Əmlakın siyahıya alınmasının ardıcıllığı

posted in: Xəbər | 0

əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuDövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın siyahıya alınması Vergi Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:

• nağd pul vəsaitləri;

• bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);

• hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;

• istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;

• inventarizasiya aparılmaqla digər əmlak.

Əsaslandırılması: Vergi Məcəllənin 89.6-cı maddəsi


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin, Tədris Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və 20-yə yaxın tibbi müəssisənin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, tibbi xidmətlərə görə ƏDV-nin diferensial dərəcə ilə tətbiqi, klinika və həkimlər arasında əmək münasibətlərinin mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, yüksək əmək haqlarına reqressiv sığorta dərəcələrinin tətbiqi və tibb xidmətlərinin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Həmçinin klinikaların nümayəndələri sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlər, o cümlədən icbari tibbi sığorta sahəsində özəl klinikaların iştirak səviyyəsinin artırılması, xarici investisiyalı klinikaların təsisçilərinə yaşayış icazəsinin verilməsi zamanı vergi ödəyicisi olmasının imtiyaz kimi nəzərə alınması, tibbi avadanlıqların idxalı (o cümlədən müvəqqəti idxal) və istismarı ilə bağlı inzibatçılığın sadələşdirilməsinin zəruriliyini müzakirə edib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Apple Pay təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Apple PayKapital Bank-ın ödəniş kart sahibləri Apple Pay vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanını qazanıblar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Apple Pay -i nizamlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Kapital Bank kredit və ya debet kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debet kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: http://www.apple.com/apple-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatı təyinatlı torpaqların vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Kənd təsərrüfatı, qeyri-maddi aktivlər mühasibat uçotu vergi uçotuTorpaq Məcəlləsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. İqtisadçı ekspert Radil Fətullayev kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin hesablanması qaydalarını izah edir:

Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə verginin hesablanması torpağın yerləşmə yerindən asılı olmayaraq, torpaq sahəsinin hər kvadratmetrinə görə torpaq vergisinin dərəcəsi 0,02 AZN-dir. Buradan belə çıxır ki, vergi hər 100 kvadratmetr (sot) üçün vergi məbləği 2 manat müəyyən edilib.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar müəyyənləşib.

Misal 1: “ABC” MMC-nin Kəngərli rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 1 hektar torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = (10000 m2:100 m2) x 2 = 200 manat

Misal 2: Şərur rayonunda fəaliyyət göstərən “Agro Vest” MMC-nin I keyfiyyət qrupuna aid 40 ha (hektar) əkin sahəsi vardır. Həmin torpağın 30 ha-da taxıl əkilmiş, 10 ha-da isə əkin aparılmamışdır. Müəssisənin illik torpaq vergisini aşağıdakı kimi olacaq:

Təyinatı üzrə istifadə olunan 30 ha torpağa görə: 30 x 53 x 0.06 = 95,4 manat
İstifadə olunmayan 10 ha torpağa görə: (100000 m2 : 100 m2) x 2 = 2000 manat
Cəmi: 2095,4 manat

Misal 3: “Green Agro” MMC-nin Culfa rayonu ərazisində II keyfiyyət qrupuna daxil olan 12 hektar əkin sahəsi, Şərur rayonun düzən ərazisində I keyfiyyət qrupuna daxil olan 11 hektar əkin sahəsi və Babək rayonunun dağ torpaqlarında III keyfiyyət qrupuna daxil olan 40 hektar otlaq sahəsi vardır. “Green Agro” MMC-nin ödəməli olduğu torpaq vergisinin məbləğini nə qədər olacaq?

12 ha x 40 x 0.06 manat = 28,8 manat;

11 ha x 53 x 0.06 manat = 34,98 manat;1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha = 5,76 manat

Cəmi = 28,8 + 34,98 + 5,76 = 69,54 AZN

Qeyd edək ki, Babək rayonunun dağ torpağında 1 ha otlaq sahəsinin şərti balı 2,4 (I keyfiyyət qrupunun şərti balı 24-ün 1 : 10 hissəsi) təşkil etdiyindən, 1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha şəklində hesablanıb.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə verginin hesablanması

Torpaq Məcəlləsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

(hər 100 kvadrat metri (1 sotu) üçün)

10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16
Digər şəhərlər və rayon mərkəzləri 4 8
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4

Misal 4: Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi – 3 000 kv.m., Sumqayıt şəhərində isə – 1 000 kv.m. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = 30 x 10 + 10 x 8 = 380 manat

Misal 5: Müəssisənin Bakı şəhərində 1000 m2 torpaq sahəsi, Gəncə şəhərində isə 200 m2 torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = 10 x 10 x + 2 x 8 = 116 manat

Torpaq vergisinin bəyannaməsi cari il üçün may ayının 15-ə qədər vergi orqanlarına təqdim edilməlidir. Torpaq vergisi bərabər hissələrlə avqust ayının 15-ə və noyabr ayının 15-ə qədər büdcəyə köçürülməlidir.

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə verginin hesablanması

Torpaq Məcəlləsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların hər 100 kvadrat metri (1 sotu) üçün müəyyən edilmiş torpaq vergisi dərəcələri aşağıdakı cədvəldə verilmişdir.

Yaşayış məntəqələri

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

(hər 100 kvadrat metri (1 sotu) üçün)

10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 0,6 1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 0,5 1,0
Digər şəhərlər və rayon mərkəzləri 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 0,1 0,2

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 643 644 645 646 647 648 649 2. 391