ƏDV öhdəliyi və onun əvəzləşdirilməsi qaydası

posted in: Xəbər | 0

ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Bəs ƏDV kimdən və necə alınır? Onun uçotu necə aparılır? Bu və digər suallara iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirib:

ƏDV müəssisənin maliyyə hesabatlarında ya öhdəlik (kreditor), ya da alacaq (debitor) kimi əks etdirilə bilər. ƏDV ödəyicisi üçün mal və xidmətlərin alışı və idxalı zamanı ödənilən ƏDV məbləği müəssisənin alacağı (ƏDV aktivi) kimi uçota alınır. ƏDV aktivinə həmçinin, əvəzləşdirilən ƏDV də deyilir. Mal və xidmətlərin satışı zamanı istehlakçıdan alınan ƏDV məbləği isə müəssisənin kreditoru (ƏDV öhdəliyi) kimi uçota alınır.

ƏDV ödəyicisi üçün ƏDV müəssisənin birbaşa xərclərinə aid edilə bilməz. Lakin bəzi hallarda əgər ƏDV ödəyicisi ödəniş zamanı vergi qanunvericiliyinin tələblərini yerinə yetirməsə (məsələn, ƏDV-ni nağd şəkildə ödəsə), əvəzləşdirmə hüququnu itirsə də ödənilmiş məbləği alışın üzərinə gələ bilər.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


ƏDV ödəyicisi olmayan fiziki və hüquqi şəxslər isə alışlar və idxal zamanı ödədikləri ƏDV-ni məhsulun və ya xidmətin maya dəyərinə daxil etməyə məcburdurlar.

Mal və xidmətlərin satışı zamanı həmişə ƏDV öhdəliyi yaranır. Yəni, istər nağd qaydada kassa aparatı vasitəsilə satış olsun, istərsə də nağdsız qaydada bank vasitəsilə satış, ƏDV öhdəliyi yenə də yaranır. Mal və xidmətlərin alışı zamanı isə ƏDV aktivi yarana bilər. Lakin bu zaman alışlar mütləq şəkildə nağdsız qaydada olmalı və ƏDV hissəsi də nağdsız qaydada depozit hesabına köçürülməlidir. Malların və xidmətlərin idxalı zamanı ödənilən ƏDV isə istənilən qaydada ödənilsə, yenə də ƏDV aktivi yaranır. Yəni idxal zamanı xidmətin ƏDV hissəsi həm bankla köçürmə yolu, həm də nağd qaydada qəbzlə ödənilərsə, yenə də əvəzləşdirilən ƏDV yaranır.

İşarələnmiş hərflərə (S, A və İ hərflərinə) görə ƏDV-ni aşağıdakı düstur şəklində də ifadə etmək olar:

ƏDV = S – (A+İ)

Burada, S- satışlar zamanı alınan ƏDV, yəni, satışlardan daxil olan ƏDV hissəsidir;

A – mal və xidmətlərin alışı ilə bağlı nağdsız qaydada ödənilən ƏDV-dir;

İ – malların idxalı zamanı gömrüyə ödənilmiş ƏDV və qeyri-rezidentlərdən (xaricdən) xidmətlərin alışı (idxalı) zamanı dövlət büdcəsinə ödənilən ƏDV-dir.

Misal 1: “ABC”müəssisəsi xidmət göstərən hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə mal vəxidmətlərin alışı zamanı satıcılara 1500 dollar və onlara görə 270 dollar ƏDV ödəyib.Dövr üzrə müəssisə başqa şirkətlərə 5000 dollarlıq xidmət göstərməklə onlardan 900 dollar ƏDV qəbul edib. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablamaq tələb olunur.

900-270 = 630 dollar.

Deməli, bu zaman müəssisənin 630 dollar məbləğində ƏDV öhdəliyi yaranır.

Misal 2: “NBH” müəssisəsi istehsalatla məşğul olan hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə istehsalatla bağlı alışlarına görə satıcılara 15000 manat və onlara görə 2700 manat ƏDV ödəyıb. Müəssisə istehsalata yeni başladığı üçün dövr ərzində cəmi 2000 manatlıq satış edə bilib. Buna görə də alınan ƏDV cəmi 360 manat təşkil edir. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablayaq:

Satışlar – 2000 manat

ƏDV öhdəliyi – 360 manat

Alışlar – 15 000 manat

Əvəzləşdirilən ƏDV – 2 700 manat

2700-360 = 2340 manat.

Büdcədən qaytarılmalı olan ƏDV məbləği 2340 manatdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Kliklə ödəKapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir. Bu dəfə təqdim edilən “Kliklə ödə” xidməti vasitəsilə, cəmi bir kliklə ödəniş qəbul etmək mümkün olacaq. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da funksiyaya qoşulub, onu aktiv etmək lazımdır.

