Bitkoini qızılla müqayisə ediblər

posted in: Uncategorized | 0

bitkoin, kriptovalyutaRusiyanın ən böyük qızıl hasil edən mədən şirkəti olan “Polyus” şirkətinin baş direktoru Pavel Qraçov, RBK-yə verdiyi müsahibədə bitkoini qızılla müqayisə edib və qeyd edib ki, uzunmüddətli perspektivdə bitkoini rəqib hesab etmir.

Qraçovun fikrinə görə, bitkoin və qızılın təbiəti bir-birindən güclü şəkildə fərqlənir. Onlar vaxt keçdikcə bir-birindən daha çox uzaqlaşacaq müxtəlif investorlar qruplarına malikdirlər. Onun sözlərinə görə, bitkoin, kapital yığımı və qorunması vasitəsi kimi deyil, hesablaşmalar üçün bir alət olaraq yaradılmışdır. “Bitkoin sahibləri və ya onun emitentləri bütün vasitələrlə bitkoini qızılla bərabərləşdirməyə, bu alətin dəyişkənliyi fonunda əlbəttə ki, çox uğurlu olmayan bir yığım və qənaət vasitəsi kimi yerləşdirməyə çalışırlar” Qraçov belə söyləyib, həmçinin əlavə edib ki, qızılın özü “kvazipuldur” (klassik pul olmayan nağdsız maliyyə alətləri).

“Polyus”un rəhbəri qeyd edib ki, onun özü bitkoinlərə sahib deyil və onları hardan satın ala biləcəyini də bilmir. Eyni zamanda qızılının da olmadığını söyləyib, çünki Rusiyada bu qiymətli metalın alışı ƏDV-yə cəlb olunur. Fiziki metalın alınmasına sərmayə qoymağın mənası yoxdur – hər hansı bir qızıl mədəni şirkətinin səhmlərini almaq daha yaxşıdır, Qraçov belə hesab edir.

Amerikanın Goldman Sachs investisiya bankı hələ 2020-ci ildə bitkoin də daxil olmaqla, kriptovalyutaların tam hüquqlu aktivlər olmadığını bildirmişdi. Əsas arqument isə bitkoinin səhmlərdən, istiqrazlardan və digər klassik investisiya alətlərindən fərqli olaraq sabit bir pul axını təmin etmədiyi iddiası idi. Həmin vaxt ABŞ-da və bütün dünyada sərmayədarlar bunu məşhur alətə “müharibə” elan edilməsi kimi qəbul etdilər və Goldman Sachs-ın mövqeyini tənqid etdilər.

Bununla yanaşı, amerikalı milyarder Mark Kyuban qızılı “ölü” aktiv adlandırmışdı. Onun sözlərinə görə, kriptovalyutalar qızılın bir çox xüsusiyyətlərini qəbul etmişdir. Qiymətli metalın özü isə, onun fikrincə, aktiv və qənaət vasitəsi kimi “ölüdür”.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (2-ci hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı. Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (2-ci hissə)dünya iqtisadiyyatı

Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır.

Dünya iqtisadiyyatının inkişaf mərhələləri

Dünya iqtisadiyyatı çoxdan formalaşmağa başlayıb. Hər şey dünya ticarətindən başladı və bu, dünyanın bütün ölkələrinin xarici ticarətinin toplusudur. İnsan tarixinin ən qədim mərhələlərində bütöv xalqlar bir-biri ilə bilavasitə təmasda ola bilirdilər. Bu cür əlaqələr miqrasiyalar, təbii fəlakətlərdən kütləvi qaçışlar, ərazilərin güc yolu ilə bölünmələri, mübadilələr zamanı yaranıb.

Dünyanın ilk dövlətinin (Misirin) sakinləri hələ 5 min il əvvəl qonşu tayfalarla ticarət edir, onlardan sənətkarlıq məhsulları müqabilində ağac, metal, mal-qara alırdılar. Onlar yeni torpaqların təsərrüfat istifadəsi üçün ekspedisiyalar da təşkil edirdilər. Eyni zamanda, Rusiya ərazisində yaşayan tayfalar qonşu tayfalarla mal mübadiləsi aparırdılar.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Xidmət sahəsində çalışan tacirlər beynəlxalq ticarətə qoşulmağa başladılar. Finikiya və yunan tacirləri yalnız Aralıq dənizi boyunca mal ticarəti etməklə kifayətlənmir, malların və əcnəbi sərnişinlərin daşınması üçün də xidmətlər göstərirdilər.

Aralıq dənizi və Qara dəniz rayonları Qərbi Asiyanın qonşu ölkələri ilə birlikdə hələ qədim zamanlarda dünya iqtisadiyyatının özəyini təşkil edən dünya regionuna çevrilmişdi. Tədricən ona dünyanın digər təsərrüfat regionları – əvvəlcə Cənubi Asiya, daha sonra Cənub-Şərqi və Şərqi Asiya, Rusiya, Amerika, Avstraliya və Okeaniya, Tropik Afrika rayonları qoşuldu.

Bazar münasibətlərinin genişlənməsi, XV – XVII əsrlərin böyük coğrafi kəşfləri, XIX əsrdə maşın sənayesinin və müasir nəqliyyat və rabitə vasitələrinin yaranması, dünya mal və xidmətlər ticarətinin formalaşmasına öz böyük töhfəsini verdi.

