Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslərə və fərdi sahibkarlara yeni təcili ödənişlər xidmətini təqdim edir. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da qeydiyyatdan keçmək lazımdır.

Yeni funksiya vasitəsilə Müştəri Bank-da artıq təcili köçürmələri həyata keçirmək mümkündür. Təcili olması ilə seçilən ödənişlər müştəri tərəfindən təsdiqləndikdən sonra bank tərəfindən prioritet verilərək ən sürətli köçürmə kanalı vasitəsilə qarşı tərəfə köçürüləcək.

Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili işgüzar sövdələşmələri maneəsiz və heç kimə müraciət etmədən çevik həll etməkdə şərait yaradacaq. Sahibkarlar Müştəri Bank ilə digər əməliyyatlar kimi təcili köçürmə əməliyyatını da rahatlıqla onlayn həyata keçirə biləcəklər.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir

posted in: Xəbər | 0

vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıDövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir.

Qeydiyyat İmtahanın birinci mərhələsi üzrə 11 oktyabr – 07 noyabr tarixlərində, 2-ci mərhələsi üzrə 11 oktyabr – 14 noyabr tarixlərində aparılır.

İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu) 21 noyabr, 2-ci mərhələsi (qanunvericilik) isə 28 noyabr tarixlərində keçiriləcək.

Qeydiyyat DİM-in rəsmi internet səhifəsində 1-ci mərhələ üzrə bu link və 2-ci mərhələ üzrə bu link vasitəsi ilə aparılır.

İmtahanın hər bir mərhələsi ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün “Dövlət İmtahan Mərkəzi” ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün “Kommersiya və marketinq” sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsi ilə müraciət edilməlidir.

Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04

Müqavilə imzalanan zaman DİM-ə ödəniş ediləcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün,ay,il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim edilməlidir.


Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mediasiya prosesinin həyata keçirilməsi qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatıNazirlər Kabineti 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

“Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir”.

Qeyd edək ki, 11-ci hissə “Mediasiya prosesinin yekunlaşdırılması” adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:

Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;

Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;

Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;

Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

İkinci dəyişikliyə görə, barışıq sazişi “qüvvədə olan qanunvericiliyə” deyil, qanuna zidd olmamalıdır.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanlarında işləmək istəyən namizədlərin nəzərinə!

posted in: Vergi, Xəbər | 0

Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıDövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

Vergi xidməti tərəfindən qeydiyyata alınmış namizədlər noyabrın 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

https://eservices.dim.gov.az/ELIMT/VergiTest


Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 639 640 641 642 643 644 645 2. 382