Bu funksiya vasitəsilə Müştəri Bank istifadəçiləri öz veb və ya tətbiqlərinin kanalları vasitəsilə ödəniş qəbul edə bilərlər. Misal üçün, hər hansı bir Müştəri Bank istifadəçisi digər bir şəxsdən ödəniş qəbul etmək istəyirsə, bu zaman satdığı məhsulun kateqoriyasını seçir, məhsulun adını, məbləği, alıcının adını və alıcıya hər hansı bir qeydi varsa, onu yazır.

Bununla da onlayn formada ödəniş üçün yaradılan linki və ya QR kodu alıcıya göndərir. Alıcı bu vasitələrdən biri ilə ödənişi ani olaraq həyata keçirə bilir. Link 72 saat ərzində aktiv olur, müddət bitdikdə avtomatik ləğv olunur. Bu xidmətdə qəbul olunan məbləğ üçün limit mövcud deyil, komissiya isə istənilən kart üçün 1,5% təşkil edir.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (II hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (II hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı 

O, bu kitabda kapitalizmin zəruri xüsusiyyətlərindən danışır və onu “yaradıcı dağılmanın əbədi fırtınası” adlandırır: yeni kəşf edilmiş istehsal sistemləri köhnələri dağıdır və bununla yanaşı yenilərini yaradır. Elə bax, bu, yaradıcı dağılmadır, yəni, kapitalizm müsbət iqtisadi artıma gətirib çıxarır, ancaq, yadda saxlamaq lazımdır ki, bu, dağılma hesabına əldə edilir.

Mənə elə gəlir ki, burada həqiqət çoxdur, baxmayaraq ki, mənim fikrimcə, Şumpeter vəziyyəti şişirdir: əgər biz tarixə nəzər salsaq, onda görərik ki, bəzən dağıdıcı fırtına həddən ziyadə güclü olur, bəzən isə o, olduqca yüngül bir meh təsiri bağışlayır. Biz bunu son 400 il ərzində müşahidə edə bilərik.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Mən 1620-ci ildən, 2020-ci ilə qədər olan dövrü müzakirə etmək və yaradıcı dağılmanın gücünün necə dəyişdiyini göstərmək istəyirəm. Bu müzakirələrdə mən aparıcı iqtisadiyyatlar barədə – sənaye inqilabı dövründə Böyük Britaniya və 19-cu əsrin sonunda ABŞ-dan söz açacağam. Bütün dövrü mən dörd tarixi mərhələyə ayırıram və hər onların hər birində bir işçiyə düşən buraxılış və orta əməkhaqqı yüksəlmişdi.

Birinci dövr sənaye inqilabından əvvəl baş vermişdir – bu, 1620-ci ildən 1770-ci ilə kimi davam edən Böyük Britaniyadır: əməkhaqqı buraxılş ilə birlikdə yüksəlmişdi, hamı da uduşda idi.

Növbəti mərhələ – sənayə inqilabı dövrüdür ki, bu zaman bir işçiyə düşən buraxılış artmış, amma, maaşlarda durğunluq yaşanmışdı və gəlirlərdə bərabərsizlik əhəmiyyətli şəkildə yüksəlmişdi. Həmin vaxt yaradıcı dağılmanın çiçəklənməsi müşahidə olunmuşdu.

Ardınca biz XIX əsrin ortalarından 1973-cü ilə kimi davam edən sənaye erası mərhələsinə keçmişik. Həmin dövrdə orta əməkhaqqı ilə birlikdə buraxılış da artmışdı, kapitalizm yaxşı işləyirdi.

Nəhayət sonuncu mərhələ 1973-cü ildə başlayıb və mən bunu xidmət sferasında inqilab adlandıra bilərəm, bu dövrdə orta əməkhaqqı artımını görmürük, ancaq, bərabərsizliyin artdığını müşahidə edirik. Gəlin buna detallı nəzər yetirək.

Sənaye inqilabından əvvəl, 1620-ci ildən – 1770-ci ilədək davam edən dövrdə iqtisadiyyat aqrar əsaslara söykənirdi, yalnız bəzi emaledici istehsal mövcud idi. Texnologiyalar əl istehsalına əsaslanırdı, insanlar evdə və ya kiçik emalatxanalarda işləyirdilər. Mən bunu kustar üsullu istehsal tipi adlandırıram. Çox vaxt bütün ailə bununla məşğul olurdu. O vaxt yaradıcı dağılma müşahidə olunmurdu, iqtisadiyyat Britaniya ixracının yüksəlməsinə gətirib çıxaran qloballaşma hesabına artırdı.

