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV məqsədləri üçün vergitutma əməliyyatın vaxtını müəyyənləşdirir. Məcəllənin 166.7-ci maddəsinin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Məcəllənin 166.6-cı maddəsinə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.

Bu maddədə ödəmə dedikdə yalnız ƏDV məbləğindən bəhs edilir. Bu halda Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələrinin müddəaları yerinə yetirilmədiyindən Vergi Məcəlləsinin 166.7-ci maddəsinin Məcəllənin 166.6-cı maddəsindən heç bir aslılığı yoxdur. Məcəllənin 166.7-ci maddəsi o vaxt hüquqi qüvvəyə malik olur ki, təqdim edilmiş malın ƏDV-siz dəyəri ödənilsin. Bu zaman ƏDV öhdəliyi yaranır. Vergi Məcəlləsinin 166.7-ci maddəsini məcəllənin 166.6-cı maddəsi ilə o zaman əlaqələndirmək olar ki, təqdim edilmiş malların (işlərin, xidmətlərin) yox, təqdim edilməli olan malların, xidmətlərin dəyəri ödənilmiş sayılsın.

Burdan aydın olur ki, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ƏDV nəzərə alınmadan, mal və xidmət təqdim edilmədən qabaqcadan avans olaraq ƏDV-siz məbləğ (ƏDV ödənilmədən) ödənilərsə, həmin məbləğ ƏDV məqsədləri üçün vergitutma obyekti sayıla bilməz.

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, “RR” MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN və depozit hesabına 1800 manat ƏDV məbləği daxil olsa idi, bu zaman “RR” MMC-nin 1800 manat ƏDV öhdəliyi yaranacaqdı

Əgər təqdim edilməli mallara və ya xidmətlərə görə ƏDV nəzərə alınmadan “RR”MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN (ƏDV məbləği ödənilmir) daxil olsa, o zaman mal və xidmət təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 153-cü , 159-cu , 166.7-cı maddələrinə uyğun olaraq ƏDV öhdəliyi yaranmır və ƏDV nəzərə alınmadan (ƏDV ödənilmədən) avans olaraq banka ödənilmiş məbləğ ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların vaxtı sayılmır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank növbəti dəfə “Milli KSM” mükafatına layiq görülüb

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Milli KSMKapital Bank Azərbaycanda üçüncü dəfədir keçirilən “Milli KSM” layihəsi çərçivəsində daha bir mükafata layiq görülüb. Bu dəfə Qarabağ müharibəsinin bitməsinə həsr olunan, Kapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” qısametrajlı sənədli filmi qaliblər sırasında oldu.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Filmin ideya və ssenari müəllifi Ersel Serdarlı, quruluşçu rejissoru isə Can Özbaturdur.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək komissiya tərəfindən qiymətləndirilib. Komissiyaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyi daxildir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 637 638 639 640 641 642 643 2. 391