Kolumb, Vasko De Qama, Magellan və Yermakın ekspedisiyaları dünya bazarının sərhədlərini dəfə genişləndirmiş, ona yeni bölgələri qoşmuşdu. Bu regionlarla təsərrüfat əlaqələri, XIX əsrdə əvvəlində Qərbi Avropada, sonra isə Şimali Amerikada, Rusiyada və Yaponiyada hazır məhsulların kütləvi istehsalından sonra möhkəmlənmişdi. Bunlar sadə və ucuz istehlak malları idi. Onların satışına gəmilər, dəmiryolları, teleqraf kömək edirdi. Nəticədə, XIX əsrin sonunda malların və xidmətlərin dünya bazarı yarandı.

Eyni zamanda, istehsal amillərinin (kapital, işçi qüvvəsi, sahibkarlıq qabiliyyəti, texnologiya) dünyada hərəkəti güclənirdi. İqtisadi resurslar bir istiqamətə – ən inkişaf etmiş ölkələrdən daha zəif inkişaf etmiş ölkələrə axırdı. Britaniya, Fransa, Belçika, Hollandiya və Alman sərmayələri, Amerika və Rusiyada kapital yığımının nəzərə çarpan elementi idi, Avropadan gələn mühacirlər Şimali Amerika, Cənubi Afrika və Avstraliyanın geniş ənginliklərini mənimsəmişdilər.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İllər üzrə minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı

posted in: Xəbər | 0

yaşayış minimumu, illər üzrə minimum əməkhaqqı, Əməkhaqqı, yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarAzərbaycan Respublikası qanunvericiliyində minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

Minimum əməkhaqqının 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik.

– 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)

– 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)

– 2007-ci il fevralın 1-dən 50 manat

– 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat

– 2010-cu il sentyabrın 1-dən 85 manat

– 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat

–  2013-cü il sentyabrın 1-dən 105 manat

– 2017-ci il yanvarın 1-dən 116 manat

–  2018-ci il yanvarın 1-dən 130 manat

– 2019-cu il martın 1-dən 180 manat

– 2019-cu il sentyabrın 1-dən 250 manat.


Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur).

– 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat

– 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat

– 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat

– 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat

– 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat

– 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat

– 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat

– 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat

– 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat

– 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat

– 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat

– 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat

– 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat

– 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat

– 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat

– 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat (qanun layihəsi).


Praktiki “Mühasibat Kargüzarlığı” Kursu


Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.

(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)

– 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.

– 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat

– 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat

– 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat

– 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat

– 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat

– 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat

– 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat

– 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat

– 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat

– 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat

– 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat

– 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat

– 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat

– 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat

– 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 205 manat (qanun layihəsi).

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-fakturanın gec göndərilməsi hansı sanksiyalara səbəb olur?

posted in: Xəbər | 0

elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir:

– bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;

– əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;

– işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;

– bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.

İqtisadçı ekspert Anar Bayramov elektron qaimə-fakturanın gec göndərilməsinin yaratdığı problemlərə aydınlıq gətirib:

Misal: Vergi ödəyicisi 12 may 2020-ci ildə 5000 manatlıq malları ekspeditor vasitəsilə qarşı tərəfə – pərakəndə ticarət fəaliyyəti ilə məşğil olan sahibkara təqdim edib. Mallar əvvəlcədən sifariş edilməyənlərə aid edildiyindən vergi ödəyicisi elektron qaimə-fakturanı 5 gün ərzində təqdim etməlidir.

İndi isə maliyyə sanksiyasının tətbiq edilməsi hallarına baxaq.

Birinci hal: Tutaq ki, 13 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti həyata keçirir. Nəzarət tədbirləri zamanı məlum olur ki, əvvəlcədən sifariş edilmədən təqdim edilən malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” yoxdur.

Bu halda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq malların alışını və ya mədaxilini təsdiq edən, bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə saknsiyası tətbiq edilir.

İkinci hal: Tutaq ki, 14 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Sahibkar 12 may 2020-ci il tarixdə əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə “Malların təhvil-qəbul aktı”nı vergi orqanın əməkdaşına təqdim edir. Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

Üçüncü hal: Tutaq ki, Vergi orqanının nümayəndələri 20 may 2020-ci il tarixdə sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Yoxlama zamanı məlum olur ki, 12 may 2020-ci il tarixdə malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” olsa da, elektron qaimə-faktura təqdim edilməyib.

Vergi Məcəlləsinin tələblərinə əsasən, mallar əvvəlcədən sifariş edilmədikdə, malları təqdim edən vergi ödəyici 5 gün müddətində elektron qaimə-faktura göndərməlidir.

Bu zaman Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Dördüncü hal: Vergi ödəyicisi 21 may 2020-ci il tarixdə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim etməyib. 22 may 2020-ci il tarixdə keçirilən Operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin sahibliyində olan 5000 manatlıq məhsulunun elektron qaimə-fakturası yoxdur.

Bu zaman malların satışını həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq, malların alışını və ya mədaxilini təsdiq edən sənəd kimi vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, malları təqdim edən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq – elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 645 646 647 648 649 650 651 2. 391