» » » Nazir: “2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olması proqnozlaşdırılır”

Nazir: “2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olması proqnozlaşdırılır”

posted in: Xəbər | 0
birbank biznes

orta aylıq əməkhaqqı, vergi güzəştləri, aktiv vergi ödəyicilərinin sayı“2022-ci ildə 2021-ci ilə nisbətə ölkədə investisiya yatırımının artımı proqnozlaşdırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır: “Orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır. Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun