Nazir: “2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olması proqnozlaşdırılır”

posted in: Xəbər | 0

orta aylıq əməkhaqqı, vergi güzəştləri, aktiv vergi ödəyicilərinin sayı“2022-ci ildə 2021-ci ilə nisbətə ölkədə investisiya yatırımının artımı proqnozlaşdırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır: “Orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır. Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yaşa görə pensiya artırılır

posted in: Xəbər | 0

2022, minimum əməkhaqqı, Artıq ödənilmiş vergilərin qaytarılması, yaşayış minimumu, illər üzrə minimum əməkhaqqı, Əməkhaqqı, yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlar“Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirik. Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq”, – nazir vurğulayıb.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir vergisi normaya necə çevrildi? (2-ci hissə)

posted in: Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi? (2-ci hissə)vergilər vergi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Üçüncüsü, qısamüddətli dövrdə gəlirlər dəyərləndiriləndən çox güclü şəkildə kənara çıxa bilərdi. Məsələn, iki fermer eyni ölçüdə əraziyə malikdirlər, lakin birinin məhsulu çox qıt olub, digəri isə sahəsindən əla məhsul toplayıb. Bundan əlavə, fermerlərdən birinin sahəsi məhsuldar torpaqlardan ibarət ola bilər – çubuğu da əksən, böyüyüb ağac olacaq, digəri isə nəsə yetişdirmək üçün çoxlu zəhmət çəkməli və səylər göstərməlidir. Ona görə də burada gəlir əldə etmək üçün çəkilən xərcləri nəzərə almaq məntiqli olardı.

Vergi sisteminin inkişafı ilə məhz, bu baş verdi: biznes vergilərin xərclər hissəsini nəzərə aldı və hüquqi şəxs kimi sənədləşdirilməyə başlanıldı. Və vergitutmaya cəlb edilən fiziki şəxsin gəlirləri məcmu gəlir kimi deyil, xalis gəlir kimi nəzərə alınmağa başlanıldı.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Dördüncüsü, mülkiyyət vergisi onun ağırlığını nəzərə almır. Adamların birində mənzil yüklü olmaya bilər, digəri isə ipoteka ilə satın alıb və bu mənada həmin mənzilin 30%-i ona məxsusdur. Yüklülük təmiz gəlir yaratmaq qabiliyyətinə təsir göstərir: faizlər – bu, ümumi gəlirdən çıxılmadır. Məhz buna görə də bizim dövrümüzdə əksər ölkələrdə ipoteka üzrə faizlər bu və ya digər dərəcədə vergi tutulan gəliri azaldır.

Beşincisi, iqtisadi münasibətlərin erkən mərhələlərində demək olar ki, bütün mülkiyyət istehsal məqsədi daşıyırdı, yəni, gəlir gətirirdi. Lakin, tədricən insanın özünün yaşadığı mənzil daha böyük rol oynamağa başlayır, çünki sahibinə gəlir gətirmirdi. Belə bir əmlakın da həmin dərəcə ilə vergiyə cəlb oluub-olunmadığı aydın deyildi.

Nəhayət, yalnız görünən mülkiyyəti vergitutmaya cəlb etmək olur. Mülkiyyət – əsasən daşınmaz əmlak olduqda, işlər daha asandır; mülkiyyətin digər növləri geniş yayıldıqda, işlər bir qədər mürəkkəbləşir. Brilyantlar, rəsmlər deyil, atlar, karetalar və pariklər seçildikdə, “görüntü” nöqteyi-nəzərindən daha məntiqlidir.

Orta əsrlərin sonlarında əmlak vergisi yoxa çıxmağa başlayır. XVI əsrə qədər onu istehlak vergiləri olan aksizlər əvəz edir. Onların da öz təhrifləri var idi. Əgər aksiz vergisi, bütün mallara bərabər şəkildə tətbiq edirlərdisə, bu, yoxsullar üçün böyük bir yükə çevrilirdi, çünki onların bütün gəlirləri istehlak üçün sərf olunurdu və onlar özlərini güc-bəla ilə dolandıra bilirdilər (zənginlərin istehlak xərcləri isə gəlirlərin kiçik bir hissəsini təşkil edə bilərdi). Fiskal gəlirlərin əsas mənbəyi olan aksiz vergisinə isə, demək olar ki, hər şey –  və ya ən çox işlədilən mallar – cəlb olunurdu. XVII əsrdə İngiltərədə bunlar, məsələn, ərzaq məhsulları, içkilər, o cümlədən çay və pivə, sabun, şamlar, dəri, çap məhsulları, şüşə, dərmanlar, tütün…. məhsulları idi. XVIII əsrdə Fransada şəkər və kofe üçün vergilər mövcud idi. Prussiyada XIX əsrin əvvəlində şərab, brendlərə, pivə və mal-qara kəsiminə aksiz vergisi tətbiq olunurdu.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ofşor zonalarda dividentlər vergiyə hansı qaydada cəlb olunur?