Hər şey Böyük coğrafi kəşflərdən – 1492-ci ildə Kolumb tərəfindən Amerikanın kəşfi, Vasko Da Qamanın 1498-ci ildə Hindistan sahillərinə səyahəti ilə başlanmışdı. İspaniya və Portuqaliya ilk imperiyalar olmuşdu, amma, onların iqtisadi faydaları məhdud idi. Niderland və Böyük Britaniya öz imperiyalarını bir qədər gec, 1600-ci ildən başlayaraq qurmuşdular və daha çox şey əldə etmişdilər. Onlar öz mallarına yüksək tələbatı təmin edə bilmişdilər.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyətin hesablanması zamanı nəzərə alınan və alınmayan dövrlər

posted in: Xəbər | 0

dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiƏmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

BSC şirkətinin hüquqşünası Xəyalə Əfəndiyeva “vergiler.az” saytına bildirib ki, məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Həmin maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı diqqət edilməli olan mühüm məqamlardan biri məzuniyyətdən əvvəlki hansı təqvim aylarının əsas götürülməsidir. Bu zaman iki hal ayrı-ayrılıqda nəzərdən keçirməlidir:

Müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından çox işləyən işçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması;

Müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından az işləyən işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması.

Belə ki, müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından çox işləyən işçi işə qəbul olunduğu tarixdən başlayaraq hər hansı səbəbdən 12 təqvim ayını bütövlükdə işləmədiyi hallarda orta əməkhaqqının hesablanması zamanı həmin işçinin işləmədiyi dövrlər çıxılmamaq şərtilə 12 ay əsas götürülməlidir.

Misal 1: “X” MMC-nin işçisi Məmmədov Əli Məmməd oğlu 2018-ci ilin sentyabr ayının 5-də işə qəbul olunub, 2019-cu ilin noyabr ayının 5-də işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işçi 2019-cu ilin yanvar ayının 5-dən mart ayının beşinədək, 2 ay müddətinə ödənişsiz məzuniyyətə çıxmışdır. Bu halda işçi işlədiyi müddətdə 2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrdə əmək fəaliyyətinin olmamasına baxmayaraq 12 ay əsas götürülür və əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləği 12 aya və 30,4-ə bölünməklə bir günlük orta əmək haqqının məbləği müəyyən edilir.

İkinci hala gəldikdə isə Əmək Məcəlləsində təsbit olunmuş, “12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır” maddəsində “faktik işlədiyi tam təqvim ayı” ifadəsinin özündə nəyi ehtiva etməsi məsələsinə diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, işçinin “faktik işlədiyi tam təqvim ayı” dedikdə, onun işə qəbul olunmasından başlayaraq əmək məzuniyyətinə çıxmasınadək bütün dövrlər hesablanmalıdır. Lakin bu zaman işə qəbul və (və ya) məzuniyyətə çıxma təqvim ayının əvvəlində baş verməyibsə, həmin ay (lar) nəzərə alınmır.

Misal 2: “Y” MMC-nin işçisi Əliyev Məmməd Əli oğlu 13 yanvar 2020-ci il tarixdə işə qəbul olunub, işəgötürənə müraciət edərək 20 noyabr 2020-ci il tarixdən 1 aylıq ödənişli məzuniyyətə çıxır. Bu zaman işə qəbul yanvar ayının 13-də, məzuniyyətə çıxma isə noyabr ayının 20-də baş verdiyi üçün həmin aylar “faktiki işlənmiş tam təqvim ayı” hesab olunmur və nəzərə alınmır. Yəni işçinin işlədiyi tam təqvim aylarının sayı 9-dur.

Misal 3: “Z” MMC-nin işçisi Məmmədova Nəzrin Məmməd qızı 01 yanvar 2021-ci ildə işə qəbul olunmuş, 2021-ci ilin noyabr ayının 16-da işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin 2021-ci ilin may ayında həmin şəxs 3 günlük ödənişsiz məzuniyyətə çıxmışdır. May ayında şəxsin məzuniyyətə çıxmasına və həmin ayda əmək fəaliyyətinin olmamasına baxmayaraq orta əmək haqqının hesablanması zamanı həmin ay nəzərə alınır. Yəni işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən onun məzuniyyətdən əvvəlki 10 təqvim ayının əməkhaqqının (çünki əvvəlki misalda qeyd olunduğu kimi noyabr ayı nəzərə alınmır) cəmlənmiş məbləği 10 aya və 30,4-ə bölünərək bir günlük orta əməkhaqqının məbləği müəyyən edilir.

Qanunvericiliyin tələblərinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 644 645 646 647 648 649 650 2. 382