Bakı şəhərində bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəliyi

posted in: Xəbər | 0
Bərbər fəaliyyəti, vergi öhdəliyi, Ödənilən məbləğlərin ƏDV-si, Cari vergi ödəmələrinin hesablanması Cari vergi ödəmələriVergi Məcəlləsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Bununla yanaşı, qeyd olunan obyekt fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin müddəalarına əsasən icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 124-cü, 150-ci, 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.


Mənbə: vergiler.az

Gəlir vergisi normaya necə çevrildi? (1-ci hissə)

posted in: Xəbər | 0

Gəlir vergisi normaya necə çevrildi? (1-ci hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə o, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Vergi yeniliklərinin qısa tarixi

Vergitutma sisteminin inkişaf məntiqi belə olub: könüllü ianələrdən icbari ödənişlərə keçid, ardından məsələn, körpüdən keçid üçün gediş haqqı kimi primitiv vergilərdən, aksiz vergiləri kimi dolayı vergilərə, daha sonra isə dolayı vergilərin yığılmasından gəlir vergisinə aid olan birbaşa vergilərin toplanmasına keçid olmuşdur.

Əhali üçün tətbiq olunan ilk vergilərdən biri adambaşına vergi olub. Belə bir vergi yalnız bütün üzvlərin rifah səviyyəsinin təxminən eyni olduğu cəmiyyətlərdə yaxşı işləyə bilər. Sosial differensiasiyanın güclü olduğu yerlərdə isə bəziləri üçün adambaşına düşən vergi məsxərəyə çevrilir, digərləri üçün isə dözülməz hal alırdı.

Və o, mutasiya edərək, sinfi vergiyə çevrilib: onun dərəcəsi ödəyicinin əmlakından asılı olmağa başlayıb. Çoxsaylı istisnalar olduğundan, sosial ədalət pozulurdu. Adambaşına düşən vergidən azad etmək halları hələ Qədim Romadan başlamışdı. Orta əsrlərdə isə məşhur adamlar və ruhanilər özlərinə vergi imtiyazları əldə etməyə çalışırdılar. Fransada isə bu sistem lap absurda qədər gedib çatmışdı: vergi ödənişindən azadlığı hətta pulla satın almaq mümkün idi.

Tədricən adambaşına vergiyə əmlak vergisi əlavə olunur və əmlak vergisi nisbətən səmərəli işləməyə başladıqda, adambaşına vergi ortadan qalxıb. Başlanğıcda mülkiyyət – bu, daşınmaz əmlak, ilk növbədə isə torpaq idi. Ardınca ona digər aktivlər də əlavə olunmağa başladı, amma, sonralar tendensiya yenidən tərsinə dönür və ölkələrin əksəriyyətində əmlak vergisi torpaq vergisi halını alır. Ancaq, istisnalar da var idi : Məsələn, XVIII əsrdə İngiltərədə qulluqçulara, karetalara, atlara, itlərə və pariklərə görə vergilər də mövcud idi.

Vergitutma nəzəriyyəsində hesab edilirdi ki, vergilər ədalətli olmalıdır, yəni, vergi yükü ödəmə qabiliyyəti ilə əlaqəli olmalıdır. Bu nöqteyi-nəzərdən mülkiyyət vergisinin konseptual problemləri çoxdur.

Birincisi, o, əmək gəlirlərini nəzərə almır: bir nəfər gəlir gətirən aktivlərə malik ola bilər, digərinin isə bu cür aktivləri olmaya bilərdi, lakin, o, pul peşəsinə sərmayə qoya bilər və öz əməyi sayəsində layiqincə qazana bilərdi.

İkincisi, ideyaya görə mülkiyyət vergisi onun bazar qiyməti əsasında hesablanmalıdır. Feodalizm dövründə daşınmaz əmlakın alqı-satqısı çox nadir hallarda baş verirdi ki, bu da obyektlərin bazar qiymətini çətinləşdirirdi, ona görə də onları dolayı yolla – mümkün rentanın kapitallaşdırılması vasitəsilə qiymətləndirmək lazım gəlirdi. Belə bir vergi gəlirlərin onda biri və ya on beşdə biri formasını ala bilərdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda artıq ödənilmiş vergilərin qaytarılması asanlaşdırılır

posted in: Xəbər | 0

Artıq ödənilmiş vergilərin qaytarılması, yaşayış minimumu, illər üzrə minimum əməkhaqqı, Əməkhaqqı, yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarAzərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması asanlaşdırılır.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə geriyə ödəniş yazılı ərizəyə əsasən, 45 gün ərzində həyata keçirilir. Müvafiq qanun layihəsində isə yazılı ərizə tələbinin ləğv edilməsi öz əksini tapıb, geriyə ödənişin yalnız ərizə əsasında həyata keçirilməsi nəzərdə tutulub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda vergi ödəyicisi olmayan şəxslər üçün gəlir vergisi dərəcəsi artırılır

posted in: Xəbər | 0

gəlir vergisi dərəcəsi, Ödənilməyən vergilərBundan sonra Azərbaycanda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə həmin gəlir vergisinin dərəcəsi 2%-dir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, həmçinin xam dərinin tədarükünü nəzərdə tutur.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 641 642 643 644 645 646 647 2. 391