posted in: Xəbər | 0

Ofşor zonalarda dividentlər, Ofşor zonalar, dividentlər, istismar xərcləri

Bir çox hallarda vergi ödəyiciləri güzəştli vergi tutulan ölkələrdə, zonalarda (Ofşor zonalar) qeydiyyatda olan və ya bankı yerləşən şəxslərə müxtəlif ödəmələr edirlər ki, həmin ödəmələrdən 10 faiz ödəmə mənbəyində vergi tutulmaları həyata keçirilir. Eyni hal kimi divident ödəmələrindən də vergi tutulmalıdırmı? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Hətta bir çox hallarda vergi ödəyiciləri buna etirazını da bildirirlər ki, dividentdən bir dəfə vergi tutulmuşdur, ikinci dəfə vergi tutulmalı deyildir. Bunu misal üzərində nəzərdən keçirək.

Misal: “AA” MMC-nin təsisçisi “SS LTD” ofşor zona olan Honq Konqda qeydiyyatdadır və 2020-ci ilin maliyyə göstəricilərinə görə cəmiyyətin 100 000 manat xalis mənfəəti yaranıb. MMC bunu elan edərək 2021-ci ilin aprel ayında vergiləri ödəmək istəyib. Bu zaman hansı vergilər hesablanıb, tutulmalıdır?

Vergi Məcəlləsinin 122-ci və 125-ci maddələrində göstərilib:

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

125.1.1. dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;

Hər iki maddədən aydın olur ki, qeyri-rezidentlərə ödənilən dividentdən 10 faiz vergi tutulur və bir daha ondan vergi tutulmalı deyil. Odur ki, “SS LTD”nin ofşor zonada qeydiyyatda olmasına baxmayaraq ona ödənilən dividentdən əlavə 10 faiz vergi tutulmalı deyil. Amma Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilib ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz.

Həmçinin, 13.2.16.14-1.ci maddəyə də nəzər yetirək.

13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Deməli ofşor zonalarda qeydiyyatda olan şəxslərə edilən ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Axı dividendən bir dəfə vergi tutulub və yuxarıdakı 122-ci maddədə göstərilib ki, ikinci dəfə vergi tutula bilməz. Məsələyə və maddələrə daha geniş ölçüdən baxaq.

Vergi Məcəlləsinin 125-ci maddəsində mallara, işlərə və xidmətlər görə ödənilən ödəmələrin 10 faiz vergiyə cəlb edilməsi qeyd edilməyib. Maddədə ümumi ödəmələrdən vergi tutulması bildirilir. Məcəllədə də ödəmə anlayışının açılışı dəqiq yoxdur.

Odur ki, həm mallara, işlərə və xidmətlərə görə və həm istənilən digər ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Həmçinin, Məcəllənin 122-ci maddəsinə əsasən, dividend ödənilən andan ondan 10 faiz vergi tutulur və bu normaldır. Növbəti addım artıq həmin vergi tutulandan sonra qalan məbləğin kimə ödənilməsi mərhələsi gəlir. Yəni, burada iki addım vardır. Növbəti addım kimi ödəməni normal şəxsə ödəyiriksə, onda Məcəllə hər hansı əlavə verginin tutulmasını bildirmir, yox ofşor zonada olan şəxsə ödəyəcəkdirsə, onda əlavə olaraq 10 faiz vergi tutulacaqdır.

Odur ki, birinci addım dividend vergisinin tutulması mərhələsidir, ikinci addım isə ödəmənin ödənilməsi mərhələsidir. Yəni, ofşor zonada olan şəxsdən tutulan 10 faiz vergi dividend vergisi deyildir.

Cavab: “SS LTD”-yə ödənilən 100.000,00 manat dividentdən 10 faiz dividend vergisi tutulacaq:

100.000 x 10% = 10.000 manat

Nəticədə, qarşı tərəfə 90.000 manat ödəniləcək və “SS LTD” ofşor zonada qeydiyyatda olduğundan, aparılan ödəmədən 10 faiz vergi tutulmalıdır.

90.000 x 10% = 9000 manat.

Nəticə olaraq 81.000 manat vəsait ofşorda qeydiyyatda olan “SS LTD”yə çatacaq.

90000 – 9000 = 81.000 manat.

Yaxşı olardı ki, vergi orqanları ilə problemlərin yaşanmaması üçün ofşor zonalarda qeydiyyatda olan şəxslərə hər hansı ödəmələr həyata keçirməsinlər.

Mənbə: vergiler.az

1 638 639 640 641 642 643 644 2. 391